Xəbərlər
27.05.2026, 10:46
Havalansın Xanın sözü - FOTO
Pünhan Şükür,
yazıçı-publisist
Zəngin həyat təcrübəsi ilə örnək sayılan Xanoğlan Əsgərov regionda gənclərin fərdi inkişafına dəstək vermək və onların potensialını reallaşdırmaq məqsədilə keçirilən layihələrə qoşulur, gəncləri ictimai proseslərdə daha fəal mövqe nümayiş etdirməyə çağırır. Təsadüfi deyildir ki, dəfələrlə rayonun təhsil və mədəniyyət müəssisələrində onun həyat və yaradıcılığına həsr olunmuş bədii gecələr keçirilib. Ziyalıların, pedaqoji kollektivlərin, şagird və valideynlərin iştirak etdikləri həmin görüşlər yeniyetmə və gənclərin bədii yaradıçılıqlarını inkişaf etdirmək, onların bu istiqamətdə meyl və bacarıqlarını artırmaq baxımından böyük əhəmiyyət daşıyıb. Bu qəbildən olan tədbirlərdə iştirakçılara yazıçı-şair Xanoğlan müəllimin həyat və yaradıcılığını əks etdirən videoçaxrlar nümayiş olunub, şagirdlər onun müəllifi olduğu kitablardan şeirlər səsləndiriblər. Xanoğlan Əsgərovun özünün tələbəlik illəri, yaradıcılıq yolu haqqında verdiyi ətraflı məlumatlar, suallara verdiyi cavablar, sözün gücü, ədəbiyyatın insan düşüncəsinə və mənəvi dünyasına təsiri barədə söylədiyi fikirlər şagirdlərdə böyük maraq doğurub. Diqqətəlayiq haldır ki, həmin görüşlərə Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən video görüntülü bağlantı quraraq öz ürək sözlərini bildirən ədəbiyyatsevərlər də çox olmuşdur.
"Qızıl qələm" mükafatı laureatı, "Ən yaxşı vətənpərvər şair" qızıl medalına layiq görülmüş Xanoğlan Əsgərov 10-dan çox kitabın müəllifidir və əsərləri müxtəlif ölkələrdə nəşr olunmuşdur. Yaradıcılığında Azərbaycan torpağının gözəlliklərini, xalqımızın tarixini və müasir dövrün aktual məsələlərini əks etdirən şair qələminin məhsullarını oxuculara əsasən “Xan” təxəllüsü ilə təqdim edir. Xanın poeziyasında sevgi motivli şeirlər xüsusi çəki təşkil edir. Gənclik illərində olduğu kimi, indi də pak, ülvi məhəbbətdən yazan Xanoğlan müəllim qəlbində sevgiyə möhtəşəm abidə qurmuşdur.
Tikmişəm qəlbimdə sevgimizə ev,
Üzü Kəbəyədi, çox yaraşıqlı.
Gördüyün evlərdən çox təm-tərağlı,
Bəzəyin-düzəyin səndən almışam,
Onu sevgimizlə naxışlamışam,
Bu evdə sevginlə birgə qalıram.
Yaradıcılığında milli-mənəvi dəyərlərə sadiqliyi xüsusi diqqət çəkən Xanoğlan Əsgərov şeirlərində İslam dininin müqəddəs ünvanlarına istinad etməklə, Azərbaycan poeziyasının klassiklərindən Nizami Gəncəvinin, Məhəmməd Füzulinin yolunu davam etdirir desək, yanılmarıq:
Sevgi müqəddəsdir, sevgi ocaqdir,
Sevgi bir dünyadir, sevgi dənizdir.
Sevgi bir hikmətdir, qəlbə hakimdir,
Qoruyaq biz onu, qayğısın cəkək,
Gəl gedək Kəbəyə, orda and icək.
Nizami Gəncəvinin əsasını qoyduğu, Füzulinin ana dilində yaşatdığı şah əsəri sonrakı şairlərə (xüsusilə Azərbaycan, türk və fars ədəbiyyatlarına) güclü emosional təsir göstərmiş, aşiqin ilahi eşq uğrunda cəmiyyət və dini qadağalarla qarşıdurmasını ədəbiyyatın mərkəzi mövzusuna çevirmişdir. "Leyli və Məcnun" dastan-poemasının nakam qəhrəmanlarının həsrət və iztirabları Xanoğlan Əsgərovu da ovsunlamışdır:
Olma daha gileyli,
Hec kimə salma meyli,
Sənin Məcnunun mənəm,
Sev sən məni, ol Leyli.
Səni mən cox sevirəm,
Söylə, buna sözün nə?..
Azərbaycan poeziyasında gəlin obrazı milli-mənəvi dəyərlərin, ismətin, vəfanın və ailə ocağının qoruyucusu kimi tərənnüm edilir. Əsrlər boyu şifahi xalq ədəbiyyatından tutmuş klassik və müasir poeziyaya qədər bu obraz əzmkarlıq və gözəllik rəmzi olaraq qırmızı rəngli geyimi və bəzək əşyaları ilə təsvir olunub. Müasir poeziyada "Azərbaycan gəlini" anlayışı təkcə ailə qurumu deyil, həm də milli kimliyi, torpağa və kökə bağlılığı ifadə edən geniş bədii ifadəyə çevrilmişdir. Şairlərin yaradıcılığında bu obraz müqəddəs ana, el-obanı birləşdirən qüvvə kimi çıxış edir. Gənc nəslin Azərbaycan xalqının dəyər verdiyi mental-əxlaqi normalara sədaqətli qalması Xanın da nəzm üslubu ilə gəncliyə ünvanladığı nəsihətlərində mühüm yer tutur. Şair təzə ailə qurmuş Azərbaycan gəlinlərinə ithaf etdiyi “Bax, sən belə ol, ay gəlin” adlı şeirində yazır:
Gəldiyin ev öz evindir,
Abir-həya zinətindir,
Təmizliyin qüdrətindir,
Sadəliyin hörmətindir,
Sən bunları hec unutma,
Namus-qeyrət şərəfindir.
Xanim gəlin, gözəl gəlin,
Budur sənə nəsiətim:
Bax, sən belə ol, ay gəlin.
Xanın nəzmə çəkdiyi məhəbbət safdır, həyalıdır:
Səndən hec nə sormayacam,
Gizlin-gizlin xəlvət-xəlvət
Gözlərinə hey baxacam,
Girib sənin ürəyinə
Qəlb evində gizlənəcəm,
Daha səni yormayacam.
Sədaqətlidir, vəfalıdır:
Səndən hec vaxt doymayacam,
Bir kimsəyə baxmayacam.
Girib sənin ürəyinə
Ömrün -günün mən olacam,
Daha səni yormayacam.
Yorucu deyil, küsdürücü deyil:
Küsdürsəndə küsməyəcəm,
Qovsan belə getməyəcəm.
Ağlayacam, sizlayacam,
Uşaq təki qucaqlayib
Siğallasan ovunacam,
Daha səni yormayacam.
Zərifdir, naz çəkəndir:
Ürəyində mən gəzəcəm,
Hər nazina bil dözəcəm.
Telinə siğal cəkəcəm,
Səni gül tək qoxuyacam,
Sevmə desən mən sevəcəm,
Daha səni yormayacam.
Qoruyucu mələkdir:
Başın üstə dolanacam,
Laylanı özüm calacam,
Şirin yuxun mən olacam,
Mən səninlə birgə olub,
Səni özüm qoruyacam,
Daha səni yormayacam.
Elə mən də daha oxucunu yormaq fikrində deyiləm, əksinə, yorğunluğunu çıxarmaq üçün Xanoğlan Əsgərovu oxumağı məsləhət görürəm. Əminəm ki, Xanın şeirləri onun qələminin gücünə çoxdan bələd olanlara bədii-estetik zövq verdiyi kimi, imzası ilə bundan sonra tanış olanları da özünün əsrarəngiz, həm müdrik, həm də bir az havalı poeziya aləminə aparacaq.
yazıçı-publisist
Çoxsaylı ziyalılar, dövlət və mədəniyyət xadimləri, döyüş və əmək qəhrəmanları yetişdirən Surra kəndinin adını Sabirabad rayonunun “Şərəf Kitabı”na yazdıran şəxsiyyətlərindən biri də yazıçı-şair Xanoğlan Əsgərovdur. Sabirabad ictimaiyyəti Xanoğlan Əsgərovun həm bir insan materialı kimi şəxsi keyfiyyətlərini, həm müəllim kimi pedaqoji fəaliyyətini, həm də ədib kimi yaradıcılığını çox yüksək qiymətləndirir.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay