
Xəbərlər
2.11.2021, 23:34
Azərbaycanlı futbol hakimləri İstanbulda seminarda iştirak edirlər
Futbol üzrə Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan baş hakimlər və hakim köməkçiləri, I Divizionun oyunlarını idarə edən bir neçə hakim, həmçinin "CBC Sport" kanalının bir neçə operatoru İstanbulda təşkil olunan seminarda iştirak edirlər.
AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, seminarın məqsədi VAR otaqları ilə tanışlıq, VAR simulyatoru vasitəsilə praktiki məşğələlər və nəzəri biliklərin artırılmasıdır.
Noyabrın 4-dək davam edəcək seminarın təlimatçıları Barış Şimşek, Burçin Keskin və Fritz Stuçlikdir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










