Azərbaycanın BMT yanında nümayəndəliyinin təsis edilməsinin 30 illiyi münasibətilə tədbir keçirilib
Mayın 6-da ADA Universitetində Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin təsis edilməsinin 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Xarici İşlər Nazirliyinin əməkdaşlarının, xarici ölkələrin və beynəlxalq təşkilatların Azərbaycanda akkreditə olunmuş diplomatik missiyalarının rəhbərlərinin və nümayəndələrinin, tələbələrin və media təmsilçilərinin iştirak etdikləri tədbirdə ADA Universitetinin rektoru səfir Hafiz Paşayev, Azərbaycan Respublikasının BMT-dəki ilk daimi nümayəndəsi səfir Həsən Həsənov, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə heyətinin sədri Fərid Şəfiyev və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin ofisinin nümayəndəsi Konako Mabuçi çıxış ediblər.

ADA Universitetinin rektoru səfir Hafiz Paşayev daimi nümayəndəliyin ilk rəhbəri Həsən Həsənovla bağlı xatirələrini bölüşüb, onun diplomat kimi yüksək peşəkarlığından bəhs edib.

Ölkəmizin BMT yanında ilk daimi nümayəndəsi Həsən Həsənov Azərbaycanın BMT-yə qəbul edilməsi, BMT çərçivəsində Qarabağ münaqişəsi ilə bağlı gedən müzakirələr, qəbul olunan sənədlər və qətnamələr barədə məlumat verib.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev diplomatiya və beynəlxalq münasibətlər sahəsində kadr hazırlığında Hafiz Paşayev, Həsən Həsənov kimi diplomatların təcrübəsinin böyük əhəmiyyət daşıdığını deyib, onların xatirələrinin, kitablarının tədris prosesində dəyərli mənbə olduğunu diqqətə çatdırıb.

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisinin ofisinin nümayəndəsi Konako Mabuçi çıxışında ölkəmizin təkcə region üçün deyil, beynəlxalq aləmdə də nüfuzlu ölkələrdən birinə çevrildiyini qeyd edib. Ötən 30 ildə Azərbaycanın uğurlu inkişaf yolu keçdiyini bildirib.

Tədbir çərçivəsində Azərbaycanın BMT yanında ilk daimi nümayəndəsi, fövqəladə və səlahiyyətli səfir, tarix elmləri doktoru, professor Həsən Əziz oğlu Həsənovun "Topların gurultusu altında diplomatiya: Azərbaycan Respublikasının ilk diplomatik missiyası" adlı kitabının təqdimatı olub.

Həsən Həsənov ölkəmizin BMT yanında ilk daimi nümayəndəsi kimi Ermənistanın Azərbaycana qarşı təcavüzünün başlanıldığı dövrə təsadüf edən 1990-cı illərin əvvəllərində Azərbaycan diplomatiyasının üzləşdiyi çətinliklərdən, BMT Təhlükəsizlik Şurasının 1992-ci ildə qəbul etdiyi və Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyan dörd qətnamənin ərsəyə gəlməsi ətrafında gedən mürəkkəb siyasi və diplomatik proseslərdən bəhs edib.

Sonda Azərbaycan Respublikasının BMT yanında daimi nümayəndəliyinin 30 illik fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Azərbaycanın BMT yanında nümayəndəliyinin təsis edilməsinin 30 illiyi münasibətilə tədbir keçirilib
Azərbaycanın BMT yanında nümayəndəliyinin təsis edilməsinin 30 illiyi münasibətilə tədbir keçirilib
Azərbaycanın BMT yanında nümayəndəliyinin təsis edilməsinin 30 illiyi münasibətilə tədbir keçirilib
Azərbaycanın BMT yanında nümayəndəliyinin təsis edilməsinin 30 illiyi münasibətilə tədbir keçirilib
Azərbaycanın BMT yanında nümayəndəliyinin təsis edilməsinin 30 illiyi münasibətilə tədbir keçirilib
Azərbaycanın BMT yanında nümayəndəliyinin təsis edilməsinin 30 illiyi münasibətilə tədbir keçirilib
Azərbaycanın BMT yanında nümayəndəliyinin təsis edilməsinin 30 illiyi münasibətilə tədbir keçirilib
Azərbaycanın BMT yanında nümayəndəliyinin təsis edilməsinin 30 illiyi münasibətilə tədbir keçirilib

Son xəbərlər

Nazir özünə yeni müşavir təyin etdi - Foto

Finlandiyalı bloqer estetik əməliyyatdan sonra görmə qabiliyyətini itirdi

Azərbaycan BMT-nin mühüm konvensiyasına qoşuldu - Foto

Şərafəddin Ilkin : DÜŞÜNÜRSƏNMİ... - FOTO

Solmaz Şirin : CAVANLIQ - FOTO

XƏLİL MİRZƏ : Bu səfar dərdinəm - FOTO

Türkiyə Kubokunda bütün yarımfinalçılar məlum olub

Pentaqondan Hörmüz açıqlaması - “6 ay bağlı qalması mümkün deyil”

“Xalxın uşaqları”ndan tövsiyələr - Fotolar

“Bunun üçün ABŞ-dən “yaşıl işıq” gözləyirik”

Azərbaycanın qadın güləşçisi Avropa üçüncüsü olub

Həkim olmaq böyük məsuliyyətdir - FOTOLAR

Ədviyyatların boyatladığını göstərən 4 işarə

“Ad günümü səhnədə qeyd edəcəyəm” - 60 yaşlı Məleykə

Ölkədə yeni dələduzluq forması peyda OLUB - Vətəndaşın adına onlayn kredit götürüldü

“Avroviziya” təmsilçimiz yeni obrazda - FOTOLAR

Türkiyəli məşhur aparıcıda xərçəng aşkarlandı - FOTO

Bakı bulvarında yeni nəfəs - Caz və Şərab Festivalı başlayır+Fotolar

Martın 15-i keçirilmiş buraxılış imtahanında 9 nəfər maksimal nəticə göstərib

Bakıda və bölgələrdə külək güclənəcək - Sarı və narıncı XƏBƏRDARLIQ

"The Holland Times": Azərbaycanın şəhərləri - tarixi irs və davamlı inkişaf sintezi nümunəsidir

ARDNF I rübdə 22 ton qızıl satıb

Qərbi Azərbaycan: tarixi həqiqətlər və geri dönüş perspektivləri - FOTOLAR

"Qalatasaray" Türkiyə Futbol Federasiya ilə bütün əlaqələri kəsdiyini bəyan edib

Çin şirkəti 2027-ci ilədək uçan avtomobillərin kütləvi istehsalına başlamağı planlaşdırır

Milyonlarla ukraynalı səfərbərlikdən yayınır - Budanov

Paşinyan Anna Akopyana qovuşacağına ümid edir: Səy göstərirəm

Prezident Kitabxanası Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününə həsr edilən virtual sərgi hazırlayıb

Bütün xəbərlər
«    Aprel 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930