Xəbərlər
29.03.2026, 12:34
ƏZİZƏ AĞAHÜSEYNQIZI : Beşikdən ətalı Gülxara xanım - FOTO
GÜLXARA XANIM
Uzun müddət Beyləqan rayonu Dünyamallar kənd orta məktəbinin direktoru işləmiş, alman dili müəllimi, əziz həmyerlim, qohumum Gülxara müəllimin (Niftalıyevanın) doğum gününə sevgilərimlə..
Məleykə ananın zəhmətkeş qızı,
Röyası butalı Gülxara xanım.
Sənsən Yaradanın gözəl əsəri,
Beşikdən ətalı Gülxara xanım.
İllər bəzək vurdu qoyulan ada,
Görüm çəkməyəsən nə dərd, nə qada.
Yaxına, doğmaya, qohuma, yada,
Mehriban, vəfalı Gülxara xanım.
Elmin yollarında saç ağartdın, saç,
Yeri zirvələrə, yeni yollar aç,
Neçə şagirdinin başındakı tac,
Baxçası səfalı Gülxara xanım.
Nəsil - nəcabətin uludan ulu,
Tomris qeyrətlisən, hünərlə dolu,
Kövrək arzuların bahar yuxulu,
Baxışı şəfalı Gülxara xanım..
Röyası butalı Gülxara xanım..
Röyası butalı Gülxara xanım.
Sənsən Yaradanın gözəl əsəri,
Beşikdən ətalı Gülxara xanım.
İllər bəzək vurdu qoyulan ada,
Görüm çəkməyəsən nə dərd, nə qada.
Yaxına, doğmaya, qohuma, yada,
Mehriban, vəfalı Gülxara xanım.
Elmin yollarında saç ağartdın, saç,
Yeri zirvələrə, yeni yollar aç,
Neçə şagirdinin başındakı tac,
Baxçası səfalı Gülxara xanım.
Nəsil - nəcabətin uludan ulu,
Tomris qeyrətlisən, hünərlə dolu,
Kövrək arzuların bahar yuxulu,
Baxışı şəfalı Gülxara xanım..
Röyası butalı Gülxara xanım..
27.03.2026.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay



