
Xəbərlər
12.02.2021, 00:39
Şamaxıda quruculuq-abadlıq işləri davam edir
Şamaxıda quruculuq-abadlıq işləri davam edir
"Turaztv.az" xəbər verir ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Şamaxı rayonunda sosial layihələr uğurla həyata keçirilir, quruculuq-abadlıq işləri davam edir.
Rayon icra hakimiyyətindən bu barədə verilən məlumatda bildirilib ki, koronavirus pandemiyasının törətdiyi çətinliklərə, bununla əlaqədar tətbiq olunan karantin rejiminə baxmayaraq hazırda şəhərin bir sıra küçə və prospektlərinin əsaslı təmiri və yenidən qurulması işlərinə başlanılib. Belə ki, "Aşıq Məmmədağa”, "Həzi Aslanov”, "Bakı”, "Azər Pənahov”, "Qarabağ”, "Əzizbəyov”, "Şirvan”, "Məhəmməd Hadi” və bir sıra digər küçələr, bu küçələrə qoşulan döngələr yenidən qurulur və asfaltlaşdırılır.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay











