Həndbol üzrə Azərbaycan çempionatı davam edir
Həndbol üzrə Azərbaycan çempionatında IV turun oyunları keçirilib.

Azərbaycan Həndbol Federasiyasından AZƏRTAC-a bildiriblər ki, günün ilk oyununda kişilərdən ibarət “U-18 İdman Akademiyası” və “Bakı” komandaları üz-üzə gəliblər. Gərgin və maraqlı mübarizə ilə yadda qalan görüş “Bakı”nın qələbəsi ilə nəticələnib – 27:22.

Kişilərin mübarizəsində “Gənclər Birliyi” – “Məhsul” görüşü də maraqlı idman mübarizəsi şəraitində keçib. İlk hissəni 13-12 hesablı üstünlüklə bitirən “Məhsul” üstünlüyü sonadək qoruya bilməyib. Fasilədən sonra vəziyyəti dəyişməyi bacaran “Gənclər Birliyi” 28-24 hesabı ilə qalib gəlib.

“U-16” – “Təhsil” qarşılaşmasında nominal qonaqların imkanlarını yüksək qiymətləndirənlər yanılmayıblar. Rəqibin ciddi müqavimətinə baxmayaraq, oyun “Təhsil”in qələbəsi ilə yekunlaşıb - 35:33.

Kişilərdən ibarət komandaların çempionatında 8 xalla “Bakı” liderlik edir. “U-18 İdman Akademiyası” və “Təhsil”in hərəyə 5 xalı var. “U-16” 3 xalla 4-cüdür. “Gənclər Birliyi”nin 2, “Məhsul”un 1 xalı var.

Qadın həndbolçuların yarışında iki qarşılaşma olub. “Azərsu” - “Qarabağ” matçının ilk hissəsindən təşəbbüsə yiyələnən “Qarabağ” fasiləyədək əldə etdiyi üstünlüyü ikinci hissədə daha da möhkəmləndirərək inamlı qələbə çalıb – 36:10

“İdman Akademiyası” – “Azəryol” görüşündə də nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un tam üstünlüyü şəraitində keçən oyun 18-43 hesabı ilə başa çatıb.

Qadınların mübarizəsində 3 oyundan 6 xalla “Azəryol” liderdir. “Qarabağ” 4 xalla ikincidir. “İdman Akademiyası” ilə “Azərsu”nun hərəyə 1 xalı var.

Çempionatın aprelin 9-da keçiriləcək növbəti turunda “Məhsul” – “Bakı”, “Qarabağ” – “İdman Akademiyası”, “U-18 İdman Akademiyası” – “Təhsil”, “Azərsu” – “Azəryol” və “Gənclər Birliyi” - “U-16” oyunları olacaq.
Həndbol üzrə Azərbaycan çempionatı davam edir
Həndbol üzrə Azərbaycan çempionatı davam edir
Həndbol üzrə Azərbaycan çempionatı davam edir
Həndbol üzrə Azərbaycan çempionatı davam edir
Həndbol üzrə Azərbaycan çempionatı davam edir
Həndbol üzrə Azərbaycan çempionatı davam edir
Həndbol üzrə Azərbaycan çempionatı davam edir

Son xəbərlər

Tramp Hörmüz boğazının açılması şərtlərini açıqlayıb

I sinfə şagird qəbulu başlayıb

Axios": İran və ABŞ Hörmüz boğazındakı məhdudiyyətləri aradan qaldıra bilər

İqtisadiyyat Nazirliyinin əməkdaşlarına medallar təqdim edilib

Naxçıvanda iki tanınmış həkim vəfat etdi

İlk xarici konsertini Bakıda vermişdi, sonuncu da burada olacaq - Sənətdən gedir - FOTOLAR

Makronun İrəvan səfəri: Paşinyana seçkiöncəsi strateji dəstək mesajı - ŞƏRH

Azərbaycanda bu kəndlərin adı dəyişdirilir

Heç kim dişsiz qalmayacaq - Bunun da dərmanı tapıldı

Maaş almaq üçün könüllü bank seçimi 3-4 aya mümkün olacaq

Fuad Muradov Vyetnamda rəsmi görüşlər keçirdi - Fotolar

“Navai”dən öncə o da motosiklet qəzasında ölübmüş - Foto

İran Hörmüz boğazı ilə bağlı yeni qurum yaratdı

Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq

Mövlud Çavuşoğlunun qardaşı güllələnib

Prezident İlham Əliyev İslam İnkişaf Bankı Qrupunun sədrini qəbul edib

Zaqatalada yarımstansiyada qəza olub, 15 mindən çox əhali işıqsız qalıb

Azərbaycan nefti 118 dollardan yuxarı səviyyədə ticarət olunur

UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşir

Bu gündən uşaqların I sinfə qəbulu başlayır

RZA MAHMUDOV - 90

“İranın buna ehtiyacı yoxdur” - Marko Rubio

VAQİF VÜQAR : TƏZADLI DUNYAM - FOTO

Çempionlar Liqası: “Arsenal” finala vəsiqə qazanıb

Çempionlar Liqasında ilk finalçı müəyyənləşib

Yeni layihəsi bəlli oldu

Tariflər əvvəlki səviyyəyə qaytarılsın - Aİ-dən ABŞ-yə çağırış

“Konyaspor” son dəqiqə qolu ilə finala yüksəldi

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031