Kempo, qocyu-ryu və fudokan üzrə açıq respublika çempionatı keçirilib
“Sərhədçi” İdman Olimpiya Mərkəzində kempo, qocyu-ryu və fudokan idman növləri üzrə Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyinə və “Zəfər Günü”nə həsr edilmiş açıq respublika çempionatı keçirilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycan Qocyu-Ryu Okinva Karate-do və Kempo Kobudo İdman Növləri Federasiyasının və Dünya Fudokan Federasiyasının (DFF) Azərbaycan Respublikasında rəsmi və salahiyyətli nümayəndələyinin birgə təşkil etdiyi yarış uşaq, yeniyetmələr, gənclər və böyüklər arasında keçirilib.

Tədbirin açlış mərasimində qazilərimiz, şəhid ailələri, dövlət xadimləri, Milli Məclisin deputatları, tanınmış idmançılar, həmçinin sənət adamları da iştirak edib.

Tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən Azərbaycan Qocyu-Ryu Okinva Karate-do və Kempo Kobudo İdman Növləri Federasiyasının prezidenti, Əməkdar idman xadimi Tarverdi Allahverdiyev, federasiyanın rəsmi nümayəndəsi İmran Hüseynəliyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, DFF-nin Azərbaycanda rəsmi və səlahiyyətli nümayəndəsi Vüsal Abdullazadə, Milli Məclisin deputatı Vüqar İsgəndərov, qazilər və başqaları çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun 30 ildən artıq düşmən işğalı altında olan torpaqlarımızı azad edərək xalqımıza böyük qələbə sevinci yaşatdığını bildiriblər. Çıxış edənlər qeyd ediblər ki, dövlət tərəfindən idman sahəsinə göstərilən diqqət və qayğı nəticəsində Azərbaycanda bu sahədə davamlı uğurlar əldə edilir.

Sonra yarışlara start verilib.

Yarışda yekun nəticələrə görə mükafatçılar müəyyənləşib. Turnirdə ilk üç yeri tutanlar təşkilatçılar tərəfindən mükafatlandırılıblar. Turnirdə eyni zamanda, DFF-nin Azərbaycanda rəsmi və səlahiyyətli nümayəndəsi, Azərbaycan Qocyu-Ryu Okinva Karate-do və Kempo Kobudo İdman Növləri Federasiyasının vitse-prezidenti Vüsal Abdullazadə və federasiyanın baş məşqçisi Əjdər Alıyevə beynəlxalq federasiyanın döş nişanları təqdim edilib.

Qeyd edək ki, yarışların qalibləri milli komandanın tərkibində yer alaraq ölkəmizi beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında təmsil edəcəklər.
Kempo, qocyu-ryu və fudokan üzrə açıq respublika çempionatı keçirilib
Kempo, qocyu-ryu və fudokan üzrə açıq respublika çempionatı keçirilib
Kempo, qocyu-ryu və fudokan üzrə açıq respublika çempionatı keçirilib
Kempo, qocyu-ryu və fudokan üzrə açıq respublika çempionatı keçirilib

Son xəbərlər

Mumbayda binanın çökməsi nəticəsində ölənlərin sayı 9-a çatıb

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşıb

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Prezident: Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir

“Fox”: Türkiyə F-35 qırıcılarının alınması ilə bağlı tələbləri hələ yerinə yetirməyib

UEFA FIFA turnirlərini boykot etməklə hədələyir

Əməyi yüksək ada layiq - FOTO

Hacıməmməd Məmmədov : Zamanın yaddaşında yaşayan müəllim - FOTO

"Avropa tənəzzüldədir" - Netanyahu

Tanınmış jurnalist saxlanıldı

Tiktoker Müjgan həbs edildi

Ev almaq adı ilə gəldi, oğurluq etdi

FSB-nin qərarına özünəməxsus cavab verdi - Foto

Bu gün bu ərazilərdə işıq olmayacaq

Bakı Qızlar Universitetində təhsil alan tələbələrin taleyi necə olacaq?

Kiyevə səfərləri gözlənilir

VAHİD ÇƏMƏNLİ : Hacı Əkbər müəllimin inamı və arzuları - FOTO

PÜSTƏ RƏVAN : MƏRHUM QARDAŞIM İSLAMIN KEÇDİYİ HƏYAT YOLU - FOTO

CƏLİLABAD ƏDƏBİ MÜHİTİNİN FİDANLARI... - FOTO

Alıcan İsgəndərli : Bir şəhid anası köçdü dünyadan - FOTO

Gürcüstanın elektrik sistemində baş vermiş qəzanın ilkin nəticələri açıqlanıb

Türkiyə Livanı dəstəkləməyə hazırdır - Ərdoğan

Ən təhlükəli yalan budur - Psixiatr alkoqol asılılığının gizli əlamətini AÇIQLADI

Yeni funksiya: Şəxsiyyət vəsiqəsini skan et, biletini al

Prezidentlə xanımı Qırğızıstana getdi - Fotolar

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031