Metro ilə bağlı YENİ XƏBƏRMetronun işləməməsi ictimai nəqliyyatdan istifadə edən Bakı sakinlərini çətin vəziyyətə salıb. Səhər işə, axşam evinə tələsən insanlar avtobuslarda basabasda gedib-gəlir. Virusun yayılmasının qarşısını almaq üçün maska taxılması isə dolu avtobuslarda gülünc tədbir mahiyyətindən uzağa getmir.

Maskaların əksəriyyəti çənənin altında olur. Ağız-burnunu örtənlər də hər 5-10 dəqiqədən bir maskanı aşağı çəkib çiyər dolusu nəfəs alır və bütün sərnişinlərə çatacaq qədər hava buraxır. Bir sözlə, avtobuslarda vəziyyət acınacaqlıdr. Avtobusların sayının nə qədər çox olduğunu deyə bilmərik. Amma gec-gec və qapısına kimi dolu gəlirlər.

Buna görə də əhali metronun açılmasını dördgözlə gözləyir.

Bəs metronun sentyabrın 1-dən açılma ehtimalı varmı?

Hazırlıqla bağlı quruma tapşırıq verilbmi?

AZXEBER.COM xəbər verir ki, Lent.az -ın mövzu ilə bağlı sualına cavab olaraq "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov metronun açılması ilə bağlı qərarın quruma aid olmadığını xatırladıb.

Əlavə edib ki, bu günə hələ ki heç nə deyilməyib: "Metroda iş elə qurulub ki, adi rejimdə hərəkəti təmin etmək üçün bütün infrastruktur hazır vəziyyətdə saxlanılır.

Adi iş rejimi üçün məcburiyyət yaransa, metronun bir gün ərzində fəaliyyətə başlamasında problem olmaz. Təbii ki, daha rahat işi təmin etmək üçün adi iş rejimi qaydasında 2-3 gün əvvəl olsa, hər şeyi rahat təmin etmək olur. Çünki metroda müəyyən təlimat və digər normativ tələblərin, texniki-istismar qaydalarının şərtlərinə uyğun əmrlər, tapşırıqlar verilir. Lakin yenə də deyirəm ki, adi iş rejiminə metro hazır saxlanılır”.

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov isə suala cavab olaraq deyib ki, bu barədə məlumatı yoxdur.

Son xəbərlər

SEPAH yeni Hörmüz marşrutundan istifadə edən gəmiləri hədəf alacağı ilə hədələyir

İlham Əliyev sloveniyalı həmkarını təbrik edib

Səbinə Əliyeva: "Güclü audit sistemi korrupsiya risklərinin azaldılmasına töhfə verir"

Milli Məclis "Toxumçuluq haqqında" qanun layihəsini müzakirə edir

Aşura günü ilə əlaqədar Təzəpir məscidində qanvermə aksiyası keçirilir

Venesuelada dağıdıcı zəlzələ itkilərə və dağıntılara səbəb olub - YENİLƏNİB

Dünya çempionatı: İsveçrə millisi Kanadaya qalib gəlib

DÇ-2026: Bosniya və Herseqovina millisi Qətərə qalib gəlib

Yurdun səsi Göygöldən dünyaya səsləndi - FOTOLAR

“El Calor en Baku” Beynəlxalq Tanqo Festivalı yekunlaşıb - FOTOLAR

Yəməndə avtomobildə baş verən partlayış nəticəsində jurnalist həlak olub

Bu gün Aşuradır

Vəkil qızının ölümündə xəstəxananı ittiham etdi

Mourinyunun "Real Madrid" planı bəlli oldu

Moldova ilə birləşmə haqqında qanun layihəsini təsdiqlədilər

Vahid Çəmənlinin 70 illik yubileyi və yeni işıq üzü görmüş " SƏNSİZ KEÇƏN ÖMÜR" KİTABININ təqdimatı keçiriləcək

"Sosial həyatım da olub, telefon da istifadə etmişəm" - Ölkə birincisi

Premyer Liqanın ən bahalı transferi ola bilər

“Bu səhvim məni 700 baldan ayırdı” - Ölkə birincisi

Şəhid övladları yüksək bal topladı

Kaliforniyada 5.6 maqnitudalı zəlzələ baş verdi

Günün səbəbkarlarını - Tanıyaq!+Fotolar

Mask COVID-19-un yaradılmasında onları günahlandırdı

"İran çox böyük güzəştlərə gedir" - Tramp

Bu gün altı mindən çox müəllim sertifikasiya imtahanı verib

“Yeraltı”dan ayrıldı

7 ildir münasibətdə olan məşhur cütlük evlənir - FOTOLAR

Modellikdən sonra filmə çəkilir...

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930