Yeniyetmələr arasında dünya kubokunda şahmatçılarımız mübarizəni davam etdirirlərYeniyetmə şahmatçılar arasında start götürən dünya kuboku davam edir.

Turaztv.az AZƏRTAC-a istinadən xəbər verir ki, 10-12-14-16-18 yaşlı yeniyetmələr arasında rapid üzrə onlayn dünya kubokunda ölkəmizi müxtəlif yaş qruplarında 29 zəka sahibi təmsil edir.

Artıq 18 yaşlı qızlar arasında 4-cü turun oyunları yekunlaşıb. Dörd turdan sonra təmsilçilərimizdən 3,5 xal toplayan Gövhər Beydullayeva liderlərdən yarım xal geridə qalır. Ləman Hacıyeva isə 3 xalla 13-cü pillədə qərarlaşıb. Bu qrupda mübarizə aparan 3-cü təmsilçimiz Ayan Allahverdiyeva isə aktivinə 2,5 xal yaza bilib.

On yaşlı oğlanların yarışında Xaqan Əhməd və Əhməd Hüseynov hərəyə 3 xal toplayıblar. Tariyel Şərifov isə 2,5 xal toplamağa nail olub.

Yarışın əsasnaməsinə görə, dünya kuboku iki mərhələdə keçirilir. Seçmə mərhələ İsveçrə sistemi üzrə keçirilir və 10 turdan ibarətdir. Final mərhələsi isə Olimpiya sistemi üzrə keçiriləcək. Qeyd edək ki, hər yaş qrupunda ilk 3 yeri tutan şahmatçılar dekabr ayında FIDE tərəfindən planlaşdırılan rapid üzrə onlayn super finala, 4-8-ci yerləri tutan şahmatçılar isə noyabr ayında təşkil olunacaq Qran-pri seriyasına vəsiqə qazanacaqlar.

Seçmə mərhələlər avqustun 1-dən 5-dək (10 yaşlı oğlanlar və 18 yaşlı qızlar), avqustun 6-dan 10-dək (12 yaşlı oğlanlar və 16 yaşlı qızlar), avqustun 11-dən 15-dək (14 yaşlı oğlanlar və qızlar), avqustun 16-dan 20–dək (16, 18 yaşlı oğlanlar və 10, 12 yaşlı qızlar) keçiriləcək. Avqustun 26-dan 31-dək isə yarışın final mərhələsi olacaq.

Son xəbərlər

“Bu yaranı sağaltmaq asan olmayacaq” - Messidən duyğusal paylaşım

PÜSTƏ RƏVAN : D Ü N Y A - FOTO

Arayik Arutyunyan istefa verdi

NOVRUZ ASLANOV ZİYALILIĞI

75 illik ömrün işığı – Tamella xanım Əliyeva

İrana zərbələr nə qədər davam edəcək? - FOTO

Vüsalə Ağ şəhərdəki evi ilə bağlı həqiqəti açıqladı - FOTO

Gökçenin qızı olacaq

DƏRDİN ŞEİR DİLİ - FOTO

Səhərlər yaşanan baş ağrısı bu təhlükəli xəstəliklərin əlaməti ola bilər

Maqnit qasırğası yaxınlaşır - təhlükəli tarixlər AÇIQLANDI

3 yaşlı uşaq atasının idarə etdiyi texnikanın altında qalaraq vəfat etdi

Məşhur reper həbs olundu

Rəşad Dağlının oğlu yarışda birinci oldu

İlham Əliyev Berlində mühüm görüşdə - Fotolar

Dəmir və polad çubuqların idxalına yeni gömrük yığımı müəyyənləşdirilib

Xalq şairi Nəriman Həsənzadənin son vəziyyəti açıqlanıb

Prezident İlham Əliyevə yüksək etimad dövlət-xalq birliyinin göstəricisidir ŞƏRH

“Gələcəyi birlikdə quraq!” sosial layihəsinə başlanılıb - FOTOLAR

Sabah 39 dərəcə isti olacaq

Qanun icazə verir, marketlər “olmaz” deyir - Azərbaycanda qalmaqallı qadağa

Ən çox dəmir ehtiva edən 7 ət növü açıqlandı

24 yaşlı gənc dənizdə batdı

Lisey və gimnaziyalara seçimlərin nəticələri açıqlanıb

Misraların ömrü - şairin taleyi

Nolanın “Odissey”indən - Rekord

Özbəkistanın Baş prokuroru Azərbaycanda səfərdədir

Rusiya Xerson və Zaporojye vilayətlərinə zərbələr endirib, 5 nəfər ölüb, 63 nəfər yaralanıb

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031