Yaxşı ki....
Xalq şairi Bəxtiyar Vahabzadə bir şeirində şərəfin,qeyrətin qanda miqdarını ölçən cihazın kəşf olunmadığını qeyd edir və yazır ki,belə cihaz olsaydı bu tip adamlar layiq olmadığı vəzifələri tutmazdılar
Yüksək əxlaqi keyfiyyətlərə malik bütün insanlara və onların belə keyfiyyətləri daşıyan məmur övladlarına can sağlığı və uğurlar arzulayaraq,Böyük şairə müraciətlə bu şeiri yazdım.


Yaxşı ki....

Böyük şair,Sizə var ehtiramım,
Yaxşı ki,bu günü görməmisən sən!
İndikilər deyir,o günə şükür,
Bu günün təlxəyin görməmisən sən!

Vəzifəni çeviriblər bazara,
Yaltaq-yoluq doluşubdur hər yana,
Şərəfi atıblar ayaq altına,
Qeyrət!Cağıranı görməmisən sən!

Kasıb kusub, Allah deyə çağırır,
Yarı acam,Vallah deyə çağırır,
Köməksizəm,Billah deyə çağırır,
Bu günün yazığın görməmisən sən!

Məmur deyir,yaxın gəlmə uzaq dur!
İş istəmə,mən kiməm ki,kənar dur!
Söylədiyim reallıqlar bax,budur
Bu günün oğrusun görməmisən sən

Ali təhsilin var, qara gora ki,
Maqistr olmusan,cəhənnəmə ki
Sovet təhsilisən lap nəyimə ki
Bu günün doğrusun görməmisən sən!

Əxlaqı olmayan, əxlaq öyrədir.
Dəyəri olmayan, durub rəy verir.
O buna,bu ona min kələk gəlir,
Kişi qırığını görməmisən sən!

Böyük şair, Sizə var ehtiramım
Yaxşı ki,bu günü görməmisən sən!
İndikilər deyir, bu günə şükür,
Bu günün təlxəyin görməmisən sən!


Cümşüd Aydəmirov,
Bakı. 21.11.2021

Son xəbərlər

Ramazanın 19-cu gününün duası - İmsak və iftar vaxtı

“Crocus City Hall”da terror aktı törədilən yerdə sübutların yoxlanılması başa çatdırılıb

Şahmar Hüseynova yeni vəzifə verildi

Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək

Bu "Samsung" smartfonlarında süni intellekt olacaq - Bu gündən

Sabah bu rayonda qaz olmayacaq

İcra başçısının qardaşı oğluna HÖKM OXUNDU

Taksilər yalnız bu rənglərdə olacaq - Qərar

Azad Rəhimovun oğlu dindirilib

Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...

AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq

Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ

“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”

Bağça müdiri olmaq istəyənlər imtahan verəcək

Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI

Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir

Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM

Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi

Türkiyə Qəzzaya humanitar yardım daşıyan yeni gəmi göndərəcək

Oruc tutmaq xərçəng hüceyrələrinin yayılmasını ləngidir

Türkiyə ABŞ-nin sursat ehtiyacını ödəyəcək

Rusiyadakı terrorda ölənlərin sayı artdı

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

“Terrorla bağlı heç bir rəsmi versiya irəli sürülməyib” - Peskov

Dünyanın ən xoşbəxt ölkəsi: bu 3 şeyi etmirlər, dərdləri yoxdur

Hikmət Hacıyev NATO-nun sabiq rəhbəri Anders Foq Rasmussenlə bağlı paylaşım edib

Namiq Abbasov vəfat etdi

Xarkov atəşə tutuldu - Ölən və yaralananlar var

Bütün xəbərlər
«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031