Yaş üstünə yaş gəlincəYaşamaq, nəfəs almaq, ömür pəncərəsindən həyatın qaranlıq labirintinə baxmaq, bir hovur dincini alıb irəliyə addımlamaq gözəldir. Fikirləşirəm ki, yaş üstünə gələn yaş, ömrün bir pilləsinin də artması insanın dərindən nəfəs alıb, yornuqluğunu dəririb sabaha, gələcəyə, yeni arzulara, kəşf edilməmiş aləmə üz tutmasıdır. Həmişə də üz tutduğumuz yerlərə könüllü gedə bilmirik. Bəzən üzümüzə üz tutub gedirik, bəzən görüşünə getdiyimiz illərin gözünün içinə baxa bilmədiyimizdən gözümüzə eynək qurşayırıq. Hər nə ediriksə özümüzə edirik-pis və yaxşı mənada. İnsan yaxşılıq kimidir, yaxşıların iiçində pardaxlanar, yaşamaq istəyər, qanadlanar... ümid yeri olar.

Omur axıb gedir hədər,
Yarı sevinc, yarı kədər,
Sevinərdin Dunya qədər,
Yaş üstünə yaş gəlincə.

Indi hər şeyi qanırsan,
Sam yandıqca sən yanırsan,
Yaşamaqdan usanırsan,
Yaş üstünə yaş gəlincə.

Gözündə yaş gilələnir,
Sifetine nur çilənir,
Saçlarına qar ələnir,
Yaş üstünə yaş gəlincə.

Fərman qardaş, yaşa, yarat,
Çöhrəndən kədəri sil, at,
Yaşamağın dadın çıxart,
Yaş üstünə yaş gəlincə.



May ayında, daha doğrusu bu ayın ilk günündə, köhnə sovetlər birliyinin vaxtında qeyd etdiyimiz bir gündə dünyaya göz açmış Fərman İdris oğlu Balayev də belə dostlardan biridir. Mənim aləmimdə dost bəzən balaca quşcuğaz, bəzən var olmayan sevgili, bəzən də dibçəkdə çiçəkdir. Amma əsl dost səni səndən çox sevəndir. Əsl dostluq dənizə, ümmana bənzər, daim coşar, çağlayar, insanları fədakarlığa səsləyər. Əsl dost ağır, çətin günlərində bir-birinə dəstək olub, acısına, şirininə də ortaqlaşan, bütöv xarakterli insan olmalıdır. Dost dostun səhvini üzünə deyib, onu doğru yola çəkməlidir. Müsbət xüsusiyyətləri özündə, daxilində cəmləşdirən F.Balayev də bir əmioğlu, dost, yaxın sirdaş kimi yaddaşıma həkk edilib.
Dostluğun qırılmaz zəncirlə müqayisə edilməsi təsadüfi deyildir. Həqiqətən də, səmimi, möhkəm dostluq hisslərini heç nə ilə sarsıtmaq mümkün deyildir. İnsanlar arasında hər xoş münasibəti dostluq adlandırmaq olmaz. Həqiqi dostluq illərin sınağından çıxır, bərkdə-boşda, həyatın enişli-yoxuşlu yollarında sınanılır. Əsl dostluq insanlar arasında münasibətlərin uca zirvəsidir. Əgər sən dostluğu yüksək qiymətləndirirsənsə, gərək dostun sandığın şəxsin yolunda hər bir çətinliyə dözməyi bacarasan, sirlərini ondan gizlətməyəsən, heç vaxt yalan danışmayasan. Nahaq deməyiblər ki, dost-dosta tən gərək, tən olmasa, gen gərək. Dostu olmaq böyük xöşbəxtlikdir.Kimin çox dostu varsa, o, həyatda daha inamlı olur, üzləşdiyi problemləri asanlıqla dəf edir. Adətən, çoxlu dostu olan şəxsi qollu-budaqlı ağaca bənzədirlər. Bu ağac təbiətin şıltaqlıqlarına asanlıqla dözür, onun insanlara daha böyük faydası dəyir. Mən də illərdir Fərmanla dostluq körpüsündən keçirəm. O, sınanılmış bir ziyalıdır. Həm də bizim əməkdaşımızdır. Bu sahədə də özünün bacarığını əsirgəmir.
Bu xoş gündə ona möhkəm cansağlığı, sağlam və bərəkətli ömür, ailə səadəti, övlad sevinci, sağlamlıq və gümrahlıq arzu edirəm. Allah bu xoş münasibəti, dostluq və qohumluq əlaqələrini bizə çox görməsin. Xeyir işlərində can-başla çarpışaq, əlləşək.
Bir daha ad günün mübarək, Fərman əmi oğlu!

“TURAZTV.az” saytının, “Ədalət və həqiqət” qəzetinin yaradıcı kollektivi və dostların adından

Cəmil ZƏBHULLAOĞLU

Son xəbərlər

Berlindəki terror aktı - miqrantlara qarşı yeni təbliğat - ŞƏRH

Ombudsman əcnəbi vətəndaşın müraciətini təmin edib

MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir

Corcia Meloni: İtaliyada "No TAV" hərəkatının aksiyasında 120 polis əməkdaşı xəsarət alıb

"Neftçi"nin "Dinamo" ilə oyun üçün Bolqarıstana səfər proqramı müəyyənləşib

Çində daşqın nəticəsində 10 nəfər ölüb, 23 nəfər yaralanıb

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə mindi

Sabah külək əsəcək, 41 dərəcə isti olacaq

“Bizi oradan çıxardılar...” - Narazı rəssamlara rəsmi cavab

Bakıda ağac bir nəfərin üzərinə aşdı - Nazirlikdən açıqlama

Azərbaycanda bu şəxslər 7 min manatadək cərimələnəcək

Zelenski: Rusiyanın neft bazalarına yeni zərbələr endirilib

Qızılın qiyməti yenidən yüksəldi

Cəlilabadda Ustad Niftalı Göyçəlinin kitab təqdimatı...

Anar Quliyev Xaçmazda vətəndaşları qəbul edəcək

VƏTƏN AŞİQLİYİ - FOTOLAR

Ağdamın Kəngərli və Papravənd kəndlərində baş verən yanğınlar söndürülüb

MÜTDA: MİQ ballarının şəxsi səhifələrdə əks olunması vakansiya seçimi başlanılmadan əvvəl təmin ediləcək

Xidmət: Bakıda və Abşeronda tozun miqdarı normadan artıqdır

33 yaşlı kişi Qarabağ kanalında batıb

KİV: "Kheibar Shekan" İranın raket arsenalında əsas silahlardan birinə çevrilib

Ordumuzun hərbçisi vəfat etdi

Kolbasa və sosis xərçəng yaradır?

"Yayın kabusu"na qarşı ən təhlükəsiz və səmərəli üsul

"Aerokosmik Modelçilik Festivalı 2026"nın kateqoriyaları açıqlanıb

Pirallahı və Qala qəsəbələrində qaz kəsiləcək

Elatın ruhu yaşadıqca millətin yaddaşı da yaşayır – Şərafəddin İLKİN yazdı

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031