Uzunmüddətli başgicəllənmələri ciddi xəstəliklərdən xəbər verə bilərYəqin ki, hər kəsin nə vaxtsa başgicəllənməsi olub. Bəzən bunu qan azlığı, zəiflik, aclıq, isti hava ilə əlaqələndirirlər. Lakin uzunmüddətli başgicəllənmələri ciddi xəstəliklərdən xəbər verə bilər.

Turaztv.az BAKU.WS-a istinadən xəbər verir ki, bu haqda AZƏRTAC-a məlumat verən həkim-nevropatoloq Yeganə Rəşidovanın sözlərinə görə, başgicəllənmə hissini ifadə edən tibbi şikayət vertigo adlanır və bu hal əhali arasında geniş yayılıb. Başgicəllənməsi daxili qulaqda, beyində və ya həssas sinir yolunda problemlər zamanı yarana bilir:

"İstənilən yaşda insanın başı fırlana bilər. Lakin adətən belə hallara 65 yaşdan yuxarı insanlarda daha çox rast gəlinir.

Vertigo hərəkət narahatlığına bənzəyir, insan sanki otağın mərkəzindəki ipi çəkdiyini güman edir, tarazlığını bir neçə anlıq itirmiş olur. Vertigonun əsas əlamətləri ürək bulanması, qusma, başağrısı, hərəkət zamanı büdrəməkdir".

Həkim bildirib ki, vertigoların daha çox periferik vertigo (benign paroksismal mövqe vertigo), Meniere xəstəliyi və kəskin başlanğıc vertigo növlərinə rast gəlinir:

"Xəstələrin 93 faizində periferik vertigo qeydə alınır. Benign paroksismal mövqe vertigo (BPPV) başın mövqeyində müəyyən dəyişikliklərlə güclənən vertigo növüdür. Buna daxili qulaqda üzən kalsium kristalları səbəb olur.

Digər növ olan Meniere xəstəliyi tarazlığa və eşitməyə təsir edən daxili qulaq xəstəliyidir. Kəskin periferik vestibulopatiya (APV), qəfil başgicəllənməyə səbəb olan daxili qulağın iltihabıdır".

Vertigonun müalicəsi xüsusi fiziki hərəkətləri olan məşqlər vasitəsilə aparılır. Bəzi zəruri hallarda "vestibulyar blokaj agentləri" adlanan xüsusi dərmanlarla müalicə yazılır. Ürək-damar xəstəlikləri, qulaq infeksiyaları, baş travması, antidepressant və antipsixotik kimi dərmanlar vertigo riskini artıran amillər sırasındadır.

Y.Rəşidova vertigonun qeyd olunan əlamətlərini hiss edən kimi vaxt itirmədən həkimə müraciət etməyi məsləhət görür. Əks təqdirdə həmin xəstəlik daha ciddi problemlərə yol aça bilər.

Son xəbərlər

Türkiyənin Avropa üçün hərbi önəmi – Şahinlər Baltikyanı ölkələrin səmasında - ŞƏRH

Qazini cərəyan vurub öldürdü - Foto

Azərbaycan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının İordaniyadakı təlimi başa çatıb

Zelenski: Ukrayna Rusiyanın dəniz terminalına və 3 logistika mərkəzinə zərbə endirib

İssık-Kul gölünün sahilində "Baku Resort & Spa" mehmanxanasının açılışı olub

Sadır Japarov Mərkəzi Asiya ölkələri üçün vahid turizm vizasının tətbiqini sürətləndirməyə çağırıb

AzTU-da elektron diplomların verilməsinə başlanıldı: Rektor ilk diplomları imzaladı

Polis itkin düşmüş kimi axtarılan 10 nəfəri tapdı

“Cəbiş müəllim”in qızı banka etiraz etdi - Bu reklama görə

Antibiotik və ağrıkəsici qəbul edənlər bunu bilməlidir

Uşaq qidaları ilə bağlı şokedici araşdırma - Alimlər nələr aşkar ediblər?

“WhatsApp Web” istifadəçilərinə şad xəbər: Bu yenilik sizin üçündür

Nikolas Keycin çəkildiyi casus filmi yoxa çıxdı - “Netflix”də sirli oğurluq

Sabah 39 dərəcə isti olacaq

BELA ZƏGİBASARLI : SƏHƏRİN DANI - FOTO

Çolpon-Ata şəhərində Azərbaycan və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir

Mumbayda binanın çökməsi nəticəsində ölənlərin sayı 9-a çatıb

Bazar günü 1125 nəfər dövlət qulluğuna qəbul imtahanı verəcək

Azərbaycan və Qırğızıstanın 6 şəhəri qardaşlaşıb

Sahibə Qafarova Cənubi Afrika Respublikasında səfərdədir

Azərbaycan və Qırğızıstan arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə imzalanıb

Prezident: Azərbaycan və Qırğızıstan münasibətlərini müttəfiqlik səviyyəsinə yüksəldir

“Fox”: Türkiyə F-35 qırıcılarının alınması ilə bağlı tələbləri hələ yerinə yetirməyib

UEFA FIFA turnirlərini boykot etməklə hədələyir

Əməyi yüksək ada layiq - FOTO

Hacıməmməd Məmmədov : Zamanın yaddaşında yaşayan müəllim - FOTO

"Avropa tənəzzüldədir" - Netanyahu

Tanınmış jurnalist saxlanıldı

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031