Azərbaycan ilə Pakistan arasında tarixin sınaqlarından keçmiş siyasi, mənəvi bağlılıq mövcuddur
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə fevralın 8-də Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Bilal Haye ilə görüşüb.

QMİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanla Pakistan arasında tarixi dostluq, qardaşlıq münasibətləri zəminində inkişaf edən və dərinləşən dini-mənəvi əlaqələrdən söhbət açılıb. Bildirilib ki, qardaş ölkələrimiz arasında tarixin sınaqlarından keçmiş siyasi, mənəvi bağlılıq hər zaman bir-birimizin yanında olmağımıza dəlalət edib. Xüsusilə Vətən müharibəsi dövründə Pakistanın mənəvi dəstək və yardımı Azərbaycan xalqının ədalətli mübarizəsinin qələbəsinə öz töhfəsini verdi. İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq müstəvilərdə hər zaman eyni mövqelərdən çıxış edən Azərbaycan-Pakistan dostluğu və qardaşlığı əsl İslam həmrəyliyi nümunəsi olaraq dünya üçün örnəkdir.

Şeyxülislam Allahşükür Paşazadə 40 ildən artıq dini liderliyi dövründə dəfələrlə Pakistanı ziyarət etdiyini, orada çox sayda din, ictimai, siyasi xadimlərlə yaxından tanış olduğunu, beynəlxalq müstəvilərdə birgə tədbirlərdə iştirak etdiyini, Pakistan xalqına və dövlətinə böyük ehtiramı olduğunu ifadə edib. Bu baxımdan bir sıra önəmli məqamları xatırladan QMİ sədri istər sovetlər dönəmində, istər 20 Yanvar hadisələri zamanı, istərsə də Azərbaycanın İslam Konfransı Təşkilatına (İƏT) üzv qəbul olunması zamanı Pakistan dövlətinin qardaş dəstəyinin şəxsən şahidi olduğuna dair xatirələrini bölüşüb.

Pakistan səfiri şeyxülislamla görüşdən olduqca məmnun olduğunu, uzun müddət pandemiya səbəbindən görüşünün təxirə salındığını qeyd edib və nəhayət baş tutmasına görə şərəf duyduğunu bildirib. Səfir İslam dünyasının tərəqqisində Azərbaycanın özəl rolunun olduğunu, multikulturalizm modelinin dünya üçün nümunə səciyyəsi daşıdığını rəğbətlə vurğulayıb. Azərbaycanla Pakistan münasibətlərinin rəsmi xarakterdən daha çox millətlərimiz arasında qəlbən bağlılıq üzərində təşəkkül tapmış əlaqələr olduğunu qeyd edən səfir Azərbaycan xalqının Vətən müharibəsində qazandığı tarixi Zəfərin bütün İslam dünyası üçün qələbə, bütün işğal altında olan xalqlara müsbət nümunə olduğunu qürurla vurğulayıb.

Səfirə Qafqaz Müsəlmanları İdarəsi nəzdində fəaliyyət göstərən Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Dialoq Mərkəzi barədə məlumat verən şeyxülislam Allahşükür Paşazadə bu mərkəz xətti ilə bu günədək Avstriya, İspaniya, Almaniya, Rusiya, Türkiyə, İran, Özbəkistan və digər ölkələrdə keçirilmiş beynəlxalq konfranslar, habelə bu yaxınlarda Vatikana səfəri barədə səfirə ətraflı məlumat verib. QMİ sədri bildirib ki, gələcəkdə bu müstəvidə beynəlxalq forumların Pakistanda keçirilməsi, bu ölkənin tanınmış din xadimlərinin birgə tədbirlərdə yaxından iştirakı olduqca arzuolunandır.

Görüşdə QMİ sədri Türk Dövlətləri Təşkilatı çərçivəsində dini-mənəvi əlaqələrin dərinləşməsi üçün yeni imkanlar açılması barədə, türk dövlətlərinin müsəlman dini liderlərinin mövcud əlaqələrinin daha da təkmilləşməsi naminə təşkilati müstəvidə yeni addımlar atılması haqda məlumat verib və türk dünyasına qardaş Pakistan xalqının da bu Birlik çərçivəsində dini-mənəvi əməkdaşlığa cəlb olunmasını məqsədəuyğun hesab etdiyini vurğulayıb.

Səfir Bilal Haye, öz növbəsində, Azərbaycan Dillər Universitetində Pakistan Mədəniyyət Mərkəzini təsis etmələrindən və bu mərkəzdə təşkil olunan, o cümlədən multikulturalizm mövzusunda tədbirlərdə QMİ-nin yaxından iştirakından məmnun olacaqlarını bildirib.

Diplomat Pakistanda hindu və sikx mədəniyyət nümunələrinə həsr olunmuş kitabları şeyxülislama təqdim edib və müsəlman ölkəsi olan Pakistanda digər dinlərin ardıcıllarına olan tolerant münasibətdən söhbət açıb.

Görüşün sonunda xatirə hədiyyələri təqdim olunub.

Son xəbərlər

Prezident İlham Əliyev: Azərbaycan və İtaliya strateji tərəfdaşlardır

İlham Əliyevin Ciorcia Meloni ilə təkbətək görüşü keçirilib

Prezidentin sosial şəbəkə hesablarında "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında çıxışına aid videoçarx paylaşılıb

İtaliyanın Baş naziri Corcia Meloni Azərbaycana rəsmi səfərə gəlib

Emi Karlon: Azad edilmiş ərazilərə səfərlər ABŞ-Azərbaycan əməkdaşlığının genişlənməsinə dəstəkdir

Bir qrup xalçaçı "Tərəqqi" medalı ilə təltif edilib - SƏRƏNCAM

BƏƏ XİN: İran Hörmüz boğazında tankerə PUA ilə hücum edib

MƏMMƏD QƏDİR : Bir can saxlamışam sənə əmanət - FOTO

Konsertə yeni sevgilisi ilə qatıldı - Foto

BİR KƏND,YEDDİ ŞAİR”ƏDƏBI MÖCÜZƏSININ BEŞİNCİ SƏSİ–FÜRQANİ FENOMENİ... - FOTOLAR

Prezident İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısında videobağlantı formatında çıxış edib - YENİLƏNİB

Xanımı ilə Zəfər parkını ziyarət etdi - Fotolar

Bakı-Qazax yolunda yük maşınları toqquşdu - Ölən var

“Bakı Gəmiqayırma Zavodu” və “KTZ Express Shipping” arasında müqavilə imzalandı - Fotolar

Martin Çunqonq Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Paşinyan 2028-ci ildə Bakıya səfər edəcəyinə ümid edir

Lənkəranın 2 kəndində qaz olmayacaq

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 10 vaqon gübrə göndəriləcək

Premyer Liqa: "Qarabağ" bu gün "Turan Tovuz"la qarşılaşacaq

Bakıda həftənin ilk günündə sıxlıq olan yollar açıqlanıb

Günün qoroskopu: ağır hisslərin dalğası çəkilir

Prezidentin qızları və gəlini moda həftəsinə qatıldılar - FOTOLAR

Fransız “Rafale” qırıcıları Baltik hava məkanını pozan iki Rusiya təyyarəsinin qarşısını alıb

“Mançester Yunayted” “Liverpul”u məğlub edib, “Tottenhem” vacib qələbə qazanıb

Makron arvadının İrəvana gəlməməsinin səbəbini açıqladı

Tramp İranın təklifini rədd etdi - “Elə şeylər var ki...”

Xalq artisti Bakını tərk edəcək

KƏLBƏCƏRİN İÇ SƏSİ,QOBUSTANIN NƏFƏSİ: Əlövsət Saldaş poeziyasında insan və yaddaş - FOTOLAR

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031