Xəbərlər
31.01.2026, 19:39
Həmişə, hər yerdən xoş gəlsin səsin, Yasəmən xanım - FOTO
Əzizə Ağahüseynqızı
YASƏMƏN XANIM
Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Beynəlxalq sülh səfiri Yasəmən Möhubbətqızının doğum gününə...
Qəlbimə yağırsan sədaqətinlə,
Konlümdə qalırsan ülviyyətinlə,
Qələmə axırsan məhəbbətinlə,
Yasəmən xanım.
Təbəssüm gül açar yanaqlarında,
Ürəyə məlhəmdi qınaqların da,
Müşküllər əriyər sınaqlarında,
Yasəmən xanım.
Həyat yollarında təkcə yürüdün,
Pisliyi ömürdən silib, kürüdün,
Buludtək kövrəldin, yağdın, kiridin,
Yasəmən xanım.
Şeş qoşa düşməyən qoşa zərinlə,
Mücrü ürəyində küskün pərinlə,
Balalar böyütdûn alın tərinlə,
Yasəmən xanım.
Həyat bir cəbrdir, məlum, həllidir,
Cahan yaranışdan iki əllidir,
Dünyanın hər işi sənə bəllidir,
Yasəmən xanım.
Əzizə söz qoşub, şeir söyləsin,
Yalanı, yamanı vurub teyləsin.
Həmişə, hər yerdən xoş gəlsin səsin,
Yasəmən xanım.
Konlümdə qalırsan ülviyyətinlə,
Qələmə axırsan məhəbbətinlə,
Yasəmən xanım.
Təbəssüm gül açar yanaqlarında,
Ürəyə məlhəmdi qınaqların da,
Müşküllər əriyər sınaqlarında,
Yasəmən xanım.
Həyat yollarında təkcə yürüdün,
Pisliyi ömürdən silib, kürüdün,
Buludtək kövrəldin, yağdın, kiridin,
Yasəmən xanım.
Şeş qoşa düşməyən qoşa zərinlə,
Mücrü ürəyində küskün pərinlə,
Balalar böyütdûn alın tərinlə,
Yasəmən xanım.
Həyat bir cəbrdir, məlum, həllidir,
Cahan yaranışdan iki əllidir,
Dünyanın hər işi sənə bəllidir,
Yasəmən xanım.
Əzizə söz qoşub, şeir söyləsin,
Yalanı, yamanı vurub teyləsin.
Həmişə, hər yerdən xoş gəlsin səsin,
Yasəmən xanım.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













