Şuşa və Moskva bəyannamələri Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir
Ölkə başçısı İlham Əliyevin həyata keçirdiyi düşünülmüş siyasət nəticəsində Azərbaycanın siyasi və iqtisadi nüfuzu artır. Bu gün mürəkkəb siyasi münasibətlər, yeni çağırışlar bir daha göstərir ki, Azərbaycanın apardığı daxili və xarici siyasəti dövlətimizin strateji məqsədlərinə uyğundur.

Azərbaycan öz milli maraqlarını əsas götürməklə ikitərəfli və çoxtərəfli müstəqil siyasət yürüdür. Azərbaycan BMT-dən sonra ikinci böyük təşkilat olan Qoşulmama Hərəkatına sədrlik edir. Ümumiyyətlə, Azərbaycan bütün qonşu dövlətlərlə və beynəlxalq təşkilatlarla normal və bərabər münasibətlər qurur. Dövlət başçısı İlham Əliyevin düşünülmüş və balanslı siyasəti nəticəsində ölkəmizin Avropanın enerji təchizatında, enerji təhlükəsizliyinin təmin edilməsində çəkisi artmaqdadır. Azərbaycanın Türk Dövlətləri Təşkilatı, Avropa İttifaqı, NATO, BMT və digər nüfuzlu qurumlarla sıx əməkdaşlıq münasibətləri mövcuddur.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova bildirib.

Onun sözlərinə görə, Vətən müharibəsində əldə etdiyimiz tarixi Qələbədən sonra Cənubi Qafqazda yeni reallıq yaranmışdır. Bu yeni konfiqurasiyanın əsas iştirakçıları Azərbaycan, Türkiyə və Rusiyadır. Bu mənada hər iki ölkə ilə müttəfiqlik bəyannamələri imzalanması mövcud reallığın yaratdığı vəziyyətə cavab verir.

2021-ci ilin iyununda Azərbaycanla Türkiyə arasında “Şuşa Bəyannaməsi” imzalanmışdı. Sənəd hər iki ölkənin parlamenti tərəfindən təsdiqlənmişdir. Bu Bəyannamə Azərbaycan və Türkiyənin iki qardaş dövlətin münasibətlərini daha da gücləndirdi. Azərbaycan ilə Türkiyənin əməkdaşlıq əlaqələri unikal müttəfiqlik nümunəsidir.

“Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə”nin imzalanması tarixi əhəmiyyətli sənəddir. Qeyd etmək lazımdır ki, qarşılıqlı münasibətlərin daha da inkişaf etdirilməsi sahəsində işlərə çoxdan başlanılmışdı. Prezident İlham Əliyev hələ Yeni il münasibətilə xalqa müraciətində Rusiya-Azərbaycan əlaqələrinin keyfiyyətcə yeni səviyyəyə qalxacağını anons etmişdi. Bu baxımdan da qeyd etmək olar ki, belə bir sənədə daxil edilən məsələlərlə bağlı müəyyən işlər görülmüşdü. Bəyannamə olduqca genişdir - 40-dan çox bənd var və iki ölkənin qarşılıqlı əlaqələrinin ən vacib sahələrini əhatə edir. Azərbaycan və Rusiya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi ərəfəsində imzalanan bu sənədin ölkələrimiz üçün, qarşılıqlı əlaqələrimiz üçün, həm də regional təhlükəsizlik üçün müsbət əhəmiyyət verəcəkdir.

Deputat deyib ki, dünyada geosiyasi proseslərin sürətlə bir-birini əvəz etdiyi, dünyanın mühüm dəyişikliklərdən keçdiyi bir vaxtda sənədin xüsusi əhəmiyyəti var. Bu Bəyannaməyə görə hər iki ölkə müttəfiqlik fəaliyyəti bir-birinin müstəqilliyinə, ərazi bütövlüyünə, dövlət suverenliyinə, sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmət, qarşılıqlı fayda, bir-birinin daxili işinə qarışmamaq, güc tətbiq etməmək və güclə hədələməmək prinsipləri üzərində qurur. Digər vacib məqam keçmiş münaqişəyə son qoyan 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanatın, eləcə də 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarının müddəalarının həyata keçirilməsinin vacibliyi vurğulanır. Bu məsələ Azərbaycan üçün çox vacib bir məsələdir.

H.Hüseynova qeyd edib ki, iki dövlət arasındakı münasibətlər qonşuluq əlaqələrindən strateji tərəfdaşlıq səviyyəsinə qədər yüksəlib. Bu gün strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Rusiya ikitərəfli dostluq və qonşuluq münasibətləri bütün istiqamətlər üzrə uğurla inkişaf edir. Bizim çox sıx iqtisadi, ticari münasibətlərimiz var. Ticarət, nəqliyyat, energetika, humanitar sahə, turizm, innovasiyalar və gənclər siyasətini əhatə edən yol xəritəsi çərçivəsində proqram həyata keçirilir. Həcmi milyard dollarlarla ölçülən qarşılıqlı investisiyalar həyata keçirilir. Eyni zamanda, Rusiya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində fəaliyyət göstərir. İldən-ilə ticarət dövriyyəsi artırılır, qarşılıqlı sərmayə qoyuluşu məsələləri hər zaman gündəmdədir. Ticarət və iqtisadi əlaqələr daha da genişlənir, 2021-ci il üçün qarşılıqlı dövriyyənin həcmi 16 faizdir, 3 milyard dollara çatmışdır.

“Həm Rusiya, həm də Türkiyə Azərbaycanın qonşularıdır, regionda sülh və təhlükəsizliyin təmin edilməsində xüsusi rol oynayır. Azərbaycan öz dövlət müstəqilliyini qorumaqla, həm də balanslı siyasət həyata keçirir. Bütün dövlətlərlə və beynəlxalq təşkilatlarla normal və bərabər münasibətlər qurulur. Onun digər ölkələrlə münasibətləri heç vaxt üçüncü tərəfə qarşı yönəlməyib. Türkiyə ilə imzalanmış Şuşa Bəyannaməsi kimi, Rusiya ilə Moskva Bəyannaməsi də Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və təhlükəsizliyinə zəmanət verir”, - deyə deputat vurğulayıb.

Son xəbərlər

Səməd Bəşirli: "Azərbaycan və TDT ölkələri arasında qarşılıqlı investisiyalar 40 milyard dollara yaxınlaşıb"

Bu gün Azərbaycanın bütün məktəblərində "Son zəng" çalınır

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşmədi - YENİLƏNİB

Şöhrət xiyabanında onun da ulduzu oldu

“Eşref Rüya”nın aktyorları eyni layihədə

11 yaşlı uşaq 85 milyon il əvvəl yaşamış sürünənin skeletini aşkarladı - Fotolar

Dünya Kubokundan sonra karyerasını bitirəcək

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib - FOTOLAR

Hikmət Hacıyev Trans-Xəzər Forumunda çıxış edib

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Kanada - Bosniya və Herseqovina oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR

Ermənistanda səslər yenidən hesablandı, fərq dəyişdi

“TikTok"da qeyri-etik paylaşımlar edən daha bir nəfər saxlanıldı

Həyatının 30 ilini buna həsr etdiyini açıqladı

Universitetini dəyişdirmək istəyənlərin nəzərinə: Mühüm qərar...

“Balını artırarıq” tələsi: Abituriyentlərə vacib xəbərdarlıq

Sürücülük hüququ ömürlük verilə bilərmi?

ADY yay mövsümü üçün əlavə qatar reysləri təyin etdi

“Milli Qurtuluşun izi ilə: Dövlət Quruculuğunda Neft Amili və Sabitlik Reallıqları” - FOTOLAR

"Ben bu cihana sığmazam"ın aktrisası yeni serialda - FOTO

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

DAXİLİ DÜNYANIN YAŞATDIĞI SARSINTILAR - FOTOLAR

Azərbaycanda hava limanlarının idarə edilməsi qaydası təsdiqlənib

Azərbaycan və Ekvadorun diplomatik, rəsmi və xidməti pasport sahibləri viza tələblərindən azad ediləcək

Böyük Britaniya hökuməti böhranla üz-üzə - Krallığın sınağa çəkilən siyasi elitası - ŞƏRH

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930