İranın qatı mövqeyi Almaniyanı da QƏZƏBLƏNDİRDİ: Merkeldən Tehrana SƏRT TƏNQİDAlmaniya Baş naziri Angela Merkel İranla nüvə sazişinin yenilənməsi ilə bağlı danışıqlarda mürəkkəb vəziyyətin yarandığını bildirib.

Turaztv.az APA-ya istinadən bildirir ki, A. Merkel bunu bu gün İsrail Baş naziri Naftali Bennetlə birgə mətbuat konfransı zamanı bildirib.

Almaniya Baş naziri İranla Hərtərəfli Birgə Fəaliyyət Planını heç vaxt ideal saymadığını, lakin bunun Tehranın nüvə proqrammı ilə bağlı hər hansı razılaşma olmamasından yaxşı olduğunu vurğulayıb: "Bu gün biz çox mürəkkəb vəziyyətdəyik. Çünki ABŞ-ın yeni administrasiyası nüvə sazişinə qayıdacağını vəd edib, lakin günlər keçir, İrandan danışıqların yenilənməsi ilə bağlı hər hansı işarə yoxdur. Hər gün İranın nüvə zənginləşdirməsi artır. Bu, kritik vəziyyətdir və biz bunu 3+3 formatında (Almaniya, Fransa, Böyük Britaniya və Rusiya, ABŞ, Çin) müzakirə etməliyik ki, bu, nə deməkdir. Mən burada Rusiya və Çini cavabdeh görürəm. Əgər Birgə Fəaliyyət Planı artıq məqsəd deyilsə, bu, çətin olacaq. Ona görə də bu məsələ ilə bağlı qarşıdakı həftə həlledicidir".

A. Merkel Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Tszinpinlə danışıqlar apardığını nəzərə çatdırıb: "3+3 formatındakı ölkələr arasında birlik nə qədər güclü olarsa, İrana təzyiq göstərmək bir o qədər asan olar: "Təəssüf ki, bu format daxilində ölkələr arasına bundan sonra necə hərəkət etməklə bağlı tam razılıq yoxdur. Almaniyanın mövqeyi budur ki, İran birmənalı olaraq danışıqlar masasına qayıtmalıdır".

Son xəbərlər

BU DA BİR TALE PAYIDIR... - FOTOLAR

Yəmənin Hudeyda şəhəri hava hücumlarına məruz qalıb

"Barselona"nın "Qamper kuboku"ndakı rəqibi bəlli oldu

İranla danışıqlar apardıqlarını bildirdi

“Bəsdirin, öz həyatınızla məşğul olun”

17 il əvvəl ölən müxalifət ldierinə sui-qəsd ediblərmiş - Foto

Yeni layihəsi bəlli oldu

Gəmiylə Yunanıstana qaçacaqmış - Haluk Leventin saxlanılma səbəbi

Ali təhsil pilləsində məzunlara elektron diplomların verilməsinə BAŞLANILDI

Bakıda keçiriləcək güləş üzrə dünya çempionatının medalları

✍ Sevil Azadqızı : SEVGİ RUHUN QİDASI,QƏLBİN NƏFƏSİDİR

Qəzənfər Məsimoğlu : Gedib sülənməsin yad qapılarda - FOTO

“Sihirli Annem”in “Toprak”ı evlənir

Deputat maaşından imtina etdiyini açıqladı

Dövlət Televziyasından narazılıq etdi - "Göstərin də nazir nə iş görüb"

Sakitləşdirici dərman MakSimi xəstəxanalıq etdi

Şəhid anası böyrəyini qızına bağışladı - Fotolar

İllik gəlirlərinin 6 faizi silinə bilər

Smartfonunuz başqa telefonu da enerji ilə təmin edə bilər

Dənizdə niyə ən çox gənclər boğulur? – Onların ən böyük səhvləri bunlardır

Ərdoğan Şavkat Mirziyoyevi COP31-ə dəvət edib

“Space TV”nin bank hesablarına həbs qoyuldu

Doktoranturaya qəbul imtahanının nəticələri açıqlandı

Milli Məclisin deputatı İranda səfərdədir

Cari ilin altı ayında cinayət işləri üzrə icraata xitam verilməsinə dair 355 qərar ləğv olunub

İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

Rusiya Ukraynada silah sərgisinin keçirildiyi poliqona zərbə endirib, ölənlər var

Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031