Əhməd İsmayılov: Avrasiya Media Forumu onlarla ölkədən yüzlərlə nümayəndənin birləşdiyi beynəlxalq ünsiyyət platformasıdırBu il XVII Avrasiya Media Forumun əsas missiyası dəyişməz olaraq qalır - ölkələr və qitələr arasında etimad mühitinin formalaşdırılması, eyni zamanda, regionda media subyektlərinin və mütəxəssislərinin birgə fikir mübadiləsinin təmin olunması və perspektivlər barədə müzakirələrin aparılmasıdır.

Bunu Nur-Sultanda keçirilən “2021: Dünya yeni mənalar axtarışında” adlı XVII Avrasiya Media Forumunda iştirak edən Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov AZƏRTAC-a müsahibəsində bildirib.

Avrasiya Media Forumunun onlarla ölkədən yüzlərlə nümayəndənin birləşdiyi beynəlxalq ünsiyyət platforması olduğunu vurğulayan Ə.İsmayılov deyib ki, forumda Azərbaycandan olan nümayəndə heyətinin iştirakı əməkdaşlığın davam etdirilməsi istəyinin göstəricisidir. Forum regionda media subyektləri ilə işin qurulması təcrübəsinin öyrənilməsi, həmçinin ölkəmizdə də belə bir təcrübənin həyata keçirilməsinə kömək edəcək.

“Düşünürük ki, həm medianı narahat edən amillərin, həm də dünyada gedən proseslərdə medianın iştirakı məsələsinin dərindən öyrənilməsi belə media forumlar sayəsində mümkün olacaq. Səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Qazaxıstanın aidiyyatı qurumları ilə görüşlər keçirir. Hər iki ölkənin media nümayəndələri arasında informasiya mübadiləsinin təmin olunmasına dəstək göstərmək və bu sahədə əməkdaşlığı daha da inkişaf etdirmək niyyətindəyik”, - deyə MEDİA-nın icraçı direktoru bildirib.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

Son xəbərlər

Buraxılış imtahanında xarici dildən hansı model tətbiq olunacaq?

Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin Nizamnaməsi təsdiqlənib

Jurnalistika ilə yaşlanmaq...

TƏBİB-də yeni - Təyinat

“Yüksəliş” müsabiqəsində 30 yaşadək qaliblər üstünlük təşkil edir

IV kurs tələbəsi vəfat etdi

Məşhur aktrisa Rusiya vətəndaşlığı almaq istəyir

Sabah Bakıda 36, rayonlarda 39 dərəcə isti olacaq

13 yaşında dünya şöhrəti qazanan aktrisa qəzada öldü

Elnarə Abdullayevaya ağır itki

Azərbaycan və Gürcüstan arasında "E-Permit" sisteminin tətbiqinə başlanılıb

“Dünyada gedən proseslər mətbuatdan da yan keçməyib”

Hikmət Hacıyev: Əminik ki, mediamız milli maraqlarımızın müdafiəsində səylərini əsirgəməyəcək

RÜFƏT MÜƏLLİM, SİZƏ HEYRAN OLDU BU CAHAN...

Bakı “Dünyanın ən yaxşı tələbə şəhərləri” reytinqində ilk 100-lükdə

İran İordaniya və Bəhreyndəki ABŞ aviabazalarına zərbələr endirib

"Neftçi" bu gün UEFA Konfrans Liqasında mübarizəyə başlayır

Rezidenturaya qəbul üzrə namizədlərin qeydiyyatı başlayır

Azərbaycan milli mətbuatının yaranmasından 151 il ötür

Magistraturaya qəbul üzrə ixtisaslaşma seçimi başlanır

"Diplom yetərli deyil": Universitet müəllimləri ilə bağlı sərt təklif

Fransada bu şəxslərə sosial media qadağası olacaq

İyulun 22-si ilə bağlı VACİB XƏBƏRDARLIQ

Nabranda 17 yaşlı qız dənizdə batdı

Tramp bu ölkəyə uçuşlara icazə verdi

22 İYUL – MİLİI MƏTBUAT GÜNÜ MÜNASİBƏTİLƏ TƏBRİK

Daşdəmir TAĞIYEV : MİLLİ YADDAŞIN BƏDİİ SALNAMƏSİ - FOTO

Bəzi ərazilərdə işıq kəsiləcək

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031