
Xəbərlər
1.01.2022, 20:18
Yeni təqvim ilinə yeni fikirlər və təkliflərlə başlamaq lazımdır!
Yeni təqvim ilinə yeni fikirlər və təkliflərlə başlamaq lazımdır!
Bildiyimiz kimi məktəblərdə təhsil alan şagirdlərin böyük əksəriyyəti ali təhsil müəssisələri haqqında düşünürlər. Onları maraqlandıran bir çox məqamlar var. Şagirdlər həmin suallara cavab tapmaq üçün öz müəllimlərinə müraciət etsələr də düşünürəm ki, istədikləri cavabı əldə etmirlər. Belə olan halda çox yüksək nəticələr əldə ediləcəyini düşündüyüm "Bu günün şagirdləri, sabahın tələbələri" adlı lahiyəyə start verilsin. Təhsil nazirliyi və yaxud ali təhsil müəssisələrinin təşkilatçılığı ilə məktəb şagirdlərinin (xüsusilə regionlarda yerləşən məktəblərdə təhsil alan şagirdlər) ali təhsil müəssisələrinə ekskursiyaları təşkil edilsin. Prosesin gedişində şagirdlərin öz suallarına cavab tapmaları üçün şərait yaradılsın. Ehtimal edirəm ki, bu lahiyə məktəb şagirdlərində ali təhsilə daha çox maraq yaradacaq. Həmçinin şagirdlər öz parlaq gələcəklərini qurmaq üçün ümumi inkişaf istiqamətlərini rahat və dəqiq müəyyən edə biləcəklər (Gələcəkdə təhsil almaq üçün öz ali təhsil müəssisələrini seçəcəklər və orada təhsil almaq imkanı əldə etmək uğrunda mübarizə aparacaqlar).
Bu günün şagirdlərini sabahın tələbəsi olmağa və vətənimiz Azərbaycanın parlaq gələcəyinin qurulmasında iştirak etməyə səsləyək!
Ümidvaram ki, təklifim nəzərə alınacaq...
Anar Salehoğlu
ADPU-nun tələbəsi, YAP Yevlax rayon təşkilatının üzvü, İctimai fəal
ADPU-nun tələbəsi, YAP Yevlax rayon təşkilatının üzvü, İctimai fəal
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














