Nərimanov rayonunda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
Dekabrın 11-də Nərimanov Rayon İcra Hakimiyyətində ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar anım mərasimi təşkil olunub.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə Ulu Öndərin büstü önünə güllər qoyularaq xatirəsi dərin ehtiramla yad edilib.

Nərimanov rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, ulu öndər Heydər Əliyevin qeyri-adi şəxsiyyəti, zəngin dövlətçilik təcrübəsi, fenomenal siyasi bacarığı, böyük istedadı ilə hələ sağlığında canlı əfsanəyə çevrildiyini və öz şah əsəri olan müstəqil Azərbaycanı bütün dünyada şərəf və ləyaqətlə təmsil etdiyini bildirib. Eyni zamanda, Ümummilli Liderimizin adını daşıyan Heydər Əliyev Fondu tərəfindən ölkəmizdə, həmçinin Nərimanov rayonunda və rayonla sosial-iqtisadi, ictimai-mədəni əlaqələri olan Rusiya Federasiyasının Həştərxan şəhərində həyata keçirilən geniş layihələr barədə məlumat verib və qarşılıqlı əlaqələrin təməlinin hələ Heydər Əliyevin ölkəmizə ilk dəfə rəhbərlik etdiyi dövrdə qoyulduğunu nəzərə çatdırıb. O cümlədən bu yaxınlarda Həştərxan şəhərinin həm təhsil, həm də memarlıq nöqteyi-nəzərindən ön sırada gedən Heydər Əliyev adına orta məktəbə Ümummilli Liderin adının verilməsinin 10 illiyi münasibətilə keçiriləcək tədbirlər, habelə Heydər Əliyev Fondu tərəfindən məktəbə göstərilən qayğını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Anım mərasimində çıxış edən Vətən Müharibəsi şəhidi, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Kamran Hüseynovun atası Bəhman Hüseynov şəhid ailələri adından çıxış edərək Azərbaycana rəhbərlik etdiyi hər iki dönəmdə Ulu Öndərimizin ölkəmizin tərəqqisi naminə həyata keçirdiyi köklü islahatların miqyasına görə onilliklərin çərçivəsinə sığmadığını, onun dövlətçiliyimizin möhkəmləndirilməsi, ordu quruculuğu, milli kadr hazırlığı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması sahəsində həyata keçirdiyi genişmiqyaslı tədbirlərin respublikamızın beynəlxalq müstəvidə layiqli yer tutmasını təmin etdiyini və bu gün bu işlərin dövlətimizin başçısının rəhbərliyi ilə uğurla davam etdirildiyini diqqətə çatdırıb. B.Hüseynov, həmçinin Vətən müharibəsindəki möhtəşəm Qələbəmizin bünövrəsinin ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, bu müqəddəs missiyanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Şanlı Ordumuz tərəfindən misli görünməmiş uğurla həyata keçirildiyini vurğulayıb.

Digər çıxışçılar öz növbəsində Azərbaycana inkişaf, xilaskarlıq, qurtuluş bəxş edən missiyanın banisi olan bu böyük şəxsiyyətin, əslində, məhz Azərbaycan üçün dünyaya gəldiyini, canından da artıq sevdiyi Vətəninə və xalqına layiqli xidməti nəticəsində bu gün və eləcə də həmişə millətinin və tarixin yaddaşında əbədi yer tutduğunu qeyd ediblər.
Nərimanov rayonunda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
Nərimanov rayonunda ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb

Son xəbərlər

Hər şey dağıla bilir sevgidən başqa... - Fotolar

Leyla Əliyevanın təşəbbüsü ilə Dübəndi yaşayış sahəsində təmizlik aksiyası təşkil edilib - FOTOLAR

Səkkiz gün əvvəl qızıl medal qazanan cüdoçumuz dünyasını dəyişdi

Alıcan İsgəndərli : DANIŞIĞI BİTİRDİ - FOTO

Prezidentin sosial şəbəkə hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib - Foto

Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım etdi (FOTO)

Maaşı artırıldı, serialdan ayrılığı qısa çəkdi - FOTO

Hicran Fuad Əhmədli : Gecənin Gözləri - FOTO

"Delikanlı"dan sonra bu seriala çəkilir - FOTO

Yazıçı-publisist Nəhayət Şirinovanın Vətən Müharibəsi Qəhrəmanına həsr olunmuş növbəti "Mehrab Dastanı" adlı kitabı işıq üzü görüb - FOTOLAR

Zöhrə Qaraqızı : HƏR YAZILAN SEİR OLMAZ - FOTO

MÜZƏFFƏR MİLLİ ORDUMUZ (26 İyun - Silahlı Qüvvələr Günü)

"Gassal"ın aktrisası yeni layihədə - FOTO

Bella və Giginin anası 62 yaşında evlilik təklifi aldı

Selin Dionun vətəni “Avroviziya”da iştirak hüququ qazandı

Məşhur “gəlin-qayınana” yeni layihədə - FOTO

“Sadakatsiz”in aktrisası evləndi - Foto

FHN Aqşin Fatehin restoranını bağladı - Foto

Ruhu daim bizimlədir.

Ədliyyə naziri Balakəndə vətəndaşları qəbul edəcək

XİN: Ermənistanla sülh prosesinin yekunlaşdırılması üçün mövcud imkanlardan istifadə edilməlidir

Həftəsonu Azərbaycanda hava şəraiti qeyri-sabit keçəcək - XƏBƏRDARLIQ

İlham Əliyev Müdafiə Nazirliyinin hərbçilərini təltif edib

İfşa olunan Fransa: Rəsmi Paris və deputatların cani erməni sevdası – ŞƏRH

Sabahın hava proqnozu açıqlanıb

"Belə hadisələr bank sisteminə olan etimada zərbə vurur" - İqtisadçı

Rumıniya Moldova ilə birləşir?

"Qəbələ" Seydina Keyta ilə müqavilənin müddətini uzadıb

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930