Avropa çempionatında uğurla çıxış edən akrobatika gimnastlarımız Vətənə qayıdıblarİtaliyanın Pesaro şəhərində akrobatika gimnastikası üzə Avropa çempionatında uğurla çıxış edən idmançılarımız oktyabrın 4-də Vətənə qayıdıblar.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda təşkil olunan qarşılanma mərasimində Azərbaycan Gimnastika Federasiyasının, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri, gimnastların yaxınları və jurnalistlər iştirak ediblər.

Çempionatda ölkəmizi böyüklər arasında qarışıq cütlüklərin yarışında Ağasif Rəhimov və Raziyə Seyidli, Murad Rəfiyev və Daniel Abbasovdan ibarət kişi cütlüyü, gənclər yaş qrupunda isə qadın qrupu tərkibində Mənsumə Məmmədzadə, Leyla Bəşirova və Nəzrin Fərmanova təmsil ediblər.

Akrobatlarımız yarışın elə ilk günündən medal qazanıblar. Qadın qrupumuz temp hərəkətlərinə görə hakimlərdən 27,400 xal alaraq bürünc medala sahib olublar.

A.Rəhimov və R.Seyidli isə komandamızın aktivinə həm gümüş, həm də bürünc medal yazdırıblar. Gimnastlarımız qarışıq hərəkətlər proqramı üzrə nümayiş etdirdikləri çıxışlarına görə 86,470 xal toplayaraq, fəxri kürsünün ikinci pilləsində qərarlaşıblar. Yarışın sonuncu günündə temp hərəkətlərinə görə bürünc medal qazanaraq, Pesaronun “Vitrifriqo Arena”sında üç rəngli bayrağımızın üçüncü dəfə ucalmasına nail olublar.

M.Rəfiyev və D.Abbasovdan ibarət kişi cütlüyümüz isə ən yaxşı nəticəsini qarışıq hərəkətlər proqramı üzrə göstərərək beşinci olublar.

Yarışa ciddi hazırlaşdıqlarını deyən Avropa çempionatının mükafatçısı Ağasif Rəhimov bildirib ki, nəticəmiz qənaətbəxş oldu. Ancaq bundan da yaxşı çıxış edə bilərdik. Ümid edirəm ki, növbəti yarışda qızıl medal qazanacağıq. Rəqiblərimiz çox güclü idi. Rəqiblərimiz ilə xallar arasındakı fərq çox az idi. Final mərhələsində mübarizə çox gərgin oldu. Mükafatçılar sırasında yer aldığımız üçün çox sevincliyəm.

Yaradılan şəraitə görə, Azərbaycan Gimnastika Federasiyasına minnətdarlığını bildirən Raziyə Seyidli İtaliyada üçrəngli bayrağımızı dalğalandırdıqları üçün çox xoşbəxt olduğunu qeyd edib.

Mənsumə Məmmədzadə və Nəzrin Fərmanova da sevinclərini jurnalistlərlə bölüşüblər. Bildiriblər ki, medal qazanmaq üçün çox çalışmışdıq. İstərdik ki, qızıl medala sahib olaq. Ancaq alınmadı. Avropa çempionatını bürünc medalla başa vurduq. Qazandığımız bu medal bizim üçün çox önəmlidir.
Avropa çempionatında uğurla çıxış edən akrobatika gimnastlarımız Vətənə qayıdıblar
Avropa çempionatında uğurla çıxış edən akrobatika gimnastlarımız Vətənə qayıdıblar
Avropa çempionatında uğurla çıxış edən akrobatika gimnastlarımız Vətənə qayıdıblar
Avropa çempionatında uğurla çıxış edən akrobatika gimnastlarımız Vətənə qayıdıblar
Avropa çempionatında uğurla çıxış edən akrobatika gimnastlarımız Vətənə qayıdıblar
Avropa çempionatında uğurla çıxış edən akrobatika gimnastlarımız Vətənə qayıdıblar
Avropa çempionatında uğurla çıxış edən akrobatika gimnastlarımız Vətənə qayıdıblar
Avropa çempionatında uğurla çıxış edən akrobatika gimnastlarımız Vətənə qayıdıblar

Son xəbərlər

Latın Amerikasında böyük investisiya: ARDNF qlobal enerji bazarında mövqeyini gücləndirir – TƏHLİL

Səfərbərlik Xidmətinin rüşvət almaqda təqsirləndirilən sabiq vəzifəli şəxslərinin məhkəməsi başlayır

Həftəsonu güclü külək əsəcək - XƏBƏRDARLIQ

Paytaxtdakı yanğın zamanı 6 nəfər xəsarət alıb - TƏBİB açıqladı

Azərbaycan Kot-d'İvuarı Müstəqillik Günü münasibətilə təbrik edib

Azərbaycanın Malayziyada yeni səfiri təyin olunub

Paşinyan Vardanyanın xanımı ilə görüşə razılıq verib

Kimlər adını dəyişə bilməz? - Rəsmi

Kartdan istədiyiniz qədər köçürmə edə bilərsiniz - RƏSMİ AÇIQLAMA

Tramp: İran razılaşma əldə etmək istəyir

Ali Məhkəmədən müəlliflik hüququ ilə bağlı - Mühüm qərar

Etibarın siması

Mütəxəssi: Uşaqlara allergen qidaların gec verilməsi doğru yanaşma deyil

"Onsuz mən daha bədbəxt bir insana çevrilirəm" - Kerem Bürsin

Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı

BAĞIŞLA MƏNİ, ROMEO!

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

Zeynal Nağdəliyevin oğlu səfir təyin olundu

ARDNF Perunun “Inkia Energy” şirkətinə investisiya edib

Özündən 48 yaş gənc aktrisa ilə görüntüləndi, gündəm oldu - Fotolar

Zərdabda qəsdən yanğın törətməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bu qərar minlərlə ailəni sevindirə bilər - Sənədsiz evlər...

BƏDƏLANIN ŞÖHRƏTLİ OĞLU

Azərbaycanda 10 min manatlıq əməkhaqqı ilə işçi axtarılır

Azərbaycanlı tədqiqatçı Aybəniz Haşımova beynəlxalq elmi konqresdə iştirak edib

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Paşinyan: Avrasiya İqtisadi İttifaqının əsas prinsipləri praktikada tam həyata keçirilmir

Ceyranbatanda 1500 abonentin qazı kəsiləcək

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31