Prezident İlham Əliyev məhkəmə-hüquq sistemində müasir islahatların müəllifidir
Dekabrın 20-də Məhkəmə-Hüquq Şurasının videokonfrans formatında iclası keçirilib.

Məhkəmə-Hüquq Şurasından AZƏRTAC-a bildirilib ki, iclasda çıxış edən Şuranın sədri, ədliyyə naziri Fikrət Məmmədov ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş tərəqqi yolunun Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirildiyini vurğulayıb, dövlətimizin başçısının 18 illik fəaliyyətinin xalqımızın böyük Qələbəsini təmin etdiyini bildirib.

Bu illər ərzində respublikamız iqtisadi, siyasi, hərbi cəhətdən möhkəmlənib və əldə edilmiş nailiyyətlərə görə dünyada ən islahatçı ölkələrdən biri kimi xarakterizə olunub. Vətən müharibəsində Azərbaycan Ordusu dövlətimizin qüdrətini, unikal hərbi əməliyyatları ilə dünyanın ən güclü 50 ordusundan olduğunu bir daha təsdiq edib.

Bildirilib ki, işğaldan azad olunmuş doğma torpaqlarımız ölkə Prezidentinin qətiyyəti və yenilməz iradəsi ilə yenidən dirçəlir, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bu sahədə nəcib təşəbbüsləri ilə mühüm layihələr həyata keçirilir.

Respublikamızın hərtərəfli inkişafına uyğun olaraq ölkə Prezidenti İlham Əliyevin müəllifliyi ilə məhkəmə-hüquq sistemində də mütərəqqi islahatlar aparılır. Bu sahədə islahatların dərinləşdirilməsi haqqında 2019-cu il 3 aprel tarixli Fərman işin müasir çağırışlara uyğun yeni mərhələdə təşkilini şərtləndirib.

Fərmana uyğun olaraq dövlətimizin başçısının qanunvericilik təşəbbüsü ilə mühüm qanunlar qəbul edilib, o cümlədən məhkəmə icraatı zamanı çevikliyin təmin edilməsi, süründürməçilik və mümkün sui-istifadə hallarının qarşısının alınması məqsədilə qanunvericiliyə mütərəqqi dəyişikliklər edilib, cəza siyasəti humanistləşdirilib, hakimlərin və məhkəmə aparatı işçilərinin maddi və sosial təminatı yaxşılaşdırılıb.

Məhkəmələrə əlçatanlığın asanlaşdırılması məqsədilə yeni regional məhkəmələr təsis edilib, məhkəmə icraatında şəffaflığın artırılması üçün İKT-lərin tətbiqi genişləndirilib, “Elektron məhkəmə” informasiya sisteminin bütün ölkəni əhatə etməsi üzrə tədbirlər görülüb, vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün işlək mexanizmlər yaradılıb.

Məhkəmə fəaliyyətinə mənfi təsir göstərən amillərdən biri kimi hakimlərin iş yükünün çox olması nəzərə alınaraq, ölkə Prezidenti tərəfindən hakimlərin sayının ötən dövrdə dəfələrlə, o cümlədən qeyd edilən Fərmanla bütün hakim sayının daha üçdə biri qədər artırıldığı vurğulanıb.

Bildirilib ki, hakimlərin Avropada örnək kimi dəyərləndirilən ən şəffaf seçim qaydasına uyğun olaraq vakansiyaların dərin biliklərə və yüksək mənəvi keyfiyyətlərə malik gənc hüquqşünaslarla komplektləşdirilməsi ilə bağlı davamlı seçim prosesi aparılır. Hakim korpusunun 75 faizdən çoxu məhz şəffaf seçim əsasında təyin olunan yeni nəsil hüquqşünaslardır.

Hazırda hakimliyə namizədlərin seçimi üzrə açıq müsabiqə fasiləsiz xarakter alıb. Test imtahanının İKT-lərin tətbiqi ilə keçirilməsi və nəticələrin dərhal elan edilməsi təmin olunub. Bu prosedurlarla cari ildə 44 nəfər müxtəlif birinci instansiya məhkəmələrinə hakim təyin edilib, 220-dək namizəd isə müsabiqələrin müxtəlif mərhələsindədir.

Həmçinin ədalət mühakiməsinin səmərəliliyinin artırılmasında məhkəmə infrastrukturunun müasirləşdirilməsinin əhəmiyyəti nəzərə alınaraq dövlətimizin başçısının tapşırığı ilə paytaxtda və bölgələrdə yeni məhkəmə bina və komplekslərinin inşa olunaraq istifadəyə verildiyi, onların “yüksək texnoloji” (hi-tech) məhkəmələrə çevrildiyi bildirilib. Həmin binaların açılışlarında Prezident İlham Əliyevin şəxsən iştirakının, təkcə bu il ərzində Suraxanı, Sumqayıt və Masallı məhkəmələri üçün yeni bina və komplekslərinin istifadəyə verilməsinin dövlət başçısının məhkəmə hakimiyyətinə verdiyi müstəsna əhəmiyyətin təzahürü olduğu vurğulanıb.

İclasda məhkəmə hakimiyyətinin inkişafına və müstəqilliyinin təmin edilməsinə xüsusi diqqət və qayğı göstərildiyinə və xalqımıza tarixi Zəfər günləri yaşatdığına görə dövlətimizin başçısına dərin minnətdarlıq və ehtiram bildirilib, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin gündən-günə inkişaf edərək daha da qüdrətlənəcəyinə qəti əminlik ifadə edilib.

Həmçinin ölkə Prezidentinin tapşırıqlarının icrası çərçivəsində hakimlərin fəaliyyətinin tam obyektiv qiymətləndirilməsi üzrə ardıcıl tədbirlərin görüldüyü xüsusi vurğulanıb. Hər bir hakimin məhkəmə hakimiyyətinin nüfuzunun artırılması və etimadın möhkəmləndirilməsi üçün fəaliyyətində qanunçuluq, ədalət, qanun qarşısında bərabərlik, aşkarlıq və ədalət mühakiməsinin digər prinsiplərinə dönmədən riayət etməsinin vacibliyi qeyd edilib.

Bildirilib ki, ötən il Şura tərəfindən mütərəqqi beynəlxalq təcrübə nəzərə alınmaqla hakimlərin fəaliyyətinin hərtərəfli və şəffaf meyarlar əsasında qiymətləndirilməsinə dair yeni Qaydalar qəbul edilib. Bu Qaydalara uyğun olaraq cari ildə 120-dək hakimin fəaliyyəti prinsipial qiymətləndirilərək 3 nəfərin səlahiyyətlərinə xitam verilib, 14 nəfərin fəaliyyətində peşəkar çatışmazlıqlar müəyyən olunaraq 6 aydan sonra təkrar qiymətləndirilmələri qərara alınıb. Təkrar qiymətləndirmə zamanı onların fəaliyyətlərində yenidən peşəkar çatışmazlıq aşkar edilərsə səlahiyyətlərinə qanunla müəyyən edilmiş qaydada xitam veriləcəkdir.

İclasda 2018-ci ildə hakim vəzifəsinə təyin olunmuş 107 nəfərin səlahiyyət müddətlərinin başa çatması ilə əlaqədar onları xarakterizə edən rəy, sənəd və digər materialların toplanıldığı bildirilib, habelə ətraflı təhlillər aparılmaqla fəaliyyətləri hərtərəfli qiymətləndirilib. Onların əksəriyyəti hakimliyə yararlı hesab edilib, habelə vətəndaşların haqlı narazılığını doğuran pozuntulara yol verən 3 nəfərin səlahiyyətlərinə xitam verilməsi, fəaliyyətində fərqlənən 8 nəfərin apellyasiya məhkəmələrinə irəli çəkilməsi, digərlərinin isə müxtəlif birinci instansiya məhkəmələrinin hakimi vəzifələrinə təyin edilməsi məqsədəuyğun sayılıb.

Həmin hakimlərin peşəkarlığına, müvafiq sahələrdə yüksək nəzəri və praktiki hazırlığına, mənəvi saflığına, etik davranışına xüsusi diqqət yetirilməklə onların təyinatı ilə bağlı təkliflər hazırlanaraq dövlətimizin başçısına təqdim olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2021-ci il 21 dekabr tarixli Sərəncamı ilə Məhkəmə-Hüquq Şurasının həmin təklifləri nəzərə alınaraq qeyd edilən hakimlər barədə müvafiq təyinatlar aparılıb.

Son xəbərlər

Xalq yazıçısı Elçinin Fəxri xiyabandakı qəbirüstü abidəsi hazırdır

Türkiyənin Avropa üçün hərbi önəmi – Şahinlər Baltikyanı ölkələrin səmasında - ŞƏRH

Qazini cərəyan vurub öldürdü - Foto

Azərbaycan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının İordaniyadakı təlimi başa çatıb

Zelenski: Ukrayna Rusiyanın dəniz terminalına və 3 logistika mərkəzinə zərbə endirib

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Sadır Japarov Mərkəzi Asiya ölkələri üçün vahid turizm vizasının tətbiqini sürətləndirməyə çağırıb

AzTU-da elektron diplomların verilməsinə başlanıldı: Rektor ilk diplomları imzaladı

Polis itkin düşmüş kimi axtarılan 10 nəfəri tapdı

“Cəbiş müəllim”in qızı banka etiraz etdi - Bu reklama görə

Antibiotik və ağrıkəsici qəbul edənlər bunu bilməlidir

Uşaq qidaları ilə bağlı şokedici araşdırma - Alimlər nələr aşkar ediblər?

“WhatsApp Web” istifadəçilərinə şad xəbər: Bu yenilik sizin üçündür

Nikolas Keycin çəkildiyi casus filmi yoxa çıxdı - “Netflix”də sirli oğurluq

Sabah 39 dərəcə isti olacaq

BELA ZƏGİBASARLI : SƏHƏRİN DANI - FOTO

Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir

Mumbayda binanın çökməsi nəticəsində ölənlərin sayı 9-a çatıb

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşıb

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Prezident: Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir

“Fox”: Türkiyə F-35 qırıcılarının alınması ilə bağlı tələbləri hələ yerinə yetirməyib

UEFA FIFA turnirlərini boykot etməklə hədələyir

Əməyi yüksək ada layiq - FOTO

Hacıməmməd Məmmədov : Zamanın yaddaşında yaşayan müəllim - FOTO

"Avropa tənəzzüldədir" - Netanyahu

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031