5 ay ərzində Azərbaycanda 1238 əkiz, 36 üçəm doğulub
Bu ilin yanvar-may aylarında Azərbaycanda 1238 əkiz, 36 üçəm doğulub.

Dövlət Statistika Komitəsindən Bizimyol.info saytına verilən məlumata görə, bu ilin 5 ayı ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 56 254 doğulan körpə qeydə alınıb.

Əhalinin hər 1000 nəfərinə bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə dəyişməyərək eyni səviyyədə (13,7) qalıb. Körpələrdən 1238-i əkiz, 36-sı isə üçəm doğulanlardır.

Son illər körpələrin dünyaya gəlməsində süni mayalanma metodundan çox istifadə olunduğu üçün doğulan əkiz və üçəmlərin, hətta dördəmlərin sayında nəzərəçarpacaq artım var. Təxminən 30 il öncəyə qədər, yəni Azərbaycan Sovet İttifaqının tərkibində olarkən çox nadir hallarda dünyaya gələn üçüəm uşaqların ailələrinə dövlət xüsusi qayğı göstərirdi. Belə ki, üçəmlərin ailələrinə ev verilər, anaya xüsusi yardımçı ayrılar, ailəyə müəyyən müavinətlər, hətta inək verərdilər. Bəs indi vəziyyət necədir? Bu müavinətlərin verilməsi davam edirmi? Məsələylə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblıya sual ünvanladıq. Fazil Talıblı bildirdi ki, indiki qanunvericilikdə üçəm uşaqların doğulmasına görə hər hansı özəl müavinətlərdən söhbət açılmır. Yeni qanunvericiliyə əsasən anadan olan hər uşağa görə 200 manat məbləğində birdəfəlik müavinət nəzərdə tutulub.

Bir zamanlar ailədəki hər uşağın sayına görə verilən və uşaq müəyyən yaşa çatdıqdan sonra kəsilən uşaq pulu məsəsləsi isə Milli Məclisin deputatları tərəfindən bir neçə dəfə səsləndirilsə də hələlik qanun şəklində öz əksini tapmayıb.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən isə bildirildi ki, hazırda qanunvericilikdə belə hal nəzərdə tutulmayıb. Lakin ehtiyacı olan ailələr komitəyə müraciət edəndə komitə öz tərəfindən yeni doğulmuş körpələrə yardım məqsədi ilə bir neçə ay ərzində uşaq bezləri, uşaq qidaları ilə təmin edir.

Evlə təmin olunan nadir ailələr isə (söhbət üçəm doğulan ailələrdən gedir) ya dövlət başçısına və ya hansısa nazirliyə xüsusi müraciət əsasında ev ala bilirlər.

Son xəbərlər

Pakistanda güclü yağışlar nəticəsində bir ay ərzində 100-dən çox insan ölüb

Bred Pittin keçmiş xanımı üçüncü dəfə evlənir - Foto

FIFA səhmlərinin bir hissəsini satışa çıxardı

Mən böyüdüm, saçlarıma dən düşdü, amma içimdəki 5 yaşlı uşaq hələ də qardaşını axtardı - FOTO

Azərbaycanın Gürcüstandakı ilk səfiri vəfat etdi

Türkiyə Kərkükdəki yataqların işlənməsində iştirak edəcək - Ərdoğan

Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür - FOTO

"Odisseya" 639 milyon dollar qazandı

Rusiyada dollar və avro KƏSKİN BAHALAŞDI

Gənc yaşlarda içilən şəkərli içkilər illər sonra hipertoniya riskini artırır

Tarix öz salnaməsini yalnız baş verən hadisələrlə yazmır - FOTO

FƏLƏK, SƏNİN İNSAFINA NƏ DEYİM...

Dilan Polat haqqında istintaq başladıldı

Daha bir serial eşqi gerçək oldu - FOTO

Elşad Xose Psixiatriya Xəstəxanasına yerləşdirildi

Qızı Tom Kruzun soyadından imtina etdi

Zəng edib “Odissey”ə görə təşəkkür etdi

Həsrətin adı (Hekayə)

Ağdam, Füzuli və Cəbrayılda açıq ərazidə yanğınlar başlayıb

Sahibə Qafarova Efiopiyada səfərdədir

Aİ, yoxsa Aİİ? - Putin Paşinyanı seçim qarşısında qoydu - ŞƏRH

Katz: İsrail İranın enerji infrastrukturuna zərbə endirmək istəyir, ABŞ isə buna qarşıdır

İnsanlara ən çox hücum edən it cinsləri

İldırım Əlişoğlu : Bakı küləyi - FOTO

Azərbaycanın Tacikistandakı səfiri geri çağırılıb, yenisi təyin olunub

Azərbaycanın Hindistandakı səfiri geri çağırılıb, İtaliyaya təyin edilib

Novruzəli Aslanov: “Bu gün bütün dünya bizim doğma ana dilimizi işğaldan azad edilmiş torpaqlarımızdan gələn sədalarda eşidir”

BMU-ya qəbul olmaq istəyən abituriyentlərin nəzərinə!

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031