Azərbaycan XİN fransalı nazirin Milli Assambleyadakı çıxışına cavab verib
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Fransa xarici işlər nazirinin bu ölkənin Milli Assambleyasında söylədiklərini şərh edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a verilən məlumata görə, şərhdə bildirilir: “Təəssüflə qeyd etmək istərdik ki, Fransanın Avropa və xarici işlər üzrə naziri Jan İv Lö Drian tərəfindən bu ilin yanvarın 18-də bu ölkənin Milli Assambleyasında diplomata yaraşmayan bir tərzdə açıqlama edilmişdir. Belə ki, təxribatçı məqsədlərlə Azərbaycan Respublikası Prezidentini təhqir etməyə cəhd göstərən Milli Assambleyanın Respublikaçılar partiyasından olan üzvü Erik Siottiyə sərt cavab verilməli və ona həddi bildirilməli idi. Nazir Lö Drian Azərbaycan Respublikası Prezidentinin Valeri Pekressin Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfəri ilə əlaqədar söylədiyi fikirlərin “forma və mahiyyət etibarilə qəbuledilməz olduğunu” bildirmişdir.

Azərbaycan Respublikasının Prezidentinin Valeri Pekressin Azərbaycana qanunsuz səfəri ilə əlaqədar açıqlaması tam məntiqi əsaslı və düzgündür.

Nazir Lö Drian tərəfindən digər ölkənin dövlət başçısının açıqlamasının məsuliyyətsiz və qəbuledilməz formada şərh edilməsi diplomatik ənənələrlə ziddiyyət təşkil edir. Təəssüflə qeyd edirik ki, Fransa kimi böyük dövlətçilik ənənələri olan ölkənin xarici işlər naziri bunu anlamır.

Prezident İlham Əliyevin Valeri Pekress, Mişel Barniyer və Brüno Retayyonun Azərbaycanın ərazilərinə qanunsuz səfəri ilə bağlı açıqlaması tam qanunidir; bu, Azərbaycan qanunlarını pozan şəxslərə qarşı tam adekvat bir cavabdır. Pekressin Fransa prezidentliyinə namizədlik statusu ona Azərbaycan qanunlarından üstün olmaq imtiyazı verə bilməz. O da digər hər hansı bir xarici vətəndaş kimi qəbul edilməlidir. Xatırladırıq ki, xarici vətəndaşlar Azərbaycan ərazisinə qanunsuz səfər etdikdə onlara münasibətdə ya inzibati, ya da ölkənin Cinayət Məcəlləsinə uyğun olaraq müvafiq ölçü götürülür. Əgər Azərbaycan Respublikası vətəndaşı Fransa qanunlarını pozsaydı və Fransa ərazisinə qanunsuz daxil olsaydı ona münasibətdə də adekvat ölçü götürülərdi.

Eyni zamanda bildirmək istərdik ki, Fransa hökumətinin 44 günlük müharibə və ondan sonrakı dövrdə işğalçı Ermənistanın tərəfində olduğu heç kimə sirr deyil. Fransa Milli Assambleyasının hər iki palatasının hətta Ermənistanın belə tanımadığı qondarma “Dağlı Qarbağ Respublikasını” tanımağa çağıran sənədlər qəbul etmişdir.

Qeyd etmək istərdik ki, 15 dekabr 2021-ci il tarixində Fransa Prezidentinin təşəbbüsü ilə Prezident Makron və Prezident İlham Əliyev arasında keçirilmiş görüş zamanı qarşı tərəfin verdiyi ismarışlar bu ölkənin xarici işlər naziri Lö Drianın açıqlaması ilə ziddiyyət təşkil edir və Azərbaycan-Fransa münasibətlərinin normallaşmasına xidmət etmir.

Eyni zamanda vurğulamaq istərdik ki, istər Fransa, istərsə də digər dövlətlərin nümayəndəsi bir daha Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinə qanunsuz səfər edərsə, Azərbaycan öz Konstitusiyası və müvafiq qanunvericiliyi çərçivəsində lazımi addımları atacaq”.

Son xəbərlər

Dünya çempionatı: Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşməyib

Kanada - Bosniya və Herseqovina oyununda qalib müəyyənləşmədi - YENİLƏNİB

Şöhrət xiyabanında onun da ulduzu oldu

“Eşref Rüya”nın aktyorları eyni layihədə

11 yaşlı uşaq 85 milyon il əvvəl yaşamış sürünənin skeletini aşkarladı - Fotolar

Dünya Kubokundan sonra karyerasını bitirəcək

Bakıda “Nine Senses Fest 2026” Beynəlxalq Festivalına start verilib - FOTOLAR

Hikmət Hacıyev Trans-Xəzər Forumunda çıxış edib

Əlilliyi olan şəxslərə hüquqlarının müdafiəsi ilə əlaqədar məlumat verilib

Kanada - Bosniya və Herseqovina oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR

Ermənistanda səslər yenidən hesablandı, fərq dəyişdi

“TikTok"da qeyri-etik paylaşımlar edən daha bir nəfər saxlanıldı

Həyatının 30 ilini buna həsr etdiyini açıqladı

Universitetini dəyişdirmək istəyənlərin nəzərinə: Mühüm qərar...

“Balını artırarıq” tələsi: Abituriyentlərə vacib xəbərdarlıq

Sürücülük hüququ ömürlük verilə bilərmi?

ADY yay mövsümü üçün əlavə qatar reysləri təyin etdi

“Milli Qurtuluşun izi ilə: Dövlət Quruculuğunda Neft Amili və Sabitlik Reallıqları” - FOTOLAR

"Ben bu cihana sığmazam"ın aktrisası yeni serialda - FOTO

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Şahbaz Şərif: ABŞ və İran arasında sazişin yekun mətni razılaşdırılıb

Azərbaycan Beynəlxalq Xizək Konqresində təmsil olunub

DAXİLİ DÜNYANIN YAŞATDIĞI SARSINTILAR - FOTOLAR

Azərbaycanda hava limanlarının idarə edilməsi qaydası təsdiqlənib

Azərbaycan və Ekvadorun diplomatik, rəsmi və xidməti pasport sahibləri viza tələblərindən azad ediləcək

Böyük Britaniya hökuməti böhranla üz-üzə - Krallığın sınağa çəkilən siyasi elitası - ŞƏRH

DÇ-2026: Kanada və ABŞ yığmaları ilk oyunlarına çıxacaq

TƏBİB-in tabeliyindəki 4 müəssisədə yoxlama aparılır

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930