Nazirlər Kabineti daha bir qərar imzaladı, 27 dekabr...Nazirlər Kabineti “İcbari tibbi sığorta üzrə dövlət büdcəsinin vəsaiti hesabına sığorta haqqının 2020-ci ildə mərhələli şəkildə ödənilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2020-ci il 17 mart tarixli 98 nömrəli Qərarında dəyişiklik edib.

"Turaztv.az" Qazet.az-a istinadən xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.


Belə ki, qərarın adında və 1-ci hissəsində “2020-ci ildə” sözləri “2020-ci və 2021-ci illərdə” sözləri ilə əvəz edilib. Bununla da qərar 2021-ci ili də əhatə edəcək.

Yeni qərarla sığorta haqqının ödənilməsi qaydasına da dəyişiklik edilib.

Sığorta haqqının adambaşına məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 10 aprel tarixli 136 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”na uyğun olaraq aşağıdakı kimi müəyyən edilir:

– 2020-ci il üzrə – icbari tibbi sığortanın 2020-ci ilin yanvar ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat;

– 2021-ci il üzrə – icbari tibbi sığortanın 2021-ci ilin yanvar ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat + 90 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi, aprel ayından tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 67,5 manat + 67,5 manat x ölkə üzrə istehlak qiymətlərinin indeksi.

Bundan əvvəlki qərara əsasən, sığorta haqqının adambaşına məbləği Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 dekabr tarixli 504 nömrəli Qərarı ilə təsdiq edilmiş “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”na uyğun olaraq, icbari tibbi sığortanın yanvar-mart aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 90 manat, aprel-iyun aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 67,5 manat, iyul-sentyabr aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 45 manat, oktyabr-dekabr aylarında tətbiq edildiyi inzibati ərazi vahidləri üzrə 22,5 manat təşkil edirdi.

Son xəbərlər

Bəhreyn vəliəhdi İlham Əliyevi təbrik edib

"BP-Azerbaijan": "Şahdəniz"də illik qaz hasilatı 27 milyard kubmetr təşkil edir

Perinatal Mərkəzin sabiq direktoru Mehriban Abasquliyeva və şöbə müdirləri məhkəmə zalında həbs edilib

Ölkə üzrə 300 mindən çox şagirdin bilikləri ilk dəfə açıq tipli sualların olduğu monitorinqlə yoxlanılacaq

NASA Mars atmosferini müşahidə etmək üçün yaradılan ilk missiyanı sona çatdırıb

Cəlilabadda yol qəzası olub, xəsarət alanlar var

Telnaz Abıyevanın 70 illik yubileyi qeyd olunmuşdur - FOTOLAR

“Park Yasamal”da hazır 2 otaq studiya mənzillər - Ev axtaranlara şad xəbər! (FOTOLAR)

“Sabah” kapitanı və rekordçusu ilə yollarını ayırdı

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat etdi - Foto

Sabah 32 dərəcə isti olacaq

40 yaşdan sonra bunu etməyənlər təhlükə altındadır - Xəbərdarlıq

Şuşada yağış və çirkab sularının təmizlənməsi qurğusu gələn il istifadəyə veriləcək

Azərbaycanda ət istehsalı ilə bağlı hədəflər açıqlanıb

Azərbaycanda bəzi qanunlar mopedlərlə bağlı qanunvericiliyə uyğunlaşdırılır

Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək

Doktorantura və dissertanturaya qəbul imtahanının tarixləri müəyyənləşib

Azərbaycan nefti 3 dollara yaxın bahalaşıb

Xəzər dənizində 3,9 maqnitudalı zəlzələ baş verib

Dünyanın ilk “nüvə qəbiristanlığı” açılır - 100 min il möhürlü qalacaq

Xəzərdə zəlzələ olub

Britaniyada hərbi helikopter qəzaya uğradı - Ölənlər var

Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı

ADİL CƏFAKEŞ : TƏKLƏNİBDİ - FOTO

Bu da “Real Madrid”in yeni forması - Fotolar

Tramp: Memorandum imzalanan kimi Hörmüz boğazı açılacaq

Ankara raket və qırıcılarla qorunacaq

Ağ Ev: İran nüvə silahı hazırlamaqdan və almaqdan imtina etməyə razılaşıb

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930