Şeyxülislam Allahşükür Paşazadə: Azərbaycan-Gürcüstan dostluğu daimi olacaqAvqustun 27-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadzenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, görüşdə QMİ sədri Azərbaycan ilə Gürcüstan arasındakı əlaqələrin tarixindən danışıb. Gürcüstanda çox sayda azərbaycanlıların olduğunu bildirən QMİ sədri qeyd edib ki, oradakı soydaşlarımız rifah şəraitində yaşayır, dini ibadətlərini həyata keçirirlər. Dini-mənəvi müstəvidə tarixi əlaqələrin əhəmiyyətindən bəhs edən QMİ sədri Qafqazın ağsaqqal dini lideri, böyük qardaşı saydığı Patriarx II İliyanın şəxsiyyətini yüksək dəyərləndirib. “Ölkələrimiz arasında mənəvi əlaqələrin inkişafında Gürcüstan patriarxı II İliyanın rolunu xüsusi vurğulamaq lazımdır. Gürcüstan ilə Azərbaycan arasında dostluq, qardaşlıq münasibətləri var. Bu dostluğu gələcək nəsillərə çatdırmaq lazımdır. Bizim dostluğumuzu gözü götürməyən, ara vurmağa çalışan qüvvələr var. Lakin, mən əminəm ki, onların heç bir cəhdi baş tutmayacaq və qardaşlığımız daimi olacaq”, - deyə QMİ sədri qeyd edib.

Şeyxülislam Allahşükür Paşazadə gürcü patriarxı II İliyanın Azərbaycan və Gürcüstan xalqları arasında mənəvi körpülərin daha da möhkəmlənməsi üçün birgə əməkdaşlıq nümunələrini xatırladaraq, patriarxın hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və bu qardaş dəstəyinin ikinci Qarabağ müharibəsi dövründə bir daha ifadə olunduğunu, məktub və onlayn görüşmələrdə bir daha vurğulandığını xüsusi qeyd edib. QMİ sədri zamanında gürcü patriarxının münaqişənin sülh yolu ilə həlli məqsədilə Azərbaycan və erməni dini liderlərinin görüşləri üçün vasitəçilik missiyasını yüksək dəyərləndirən şeyxülislam Allahşükür Paşazadə Qafqazda əmin-amanlıq şəraitinin hökm sürməsində patriarxla dostluq, qardaşlıq, əməkdaşlıq münasibətlərinin böyük rolu olduğuna diqqəti çəkib. Şeyxülislam Allahşükür Paşazadə Prezident İlham Əliyevin dost, qardaş ölkələrimiz arasında münasibətlərin inkişafını prioritet saydığını, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqlarımız arasında bütün sahələrdə olduğu kimi, dini-mənəvi, humanitar sahədə münasibətlərin yüksək səviyyəsinin təmininə böyük töhfələr verdiyini xüsusi qeyd edib.

Şeyxülislam Allahşükür Paşazadə QMİ-nin nəzdində Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalar arası Dialoq Mərkəzinin Himayədarlar Şurasının üzvü olan patriarx II İliyanın bu qlobal platformada fəal iştirakını vurğulayaraq, pandemiya səbəbindən Gürcüstanda keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirin təxirə salındığını, lakin şərait yaranan kimi bu nüfuzlu beynəlxalq forumun keçiriləcəyini qeyd edib. Xarici ölkələrdə yaşayan soydaşlarımızın dini-mənəvi tələbatlarının ödənilməsi məqsədilə bir çox ölkələrdə nümayəndəlikləri olan Qafqaz Müsəlmanları İdarəsinin fəaliyyətinin qardaş Gürcüstanda daha yüksək səviyyədə davam və inkişaf etdirilməsi zərurəti xüsusi vurğulanıb.

Regional dini mərkəz olaraq Qafqaz Müsəlmanları İdarəsinin xaricdəki nümayəndəlikləri arasında Gürcüstandakı təmsilçiliyinin xüsusi fəallıq göstərdiyini və Gürcüstan dövlətinin müvafiq qurumları, habelə Gürcü Patriarxlığı ilə sıx əlaqələrə malik olduğunu xatırladan şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə qəbul edilmiş qanunvericilik aktlarının bu müstəvidə əməkdaşlığımız üçün yeni perspektivlər açdığını qonağın diqqətinə çatdırıb.

Şeyxülislam Allahşükür Paşazadə erməni işğalından azad olunmuş ərazilərimizdə dağıdılmış, təhqir olunmuş mənəvi irs nümunələrimiz barədə qonağa məlumat verib, Gürcüstanın Azərbaycandakı səfirinin bu mənzərələri öz gözləri ilə gördüyünü xatırladıb. QMİ sədri görüşdə Azərbaycanda və Gürcüstanda ermənilərin xristian pravoslav dini məbədlərini özününküləşdirmək, mənşəyini saxtalaşdıraraq erməniləşdirmək cəhdlərinin birgə səylərlə qarşısının alınmasının vacibliyini vurğulayıb.

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin sədri Zaza Vaşakmadze iki ölkənin dini liderləri arasında sıx dostluq münasibətlərinin olmasını təqdirəlayiq hal kimi dəyərləndirib. Bildirib ki, bu münasibətlər dövlətlərimiz arasındakı əlaqələrin inkişafında da mühüm rol oynayır. "Müasir dövrdə dini liderlər cəmiyyət arasında daha böyük nüfuza malikdirlər. Din xadimləri cəmiyyəti öz arxalarınca apara bilirlər. Bu baxımdan, Azərbaycanın və Gürcüstanın dini liderlərinin dövlətçiliyə sadiqlikləri xüsusi əhəmiyyət daşıyır, hər iki dini lider daim dövlətin yanında olmaları ilə seçilirlər.

Gürcüstanda müxtəlif xalqlara mənsub 400 minədək müsəlman yaşayır. Onların dini bayramları dövlət səviyyəsində təbrik edilir, Gürcüstanın Baş naziri tərəfindən hər il Ramazanda iftar süfrəsi açılır. Onlar dini rifah halında yaşayırlar, bütün hüquqları Gürcüstan hökuməti tərəfindən müdafiə edilir. Dini mərkəzlər mədəni abidələr olduğu üçün qorunur”, - deyə Zaza Vaşakmadze qeyd edib.

Azərbaycanın dini liderini və onun simasında Azərbaycan xalqını Vətən müharibəsində qazanılmış rəşadətli Zəfər münasibətilə ürəkdən təbrik edən qonaq Gürcüstan patriarxı II İliyanın şeyxülislam Allahşükür Paşazadəyə ad günü münasibətilə təbrik məktubunu çatdırıb.

QMİ sədri xoş sözlərə görə təşəkkürünü bildirib və minnətdarlığını mənəvi qardaşı Patriarx II İliyaya yetirməyi rica edib.

Görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı və QMİ sədrinin birinci müavini müfti Salman Musayev də iştirak ediblər.
Şeyxülislam Allahşükür Paşazadə: Azərbaycan-Gürcüstan dostluğu daimi olacaq
Şeyxülislam Allahşükür Paşazadə: Azərbaycan-Gürcüstan dostluğu daimi olacaq
Şeyxülislam Allahşükür Paşazadə: Azərbaycan-Gürcüstan dostluğu daimi olacaq

Son xəbərlər

Tramp: İran Hörmüz boğazından keçən gəmilərdən ödəniş tələb etsə, danışıqlar dərhal dayandırılacaq

Pakistanın Azərbaycandakı səfirliyi iki gün işləməyəcək

Pakistan XİN: ABŞ-İran texniki danışıqları gələn həftə bərpa olunacaq

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb

Gələn həftə direktorların işə qəbulu üzrə elektron qeydiyyatı başlayacaq

İcbari sığorta qaydalarında dəyişikliklər hazırlanır

Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır

"Eşref Rüya"nın aktyoru yeni serialda - FOTO

"Ümid"in aktyoru vəfat etdi

"Arka sokaklar"dan sonra bu seriala çəkiləcək - FOTO

Şuşada TDT ölkələrinin dini qurumlarının rəhbərlərinin Birinci görüşü keçiriləcək

Trampla qalmaqaldan sonra Melonidən - İlk açıqlama

Əncir haqqında maraqlı faktlar, tərkibində həşərat cəsədi var imiş

Qəzənfər Məsimoğlu : SƏNSİZ - FOTO

MM sədri: Azərbaycan İƏTPİ Konfransının hədəflərinin irəli aparılmasına tam sadiqdir

İlham Əliyev: Qərbdə bəzi siyasi dairələr İslam dininə qarşı qərəzli təsəvvür yaratmağa cəhd göstərir

Sabah fəlsəfə doktoru və doktoranturaya qəbul üzrə xarici dil imtahanı təşkil olunacaq

Azərbaycan neftinin qiyməti 80 dollardan aşağı düşüb

Şimali Kiprin spikeri Azərbaycana səfərə gəlib

Bakıda yalnız 3 istiqamətdə tıxac var

ABŞ Senatı İrana qarşı müharibənin dayandırılmasına çağıran qətnamə qəbul edib

Adil Cəfakeş poeziyasından bir nümunə... - FOTO

Gürcüstanda zəlzələ oldu

Xamenei ilə vidalaşmaq üçün Tehrana gedəcək

QIZBƏS QƏBƏLƏ : ÜRƏK, DAYANMAĞA TƏLƏSMƏ HƏLƏ - FOTO

Sifarişlər mənzilinə çatdı, özü yox… - Fotolar

Cıdır düzündə ona Qarabağ atı hədiyyə olundu - Fotolar

Tarixinin ən isti gününü yaşadı

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930