Dünya Bankının hesablamalarına əsasən, Azərbaycan hökumətin rəqəmsallaşması səviyyəsinə görə yüksək mövqedədirAzərbaycan Dünya Bankı tərəfindən hazırlanan “GovTech yetkinliyi indeksi”nin (GovTech Maturity Index - GTMI) cari il üzrə hesabatında yüksək nəticələr əldə edib. Belə ki, 198 ölkəni qiymətləndirən indeksdə Azərbaycan rəqəmsallaşma səviyyəsinə görə ikinci pilləyə layiq görülərək yalnız ölkələrin 30 faizinin daxil ola bildiyi “hökumətin rəqəmsallaşmasına yüksək səviyyədə diqqət ayıran” adlandırılan və 59 ölkədən ibarət qrupda yer alıb. Bu qrupa Çin, Rusiya, Belarus, İrlandiya, Çexiya və digər ölkələr də daxil ediliblər.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, Azərbaycanın Rəqəmsal Ticarət Qovşağının rəhbəri Məsumə Talıbova mövzunu şərh edərkən bildirib ki, “GovTech Yetkinlik İndeksi” rəqəmsallaşmada yeni termin olan “GovTech” (hökumətin rəqəmsallaşması) sahəsinin əsas aspektlərini ölçərək vətəndaşlara şəffaf, rahat və sürətli xidmətlər təqdim edə bilməsi üçün hökumətin rəqəmsallaşma səviyyəsini və modernizasiyasını qiymətləndirir. Bu sahədə prioritet istiqamətlər hökumət sistemlərinin təkmilləşdirilməsi, vətəndaşlara təqdim olunan xidmətlər paketinin genişləndirilməsi, vətəndaş iştirakının təmin olunması və bu sahədə dövlət strategiyalarının hazırlanması, dünya üzrə yaxşı nümunələrin tətbiqinin həyata keçirilməsidir.

Hökumət rəsmiləri (siyasətçilər və texniki mütəxəssislər), Dünya Bankının ekspert qrupları və “GovTech” həllərinin dizaynı və tətbiqi ilə məşğul olan özəl sektor nümayəndələri arasında keçirilən sorğular vasitəsilə dəyərləndirən GTMI hesabatı ölkənin həm cari vəziyyətini qiymətləndirməyə, həm gələcəyə dair potensialını ölçməyə, həm də bu sahənin təkmilləşdirilməsini həyata keçirmək üçün lazımi addımların müəyyənləşdirilməsinə və məsləhətlərin əldə olunmasına yardım edir.

“Prezident İlham Əliyevin tapşırığı ilə Azərbaycanda bir çox dövlət xidmətlərinin rəqəmsallaşdırılması (dövlət və özəl qurumlar tərəfindən 1000-dən artıq e-xidmətlər), “Bir pəncərə” konsepsiyasının tətbiqi - xüsusən Dövlət Xidmətləri Portalının yaradılması ilə 450-dən çox dövlət xidmətinin bir yerdə cəmləşdirilməsi, Rəqəmsal Ticarət Qovşağı Portalı vasitəsilə dövlət xidmətlərinin xaricdə yaşayan qeyri-rezidentlər üçün əlçatan olması, “monitorinq.az” portalı vasitəsilə dövlət proqramlarının qiymətləndirilməsinin rəqəmsallaşdırılması kimi islahatlar indeksin qiymətləndirmə meyarları arasında ən önəmli məsələləri əhatə etməklə ölkəmizin mövqeyinin yüksəldilməsinə də xidmət edib.

Bundan başqa, bu sahə üzrə islahatlar dayanıqlı formada davam etdirilir. Belə ki, Azərbaycan Prezidentinin cari il aprelin 27-də imzaladığı “Rəqəmsal transformasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Fərman da iqtisadiyyatın və cəmiyyətin rəqəmsal transformasiyası istiqamətində ciddi tapşırıqları ehtiva edir”, - deyə Məsumə Talıbova bildirib.

Son xəbərlər

Azərbaycan neftinin qiyməti 97 dollardan aşağı düşüb

Azərbaycanın bəzi ərazilərində işıq kəsiləcək

Oman sahillərində yük gəmisi vuruldu

Bakının bir sıra yollarında tıxac yaranıb

Venesuelada zəlzələ qurbanlarının sayı 6 mini ötdü

Vaqif Vüqar : KƏND ADAMI - FOTO

“İkinci Yer”in izləri tapıldı

Bu il Günəş son dəfə tutulacaq

15 yaşlı Həsənin də meyiti tapıldı - Yenilənib

ŞUŞAM... "Zərif kölgələr"ədəbi klubu ilə Şuşanı ziyarət etdik...

Azərbaycanda polkovnik qəfil vəfat etdi

Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatı tərəfindən şəhid ailələri və partiya üzvləri üçün Ağdam, Əsgəran, Xocalı, Xankəndi və Şuşa şəhərlərinə səfər təşkil olunub - FOTOLAR

Yunanıstanda meşə yanğınları səngimir: Əhaliyə təxliyə xəbərdarlığı edilib

İdmanın faydaları

NATO-nun kəşfiyyat təyyarəsi Qara dəniz üzərində rekord müddət uçuş həyata keçirib

İran Ukraynaya hücum etmək fikrindən daşınıb: Səbəb açıqlanıb

Süni intellekt və Yaradan: yaradılış və Yaradan haqqında düşüncələr

Haqqında yayılan xəbərlərə belə açıqlama verdi

Azərbaycan komandası "Microsoft Office Specialist" dünya çempionatında yüksək nəticə göstərib

“Jiquli”ni belə hazırlayırmışlar... - Fotolar

Vurulan Türkiyə gəmisinin heyəti Rusiyaya təxliyə edildi - YENİLƏNİB

Ceki Çan Bakıya gəldi - FOTO

Araz Ağalarovun ikinci nikahından olan övladları - FOTO

Qardaşı oğlu ilə dənizdə batan Arifin - Fotosu

Güllünü doğma qızı öldürübmüş - İstintaq yekunlaşdı

Baş Prokurorluq əməliyyat keçirdi - Vəzifəli şəxslər həbs olundu

Ürək dayansa nə etməli? - Həkimdən həyati əhəmiyyətli xəbərdarlıq

“Yaprak Dökümü”nün aktyoru “Uzak Şehir”də

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31