
Xəbərlər
31.05.2019, 14:30
Kanalizasiya quyusunda 2 fəhlənin meyiti tapıldı
Rusiyanın Nijniy Taqil şəhərində bədbəxt hadisə baş verib.
Turaztv.az Trend-ə istinadən xəbər verir ki, kanalizasiya quyusunda bələdiyyə idarəsinin iki fəhləsinin meyiti aşkar edilib.
Hadisə ilə bağlı dərhal tədqiqat başlayıb.
İlkin məlumata görə, Krasnoznamenni küçəsində kanalizasiya quyularının birində problem yaranıb. Bələdiyyənin 2 fəhləsi həmin kanalizasiya quyusunda təmir işləri aparmaq üçün qəza yerində olublar.
Daha sonra onların hansı səbəbdən quyuda ölmələri isə hələ məlum deyil.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










