Deputat marşrut avtobuslarındakı sıxlıqdan şikayətləndi: Metro açılmalıdır

Deputat Jalə Əhmədova ictimai nəqliyyatdakı sıxlıq, metropolitenin fəaliyyətinin bərpası məsələsi və son zamanlar baş verən intihar hadisələrinə münasibət bildirib.

Oxu.Az-ın məlumatına əsasən, millət vəkili qeyd edib ki, yoluxmanın azalması ilə ölkəmizdə tətbiq edilmiş xüsusi karantin rejimi mərhələli şəkildə, getdikcə yumşaldılır.

Lakin bu yumşalma fonunda insanları yenə də ən çox narahat edən məsələ ictimai nəqliyyat, daha doğrusu metrosuzluq problemidir.

Deputatın fikrincə, xəttə beynəlxalq standartlara uyğun ən müasir avtobuslar buraxılıb və vətəndaşlarımız bunu yüksək dəyərləndirir. Amma bu avtobuslar sərnişin sıxlığının qarşısının alınmasında acizdir.

“Avtobuslar, həm də vaxt itkisi deməkdir. Məsələn vətəndaş işə gəlmək üçün “Neftçilər” deyilən ərazidən “Elmlər Akademiyası” tərəfə gəlmək üçün iki saat vaxt itirir. Eynilə də işdən evə qayıdan zaman. Hesab edirəm ki, metropoliten fəaliyyətini bərpa edərsə, bu problemlər aradan qalxacaq və insanlarımız mənzil başına çatmaq üçün nə saatlarla vaxt sərf edəcək, nə də sərnişin sıxlığı yaşayacaq”, - deyə J.Əhmədova əlavə edib.

O, son zamanlar baş verən intiharlar barədə də danışıb:

“Ən çox psixoloji, ailə-məişət problemləri fonunda baş verən intiharların bir səbəbini də onların mətbuatda işıqlandırılmasında, qabarıq şəkildə təqdim edilməsində görürəm. Hesab edirəm ki, bu, yolverilməzdir. Bu cür hallar intihara təşviqetmə kimi mənfi nəticələrə gətirib çıxara bilər və mediaya bu məsələyə daha həssas və məsuliyyətlə yanaşılmasını tövsiyə edərdim”.

Son xəbərlər

Nəsrinin serialı DÇ matçlarını reytinqdə geridə qoydu

SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir

İlham Əliyev sloveniyalı həmkarını təbrik edib

Səbinə Əliyeva: "Güclü audit sistemi korrupsiya risklərinin azaldılmasına töhfə verir"

Milli Məclis "Toxumçuluq haqqında" qanun layihəsini müzakirə edir

Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilir

Venesuelada dağıdıcı zəlzələ itkilərə və dağıntılara səbəb olub - YENİLƏNİB

Dünya çempionatı: İsveçrə millisi Kanadaya qalib gəlib

DÇ-2026: Bosniya və Herseqovina millisi Qətərə qalib gəlib

Yurdun səsi Göygöldən dünyaya səsləndi - FOTOLAR

“El Calor en Baku” Beynəlxalq Tanqo Festivalı yekunlaşıb - FOTOLAR

Yəməndə avtomobildə baş verən partlayış nəticəsində jurnalist həlak olub

Bu gün Aşuradır

Vəkil qızının ölümündə xəstəxananı ittiham etdi

Mourinyunun "Real Madrid" planı bəlli oldu

Moldova ilə birləşmə haqqında qanun layihəsini təsdiqlədilər

Vahid Çəmənlinin 70 illik yubileyi və yeni işıq üzü görmüş " SƏNSİZ KEÇƏN ÖMÜR" KİTABININ təqdimatı keçiriləcək

"Sosial həyatım da olub, telefon da istifadə etmişəm" - Ölkə birincisi

Premyer Liqanın ən bahalı transferi ola bilər

“Bu səhvim məni 700 baldan ayırdı” - Ölkə birincisi

Şəhid övladları yüksək bal topladı

Kaliforniyada 5.6 maqnitudalı zəlzələ baş verdi

Günün səbəbkarlarını - Tanıyaq!+Fotolar

Mask COVID-19-un yaradılmasında onları günahlandırdı

"İran çox böyük güzəştlərə gedir" - Tramp

Bu gün altı mindən çox müəllim sertifikasiya imtahanı verib

“Yeraltı”dan ayrıldı

7 ildir münasibətdə olan məşhur cütlük evlənir - FOTOLAR

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930