Xəbərlər
18.04.2026, 22:15
LİLPAR CƏMŞİDQIZI : QƏZƏL
Görünsə Yar üfüqdən, əlim çırağa dəyməz,
Çıxarsa ox yayından gedər, qırağa dəyməz.
Başımda zülmətimdən çətir tutubdu zülfüm,
Əsərsə meh səmadən, telim darağa dəyməz.
Köz olmasam, ey afət, ocaqda yanmaq olmur,
Danışmasam, lal olsam, sözüm dodağa dəyməz.
Bəraət istəyənlər, həqiqət axtarıbdır,
Cinayət etməyən kəs, susar, yarağa dəyməz.
Vida edərsə dilbər, sızıladamaq əbəsdir,
Ufuldasan, ey aşiq, qəmin fərağa dəyməz.
Fələk gələndə yerdən itirdiyin götürməz,
Seçər zərin tilasın, baxar çolağa, dəyməz.
Ömür sürəndə insan, olur cahanda mehman,
Fələklə birdi dövran, yıxar, qonağa dəyməz.
Uçub dağılsa dünya, diz üstə çöksə dağlar,
Yerin qatında çağlar, axan bulağa dəyməz.
Ömür yolunda, Lilpar, yorulmasan tükənməz,
Güc almasan sözündən qələm varağa dəyməz.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay