Nuh peyğəmbərin Xınalıqda yaşayan azərbaycanlı "nəvələri" kömək istəyir - Müraciət

Azərbaycan ərazisində müxtəlif millətlər yaşayır və onların özlərinə məxsus maraqlı dilləri var. Belə xüsusi dillərdən birini Xınalıqda eşidə bilərsiniz.

Sputnik Azərbaycan-ın bölgə müxbiri Xınalığın tarixi və dili ilə bağlı maraqlı məlumatlara sahib olan kənd sakini Yusif Şabanovla söhbətləşib.

"Biz xınalıqlılar öz dilimizə "Kətiş" dili də deyirik, - Y.Şabanov sözə başlayır. - Onu araşdırmaq və əlifbasını tərtib etmək üçün kəndimizə dəfələrlə Almaniyadan, İngiltərədən, başqa bir neçə ölkədən alimlər gəliblər. Onların məqsədi belə unikal dilin qorunub saxlanılmasıdır. Xınalıq dilində səslər hərflərdən çox olduğundan alimlər tərtib etdikləri kitablarda həmin hərflərin üzərinə hansısa işarələr qoyublar ki, söz səsləndiyi zaman mənasını itirməsin. Deyirlər ki, əvvəllər bu dildə 77 hərf olub. İndi isə yalnız 59 hərfin qaldığını görürük. Xınalıq dilində elə sözlər var ki, onları yazmaq üçün münasib hərflər yoxdur, məsələn, "fxu, Marcx". Təbii ki, bunun yazılışı ilə deyilişində çox fərq var".

Öyrənirik ki, kənd sakinləri Xınalıq dilini Nuh peyğəmbərin dili hesab edirlər.

"Bizim dilimiz Nuh peyğəmbərin danışdığı dildir. Yəni xınalıqlılar belə düşünürlər. Təbii ki, bu fikir əsassız deyil. Dilimiz haqda müxtəlif dastanlar və miflər var və fikrimcə, heç biri də yanlış deyil. Çünki biz Nuh peyğəmbərin nəvələri sayılırıq. Hələ ötən əsrin əllinci illərində Xınalıqda alimlər böyük tədqiqatlar aparıblar və nəticə olaraq 1959-cu ildə "Xınalıq dilinin qrammatikası" kitabı dərc edilib. Bizim dilimiz barədə ən geniş və maraqlı tədqiqatı dilçi alim Yunus Deşeriyev aparıb. Onun fikrincə, eramızdan əvvəl 3-cü minillikdə Qafqazda tək qədim dil Xınalıq dili olub. Dilimizin başqa özəlliyi də budur ki, Qafqazdakı digər qədim dillərin bölünməsinə və zaman-zaman itməsinə baxmayaraq, Xınalıq dili dəyişməz olaraq qalır", - Y.Şabanov qürurla əlavə edir.

Xınalıqlıların əcdadları haqda məlumatlara Plini və Strabonun əsərlərində də rast gəlinir. Bu tarixçilər öz dilində danışan 26 alban tayfası arasında xınalıqlıları ayrıca qeyd ediblər. Xınalıqlıların albanlarla bağlılığını kəndin ərazisindəki çoxsaylı alban qəbristanlıqları da sübut edir.

Y.Şabanovun sözlərinə görə, Kətiş dilinin ləhcəsi yoxdur, amma maraqlıdır ki, Xınalıq kəndinin yuxarı, orta və aşağı hissələrində kompakt yaşayan üç əsas nəsil arasında müəyyən hallarda tələffüz fərqləri meydana çıxır.

Hal-hazırda Xınalıq kənd orta məktəbində Azərbaycan və ingilis dilləri ilə yanaşı, Xınalıq dili də tədris olunur. Qrammatikası da asan deyil: təsəvvür edin ki, ismin 18 halı var. Yerli müəllimlər doğma dillərini sevə-sevə tədris etdiklərini bildirirlər. Yusif Şabanov təəssüflə qeyd edir ki, bu dil ancaq ibtidai siniflərdə tədris olunur. Onu narahat edən məsələ isə Kətiş dilinin itmək təhlükəsidir: "Bu dili kəndin 60 faizi bilir. Yerli müəllimlər gördülər ki, dil məhv olub gedir və onlar bu dili həftədə bir saat da olsa, tədris etməyə başladılar. Dilimizin unudulan hissəsini bərpa etmək üçün kənd camaatı ilə birgə çox cəhd edirik. İnanırıq ki, dilçi alimlər də bu sahədə bizə köməklik göstərəcəklər".

Son xəbərlər

Azərbaycan və Gürcüstan XİN başçıları Cənubi Qafqazın əhəmiyyətini müzakirə ediblər

Şahbaz Şərif ABŞ, İsrail və İranı gərginliyin azalması üçün dialoqu davam etdirməyə çağırıb

Türk Dünyası Ali Təhsil Məkanının yaradılması istiqamətində müzakirələr aparılıb

Növbəti dörd gündə bəzi rayonlarda hava yağıntılı olacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Türkiyə XİN: Azərbaycan və Ermənistanın sülh üçün iradəsi bölgədə önəmli hesab edilir

Şuşada abidələrin razılaşdırılmadan başqa yerə köçürülməsi qadağan olunacaq

Eldar Əzizovun oğluna yüksək vəzifə verildi - FOTO (YENİLƏNİB)

"Kiyev sülh prosesini ləngidir" - Peskov

Sosial şəbəkələrlə bağlı yeni QƏRAR: 50 min manatlıq cərimə GƏLİR

Bu tarixlərdə iki güclü maqnit qasırğası olacaq

Azərbaycanda bu ərazilərdə TikTok-a giriş qadağan olundu

İyunun 8-i Ümumdünya Okeanlar Günüdür

İkinci görüşün Ermənistanda keçirilməsini təklif etdi

QIZBƏS QƏBƏLƏ : VARLILAR ÜÇÜN SIĞINACAQLAR - FOTO

İran Tehrana növbəti hücum barədə məlumat yayıb

Hicran Fuad Əhmədli : Yolumda yolsuzlar önümü alıb - FOTO

Təbriz küçəsində genişmiqyaslı layihənin icrasına başlanılır

Fransaya casusluqda təqsirləndirilən Martin Ryanın apellyasiya prosesinin vaxtı müəyyənləşib

MM-də sosial şəbəkələrdə uşaqların hüquqlarının qorunması üçün cərimələrin müzakirəsinə başlanılıb

General-mayor Namiq Bayramov: Hərbi Hava Qüvvələri gündən-günə güclənir

Bakıda yük maşını piyadanı vurub

Bakının iki rayonunda işıq olmayacaq

Bakının bir sıra yollarında tıxac yaranıb

Nəticələr elan olunmamış Paşinyanı təbrik etdi

İraqda zəvvarları daşıyan avtobus yandı - 25 nəfər öldü

Halk Hoqanın 11 ay sonra ölüm səbəbi açıqlandı

Nişanından bir ay keçməmiş həbs olundu

Tolqa Sarıtaş "Teşkilat"dan ayrılır?

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930