Xəbərlər
12.02.2022, 21:12
Cüdoçularımız açıq Avropa turnirində qızıl və gümüş medal qazanıblar
Bosniya və Herseqovinanın Sarayevo şəhərində cüdo üzrə açıq Avropa turniri davam edir.
Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, turnirdə 60 kiloqram çəki dərəcəsində çıxış edən cüdoçularımız Samir Piriyev və komanda yoldaşı Turan Bayramov bütün rəqiblərini məğlub edərək finala yüksəliblər. Həlledici mərhələdə cüdoçularımız üz-üzə gəliblər. Qarşılaşmanı qızıl xal bölümündə ipponla başa vuran Turan Bayramov turnirin qalibi olub. Samir Piriyev isə gümüş medalla kifayətlənib.
Fevralın 13-dək davam edəcək yarışa 26 ölkədən 321 idmançı qatılıb.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay