Uşaqlar üçün təşkil edilən ekskursiya onlarda xoş təəssürat yaradıbNaxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən uşaqlar üçün növbəti ekskursiya təşkil edilib. Məqsəd tətil günlərində uşaqların asudə vaxtlarının səmərəli keçirilməsidir.

Komitənin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ekskursiyada şəhid övladları, valideyn himayəsindən məhrum uşaqlar və xüsusi qayğıya ehtiyacı olan ailələrin uşaqlarından ibarət olmaqla, 24 nəfər iştirak edib. Uşaqlar ilk olaraq Naxçıvan şəhərində yerləşən Heydər Əliyev Muzeyi ilə tanış olublar. Mədəniyyət müəssisəsi ilə tanışlıq zamanı məlumat verilib ki, bu muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 18 fevral 1999-cu il tarixli Sərəncamı ilə yaradılıb. Muzeydə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ailəsinə, onun uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid şəxsi sənəd və materiallar, imzaladığı məktub, qərar və sərəncamlar, Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanıb.

Uşaqların növbəti ünvanı “Badamlı” mineral sular zavodu olub. Burada uşaqlara zavodun fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, “Badamlı” mineral suyunun ikinci dəfə sənaye üsulu ilə istehsalına 2009-cu ildə Naxçıvan şəhərində başlanılıb. Xarici bazarda bu süfrə suyuna tələbatın artması ilə əlaqədar olaraq Şahbuz rayonunun Badamlı qəsəbəsində, suyun mənbəyində əvvəlkindən daha böyük zavod inşa olunaraq ötən ilin may ayında istifadəyə verilib. İllik istehsal gücü 150 milyon ədəd şərti butulka olan zavodda 20 çeşiddə qazlı və qazsız mineral su istehsal edilir. Əvvəlki zavodda bulağın suyunun 40 faizindən istifadə olunurdusa, yeni zavod bu rəqəmi 100 faizə çatdırmağa imkan yaradıb. “Badamlı” mineral sular zavodunun Naxçıvan və Bakı şəhərlərində satış bazaları yaradılıb və ölkəmizin hər yerində satışı, həmçinin “Badamlı” brendi ilə mineral suların xarici ölkələrə ixracı həyata keçirilir. Ötən il 3 ölkəyə 500 tondan artıq məhsul ixrac olunub.

“Badamlı” mineral sularının istehsal prosesi uşaqlarda böyük marağa səbəb olub.

Sonda uşaqlara Naxçıvan Dövlət Film Fondunda vətənpərvərlik mövzusunda “Ağ atlı oğlan” filmi nümayiş etdirilib. Qeyd edək ki, bu kateqoriyadan olan uşaqların asudə vaxtlarının səmərəli təşkili üçün belə tədbirlər davam etdiriləcək.


Uşaqlar üçün təşkil edilən ekskursiya onlarda xoş təəssürat yaradıb
Uşaqlar üçün təşkil edilən ekskursiya onlarda xoş təəssürat yaradıb
Uşaqlar üçün təşkil edilən ekskursiya onlarda xoş təəssürat yaradıb
Uşaqlar üçün təşkil edilən ekskursiya onlarda xoş təəssürat yaradıb
Uşaqlar üçün təşkil edilən ekskursiya onlarda xoş təəssürat yaradıb
Uşaqlar üçün təşkil edilən ekskursiya onlarda xoş təəssürat yaradıb
Uşaqlar üçün təşkil edilən ekskursiya onlarda xoş təəssürat yaradıb

Son xəbərlər

Azərbaycan Qızıl Aypara Cəmiyyətində görüş

"Fənərbağça" ÇL-də "Şturm"a qalib gəldi

Sulutəpədə avtoservisdə yanğın baş verib

Üç uşaq anası estetik əməliyyatdan sonra ölüb - “Bacımı torpağın altına qoydu...”

Daşdəmir ƏJDƏROĞLU : BİR ÖMRÜN İŞIĞI - FOTOLAR

Makron Ukraynanı terror törətməyə çağırıb

SÖZÜN, QƏLƏMİN ŞƏRƏFİNİ QORUYAN SÖZ SAHİBİ - FOTOLAR

"Mənə aid edilən bəzi fikirlər təhrif olunub" - Hikmət Hacıyev

“Yeraltı”nın aktyorları sevgilidir - “Melek”in atası prokurorluğa şikayət etdi

45 yaşını belə qeyd etdi - Foto

AZƏRBAYCAN ƏHALİSİNİN CƏMİ 4.6 FAİZİ 70 YAŞ HƏDDİNİ KEÇİR

Azərbaycanda sosial şəbəkələrlə bağlı yeni mərhələ: Uşaqlar necə qorunacaq?

Rusiyada ballistik raketlər üzrə tədqiqat aparan institutda yanğın olub

Pezeşkian: İran Qəzza üzrə danışıqlarda HƏMAS-ın mövqeyini dəstəkləyəcək

Naxçıvan, Ordubad və Culfanın yeni icra başçıları kollektivlərə təqdim ediliblər

Sabah güclü külək əsəcək - XƏBƏRDARLIQ

Nigar Fərhadın əri həbs edildi

Məşhur cütlüyün nişan üzüklərinin qiyməti diqqət çəkdi - FOTO

Vüsal Aslanovdan yeni rəis - Təyinatları

Sosial şəbəkələrdə yaş məhdudiyyəti tələbinin pozulmasına görə cərimələr müəyyənləşib

BİR ABIRLI İNSAN KÖÇDÜ DÜNYADAN - OQTAY KƏRİMOV... FOTİLAR

Ömrün ən müdrik və gözəl zirvəsi - FOTO

Macarıstan məktubları.. - FOTO

1 MİLYON TİRAJLI "SƏHƏR" QƏZETİNİN İŞIĞI

Beynəlxalq İşıqfor Günü...

Çin ABŞ-yə qarşı sanksiyalar tətbiq edib və ixrac məhdudiyyətlərini sərtləşdirib

Dövlət mülkiyyətində olan əsas vəsaitlərin verilməsi qaydası dəyişib

Sabah Bakıda yağış yağacaq, güclü külək əsəcək

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31