Alişer Usmanov yenidən Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti seçilib
Alişer Usmanov İsveçrənin Lozanna şəhərində keçirilən hesabat seçki konqresində növbəti 4 il müddətinə Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti seçilib.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, keçmiş sablyaçı olan Alişer Usmanov ilk dəfə 2008-ci ildə quruma prezident seçillib. Usmanov daha öncə Rusiya Qılıncoynatma Federasiyasının və Avropa Qılıncoynatma Konfederasiyasının prezidenti olub.

Ümumdünya qılıncoynatma ailəsinin dəstəyilə yenidən Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti vəzifəsinə seçilməsindən qürur duyduğunu bildirən Alişer Usmanov qılıncoynatmanın qlobal idman növünə çevrildiyini bildirib. O bildirib ki, qəbul edilən proqramlar qılıncoynatmanın dinamik inkişafına səbəb olub. Qılıncoynatmanın parlaq gələcəyindən əminliyini ifadə edən Usmanov bildirib ki, bu gün minlərlə yeniyetmə, gənc, təcrübəli idmançılar, məşqçilər və hakimlər qılıncoynatmanın inkişafı üçün çalışır.

Konqresdə iştirak edən Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax Alişer Usmanovu yenidən qurumun rəhbəri seçilməsi münasibətilə təbrik edib.

Hesabat seçki konqresi 2020-ci ildə keçirilməli olsa da, pandemiya səbəbindən 2021-ci ilə təxirə salınıb.

Azərbaycan Qılıncoynatma Federasiyasını konqresdə baş katib Vasif Məmmədov təmsil edib. Konqres zamanı dünya qılıncoynatma ailəsinin bu il dünyasını dəyişən üzvlərinin o cümlədən mərhum məşqçimiz Cahangir Səfərovun xatirəsi anılıb.
Alişer Usmanov yenidən Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti seçilib
Alişer Usmanov yenidən Beynəlxalq Qılıncoynatma Federasiyasının prezidenti seçilib

Son xəbərlər

Mütəxəssi: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

"Onsuz mən daha bədbəxt bir insana çevrilirəm" - Kerem Bürsin

Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı

BAĞIŞLA MƏNİ, ROMEO!

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Zeynal Nağdəliyevin oğlu səfir təyin olundu

ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib

Özündən 48 yaş gənc aktrisa ilə görüntüləndi, gündəm oldu - Fotolar

Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...

BƏDƏLANIN ŞÖHRƏTLİ OĞLU

Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır

Azərbaycanlı tədqiqatçı Aybəniz Haşımova beynəlxalq elmi konqresdə iştirak edib

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir

Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək

Beyləqanda bir nəfər suda boğulub

Biləsuvarın bir sıra ərazilərində işıq olmayacaq

Cəlilabadda maşın aşıb - Yaralılar var

Anomal istilər Avropada nə qədər insanın həyatına son qoyacaq?

Etibarın siması

Lilpar CƏMŞİDQIZI : QƏZƏL - FOTO

“Sadəcə bir səhv...” - Qurban Qurbanov

16 yaşa qədər sosial şəbəkələrə məhdudiyyət: Valideynlərə mühüm çağırış

Əzizə Ağahüseynqızı : Suraxanı rayonu Heydər Əliyev mərkəzində Dilimizlə bağlı maraqlı tədbir keçirildi.. - FOTOLAR

Bənizə 10 il 3 ay həbs cəzası verildi

“Yutub” bu süni intellekt videolarına pul verməyəcək

Yeni “Ceyms Bond” kim olacaq?

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31