
Xəbərlər
25.07.2021, 22:24
Bu gün Azərbaycanda 46 min 910 nəfər vaksinasiya olunub
İyulun 25-də Azərbaycanda 46 min 910 nəfər vaksinasiya olunub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AZƏRTAC-a bildirilib ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 20 min 61, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 26 min 849 nəfər təşkil edib.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 4 milyon 563 min 897, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı
2 milyon 654 min 76, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 1 milyon 909 min 821 nəfər təşkil edir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












