Turaztv.az » Xəbərlər » Ağcabədidə ev yanıb, bir nəfər ölüb
Xəbərlər

Ağcabədidə ev yanıb, bir nəfər ölüb

24.04.2026, 09:30 69
Ağcabədidə ev yanıb, bir nəfər ölüb

Ağcabədidə 3 otaqlı ev yanıb, bir nəfər ölüb.

FHN-in mətbuat xidmətindən verilən məlumata görə, rayonunun Yuxarı Qiyaməddinli kəndində ümumi sahəsi 200 m² olan üçotaqlı evin və evə bitişik, sahəsi 117 m² olan talvarın yanar konstruksiyaları yanıb.

Yanğının kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Oxşar xəbərlər