Dünyada koronavirusdan ölənlərin sayı 5 milyon nəfəri ötübDünyada COVID-19 infeksiyasından ölənlərin sayı 5 milyon nəfəri ötüb.

AZƏRTAC pandemiyanın statistikasını aparan Worldometer saytına istinadla xəbər verir ki, oktyabrın 28-də dünya üzrə koronavirusa 480 min 531 yoluxma halı aşkarlanıb, 7 min 883 nəfər infeksiya səbəbindən həyatını itirib.


Saytın bu gün saat 21:00 radələrinə olan məlumatına görə, koronavirusdan 5 milyon 854 ölüm halı qeydə alınıb. İnfeksiyaya yoluxanları sayı 246 milyon 564 min nəfəri ötüb. Eyni zamanda, 223 milyon 365 mindən çox insan COVID-19 xəstəliyindən sağalıb, müalicəsi davam edən 18 milyon 198 min aktiv xəstədən 75 min nəfərin vəziyyəti ağır qiymətləndirilir.

ABŞ COVID-19 infeksiyasına yoluxanların sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 46 milyon 693 min nəfəri keçib, 763 min 894 nəfər infeksiya səbəbindən vəfat edib, 36 milyon 567 mindən çox insan isə sağalıb.

Yoluxanların sayına görə ikinci yerdə qərarlaşan Hindistanda 34 milyon 259 min nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 457 min 772 nəfər ölüb, sağalanların sayı 33 milyon 632 min nəfərə çatıb.

Yoluxma göstəricisi üzrə üçüncü pillədə Braziliya qərarlaşıb. Bu ölkədə pandemiya dövrü ərzində 21 milyon 781 min nəfər virusa yoluxub, onlardan 607 min 125 nəfəri həyatını itirib, 20 milyon 979 min nəfər isə sağalıb.

Xatırladaq ki, 2020-ci ilin mart ayında Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirusun yayılmasını pandemiya elan edib.

Son xəbərlər

İmişlidə qəza - 3 nəfər xəsarət aldı

"Toppuş bacı"nın atası da vəfat etdi

Paşinyan İlham Əliyevə zəng etdi - Bu məsələlər müzakirə edildi

Sabirabadda məktəbli qızın meyiti tapıldı

Cəlilabadda "Nar Bağı" ailəvi-uşaq parkı... - FOTO

Misralarda zaman və insan.

Cəlilabadda iki həyətyanı sahə və tövlə yanıb

Rusiyanın iki neft emalı zavoduna dron hücumu olub, güclü yanğın başlayıb

Xocavənddə traktor minaya düşüb

Tarixi hadisələri zaman yaradır - Tarixi dönüşləri isə liderlər!

Dalaşanları ayırarkən öldürülən Azər vəkilin qardaşı imiş - Foto

“Odissey”i pulsuz izləmək istəyənlərə - Xəbərdarlıq

Haci Əkbər Rüstəmovun “Xatirələr yaşadır məni” kitabının ən kədərli səhifələrindən biri də Xocalının işğalı gecəsi Əkbər müəllimin keçirdiyi hisslərdir.

Əmtəə bazarlarında qızılın qiyməti 4 400 dollara yaxınlaşıb

Azərbaycan Gürcüstandakı münaqişənin sülh yolu ilə həllinə tam dəstəyini bir daha təsdiqləyib

17 yaşlı qıza nişan keçirildi - Valideynləri polisə çağırıldı

Məmməd Qədir : Azad oldu deyin mənə... - FOTO

"Amerika niyə buraya gəlib hərbi bazalar qurmalıdır?" - Pezeşkian

9-cu dəfə əməliyyat olunacaq

ƏBƏDİ MUĞAMIN GƏNC NƏFƏSİ - FOTOLAR

RƏŞAD BAXŞƏLİYEV DASTANI - FOTO

Rusiya və İrana “Cəhənnəm sanksiyaları”nı tətbiq edəcəklər

2100-cü ildə Yer necə görünəcək? Alimlərin proqnozları narahatlıq doğurur

Gecələr görən belə məni niyə qısqanır - FOTO

Ömrünü həqiqətə həsr edən ziyalı

Doğmalarımın əziz xatirəsinə.

Rusiyanı vurmaq üçün "Starlink"dən istifadəyə icazə verməyəcək

Hande səhnə geyimlərini satır

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31