Zaqatalada qızıl xəzinəsi tapıldı - Əraziyə kimsə buraxılmır, qoşun yeridildiZaqatalada qızıl xəzinəsi tapıldı - Əraziyə kimsə buraxılmır, qoşun yeridildi
Bu günlərdə Gürcüstan KİV-lərində, belə demək olarsa, qəribə məlumat dərc edilib.

"Turaztv.az" "carciTV"-yə istinadən xəbər verir ki, ("Mtavari" agentliyinə istinadən) deyilir ki, Azərbaycanın Zaqatala rayonu ərazisində "böyük miqdarda qızıl və digər xəzinə" aşkarlanıb. Xəzinənin tapıldığı ərazi iki ölkə sərhədinə yaxındır və ətraf qoşunlarla əhatələnib, əraziyə giriş qadağan edilib.

"Əldə olunan informasiyaya görə bir neçə gün əvvəl Zaqatala rayonunun Faldarlı kəndində əkin sahəsini şumlayıblar. Şumlama zamanı torpaq çöküb. Traktor gətiriblər və qazmağa başlayıblar. Xəzinə tapılıb: fayton, çoxlu qızıl və ölülərin qalıqları", - xəbərdə belə deyilir.

Bildirilir ki, əraziyə giriş bağlanıb, xüsusi bölmələr gətirilib, tapıntı əraziində yerli arxeoloqlar işləyir.

"Şübhə var ki, söhbət böyük, sensasion və tarixi tapıntıdan gedir. Ərazi Alazan çayının iki-üç kilometrliyində yerləşir. "Mtavari" agentliyinə deyiblər ki, baş verənlər haqda XİN-ə də (yəqin ki, söhbət Gürcüstan XİN-dən gedir,-red.) xəbər veriblər. Yerli sakinlər tələb edirlər ki, söhbət böyük tarixi tapıntıdan getdiyi üçün qazıntılara gürcü arxeoloqları da cəlb edilsin, tarixi izlər silinməsin və ya məhv edilməsin",-həmin məlumat bu qəribə sonluqla bitir.

Həmin ərazidə nəyin tapıldığı barədə rəsmi məlumata rast gəlinməsə də bir neçə gün əvvəl həqiqətən Faldarlı kəndi yaxınlığında qaz çəkilişi ilə bağlı hansısa torpaq işlərinin aparıldığını dəqiqləşdirə bildik. Yəni söhbət arxeoloji qazıntılardan getmir. Lakin məsələ orada hansı məqsədlə qazıntıların aparılmasında, hansısa xəzinənin aşkarlanmasında da deyil. "Xəzinə tapıntısı" barədə xəbərlər xalq arasında ilk dəfə deyil ki, dolaşır və əsasən kənd yerlərində, bu və ya digər rayonda vaxtaşırı olaraq belə söz-söhbətlər yayılır.

Məsələ bundadır ki, Azərbaycanın Zaqatala rayonu ərazisində qazıntı və "xəzinə aşkarlanması" barədə şaiyələr Gürcüstan KİV-lərində bu cür qəribə reaksiya doğurub. Yəni söhbət Azərbaycan ərazisindən gedirsə orada hansısa arxeoloji qazıntının aparılması və ya "xəzinənin tapılması" qonşu ölkənin Xarici İşlər Nazirliyini niyə maraqlandırmalıdır?

Əlbətdə, Gürcüstan xəbər agentliyinin bu məlumata olan marağı anlaşılandır, dünyanın bu və ya başqa yerində hansısa "sensasion xəzinə tapıntısı" barədə xəbərlər həmişə KİV-lər üçün maraqlı sayılıb. Amma "xəzinə" Azərbaycan ərazisində tapılıbsa və ya arxeoloji qazıntılar Azərbaycan ərazisində aparılırsa bu işə gürcü arxeoloqlarını cəlb etmək çağırışı niyə səslənir ki? Yaxud onlar hansı "tarixi izlərin" silinməsinin qarşısını almalı idilər?

Axı Gürcüstan ərazisində hansısa arxeoloji tapıntı barədə xəbərlər eşidəndə Azərbaycanda bu işlərə qarışmaq, ora arxeoloqlar göndərməyi təklif etmək heç kimin ağlına da gəlməzdi. Bir sözlə, Zaqatala rayonunda nəyin tapıldığını dəqiq bilməsək də "Mtavari" agentliyinin bu məzmunlu xəbəri əsl "tapıntıdır"...
Zaqatalada qızıl xəzinəsi tapıldı - Əraziyə kimsə buraxılmır, qoşun yeridildi
Zaqatalada qızıl xəzinəsi tapıldı - Əraziyə kimsə buraxılmır, qoşun yeridildi
Zaqatalada qızıl xəzinəsi tapıldı - Əraziyə kimsə buraxılmır, qoşun yeridildi
Zaqatalada qızıl xəzinəsi tapıldı - Əraziyə kimsə buraxılmır, qoşun yeridildi

Son xəbərlər

Prezidentin köməkçisi: Qafqaz regionunda yeni status-kvo formalaşır

Sabirabadda Kür çayı məcrasından çıxıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

Əraqçi: ABŞ-nin Yaxın Şərqdəki faktiki hərbi xərcləri rəsmi rəqəmləri əhəmiyyətli dərəcədə üstələyir

Dövlət vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət sayılacaq

Ədalət Fərəcov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib

Ölkədə bu ənənə ləğv EDİLİR?

Estetiklə Pınar Altuğa bənzədi - FOTO

Məşhur aktyor borc batağında

Devrim onunla sevgilidir? - Foto

Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Konvensiya dəyişikliklər ratifikasiya olunub

İcbari Sığorta Bürosu: Birinci rübdə 139 min manat kompensasiya ödənilib

Milli Məclis Avropa Parlamenti ilə bağlı qərar qəbul edəcək

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Əhməd İsmayılov: Dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən gəlməyə imkan verir

Azərbaycan nefti cüzi ucuzlaşıb

"Sabah" son 18 mövsümdə Azərbaycanda ilk çempionluğunu yaşayan yeganə komandadır

Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir

Avropa Liqası: "Nottingem" və "Braqa" qələbə qazanıb

Konfrans Liqası: "Rayo Valyekano" qalib gəlib, "Şaxtyor" məğlub olub

FIFA prezidenti: İran 2026-cı il Dünya Kubokunda iştirak edəcək

“Bu, hərbi əməliyyatların genişləndirilməsidir”

Quql “Qarderob” funksiyasını təqdim edəcək

İnsanlar hansı yaşda ən xoşbəxt və ən sağlam olurlar? Dəqiq rəqəm AÇIQLANDI

Şanslı insanlar nə zaman doğulur: üç tarix AÇIQLANDI

"Kuruluş Orhan" final edir

Prezident İlham Əliyev: Azərbaycan güləşçiləri bir daha göstərdilər ki, onlar Avropada birincidirlər

Dost dostu sınayar çətində, darda - FOTO

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031