Azərbaycanda tətbiq edilən yeni idarəçilik texnologiyalarının nəticələri beynəlxalq platformada20 sentyabr Son illər iqlim dəyişiklikləri, enerji səmərəliliyi və yaşıl enerjiyə keçid məsələləri qlobal miqyasda böyük aktuallıq qazanıb. Həmin səbəbdən bu sahədə dərc olunan elmi əsərlərə müxtəlif beynəlxalq platformalarda maraq gündən-günə artmaqdadır. Bu günlərdə Kaliforniyada fəaliyyət göstərən və alimlərin əməkdaşlığı üçün nəzərdə tutulmuş academia.edu platformasında Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru akademik Urxan Ələkbərovun “Enerji səmərəliliyi davamlı inkişaf indikatoru kimi: Azərbaycanın təcrübəsi” adlı məqaləsi dərc edilib. 2017-ci ildə Kanadanın “Davamlı inkişaf” jurnalında Nyu-Yorkun Kolumbiya Universitetinin professoru Jon Lourensin həmmüəllifliyi ilə çap olunan məqalə 63 milyon qeydiyyatdan keçmiş istifadəçisi olan platformada seçilmiş məqalələr sırasında qısa zamanda böyük marağa səbəb olub.

Bu barədə AZƏRTAC-a DİA-dan məlumat verilib.


Məqalədə Azərbaycan Respublikasının qısa dönəmdə innovativ davamlı inkişaf siyasəti reallaşdırmağa müvəffəq olduğu vurğulanıb. Beynəlxalq qurumlar və müstəqil ekspertlərin sənədləri bu faktın aşkar təsdiqidir. Bildirilib ki, müstəqillik illərində Azərbaycan Respublikasında davamlı inkişaf naminə təbii ehtiyatların idarəedilməsi, xüsusilə də enerji səmərəliliyi sahəsində qazanılmış nəticələr postsovet ölkələri, o cümlədən indi Avropa İttifaqına üzv olan keçmiş sovet respublikaları arasında ən yüksək göstəricidir. Dünya Bankının 2017-ci ilin fevral ayında dərc olunan məlumatlarından göründüyü kimi, bu qrupa daxil olan bütün ölkələrdə eyni iqtisadi effektə nail olmaq üçün Azərbaycanla müqayisədə daha çox enerji sərf edilir. Ölkənin enerji səmərəliliyi göstəriciləri 2003-cü illə müqayisədə 3 dəfədən çox artıb. Göstərilən nailiyyət ölkədə dövlət idarəçiliyi sahəsində Prezident İlham Əliyev tərəfindən tətbiq edilən unikal dövlət idarəçiliyi texnologiyalarının yekunu və gerçəkləşdirilən uğurlu siyasətin parlaq təcəssümüdür. Eyni zamanda, bu, Azərbaycan Respublikasının ekoloji təhlükəsizliyinin təmin olunması və qlobal iqlim dəyişmələrinə təsirlərin azaldılmasına dair beynəlxalq öhdəliklərinə məsuliyyətlə yanaşmasından xəbər verir. ÜDM-nin istehsalı üçün enerji sərfinin azaldılması əsasən yeni yüksək texnologiyaların tətbiqi və iqtisadi inkişaf proseslərinin idarəedilməsi sistemlərinin optimallaşdırılması hesabına mümkündür. Platformada dərc edilən materialdan aydın olur ki, Azərbaycan hər min dollarlıq ÜDM üçün sərf olunan enerji göstəricilərinə görə Kanada, ABŞ, Fransa və Yaponiyadan irəlidədir. Neft ixrac edən dövlətlər arasında isə ölkə Norveçlə 1-2-ci yerləri bölüşür.

Son xəbərlər

"Odisseya" 639 milyon dollar qazandı

Rusiyada dollar və avro KƏSKİN BAHALAŞDI

Gənc yaşlarda içilən şəkərli içkilər illər sonra hipertoniya riskini artırır

Tarix öz salnaməsini yalnız baş verən hadisələrlə yazmır - FOTO

FƏLƏK, SƏNİN İNSAFINA NƏ DEYİM...

Dilan Polat haqqında istintaq başladıldı

Daha bir serial eşqi gerçək oldu - FOTO

Elşad Xose Psixiatriya Xəstəxanasına yerləşdirildi

Qızı Tom Kruzun soyadından imtina etdi

Zəng edib “Odissey”ə görə təşəkkür etdi

Həsrətin adı (Hekayə)

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

Sahibə Qafarova Efiopiyada səfərdədir

Aİ, yoxsa Aİİ? - Putin Paşinyanı seçim qarşısında qoydu - ŞƏRH

Katz: İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır

İnsanlara ən çox hücum edən it cinsləri

İldırım Əlişoğlu : Bakı küləyi - FOTO

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Novruzəli Aslanov: “Bu gün bütün dünya bizim doğma ana dilimizi işğaldan azad edilmiş torpaqlarımızdan gələn sədalarda eşidir”

BMU-ya qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

Vaqif Vüqar : EY SÖZ - FOTO

Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib

Meyiti öz həyətində tapıldı - Foto

İyulun 29-da Bakıda 36, bəzi bölgələrdə isə 40 dərəcə isti olacaq

Quba, Qusar və Xaçmazda təsərrüfatlara mediatur təşkil edilib - FOTOLAR

40 illik mənəvi qızını övladlığa götürdü

Ronaldo aktyorluğa keçir - Serialda çəkiləcək

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031