
Xəbərlər
18.06.2021, 11:49
Nazir Hacı Mazanın oğluna yeni VƏZİFƏ VERDİ
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Ağsu rayonunda yerləşən 3 saylı rayonlararası qeydiyyat-imtahan və texniki baxış şöbəsinə yeni rəis təyin olunub.
Turaztv.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, sözügedən vəzifəyə polis polkovnik-leytenantı Bayram Zeynalov təyinat alıb.
Qeyd edək ki, o, Hacı Mazan ləqəbli iş adamı Ramazan Zeynalovun oğludur.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay















