Xəbərlər
15.03.2026, 14:05
SEVİNC YUNUSLU : Bəlkə bu dünyada səndən küsən var.. - FOTO
Getdin gedişinlə dünya uçmadı
Xoşbəxtlik adında röyadan çıxdım..
Sən məni sevəndə özüm kimiydim
Mən səni sevəndən dünyadan çıxdım..
Getdin nərgizlərin gözləri doldu
Heç nə dəyişmədi gedişin ilə..
Məni qorxutmatdı nə həsrət, nə qəm-
Dost idim dünyanın gərdişi ilə..
Nərgizlər gülürdü gülüşlərinlə
Bütün dəliliyim sənin üçündü.
İndi sinəm üstən axan yaşların
Hamısı gözlərin, əlin üçündü..
Həyat da beləymiş, qarşı masanın
Bayaq boşluğuna içəsi oldum..
Səninlə sevinib getdiyim yolu
Az öncə tək- tənha gedəsi oldum..
İlahi , sən gördün bu gecə necə,
Söykəndim divara, gözəl ağladım.
Açdım pəncərəni Xəzərə baxdım
Gecədən sübhəcən Xəzər ağladı..
Qolumda uyudu yastığın , çayın,
Xəyalın sübhəcən keşiyim oldu..
Bu küçə , bu otaq mənə yad idi ,
Niyə bu yad yataq beşiyim oldu?
Ağrısı dayanmır sol tərəfimin
Hara dönürəmsə orda bir Sən var
İlahi, arada dönüb yerə bax
Bəlkə bu dünyada səndən küsən var..
Nərgizlər gülürdü gülüşlərinlə
Nərgiz gözlərində yuyuldu adın..
Hamının sevimli şairi idi
Hər gecə dərdindən ölən o qadın..
Xoşbəxtlik adında röyadan çıxdım..
Sən məni sevəndə özüm kimiydim
Mən səni sevəndən dünyadan çıxdım..
Getdin nərgizlərin gözləri doldu
Heç nə dəyişmədi gedişin ilə..
Məni qorxutmatdı nə həsrət, nə qəm-
Dost idim dünyanın gərdişi ilə..
Nərgizlər gülürdü gülüşlərinlə
Bütün dəliliyim sənin üçündü.
İndi sinəm üstən axan yaşların
Hamısı gözlərin, əlin üçündü..
Həyat da beləymiş, qarşı masanın
Bayaq boşluğuna içəsi oldum..
Səninlə sevinib getdiyim yolu
Az öncə tək- tənha gedəsi oldum..
İlahi , sən gördün bu gecə necə,
Söykəndim divara, gözəl ağladım.
Açdım pəncərəni Xəzərə baxdım
Gecədən sübhəcən Xəzər ağladı..
Qolumda uyudu yastığın , çayın,
Xəyalın sübhəcən keşiyim oldu..
Bu küçə , bu otaq mənə yad idi ,
Niyə bu yad yataq beşiyim oldu?
Ağrısı dayanmır sol tərəfimin
Hara dönürəmsə orda bir Sən var
İlahi, arada dönüb yerə bax
Bəlkə bu dünyada səndən küsən var..
Nərgizlər gülürdü gülüşlərinlə
Nərgiz gözlərində yuyuldu adın..
Hamının sevimli şairi idi
Hər gecə dərdindən ölən o qadın..
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













