Xəbərlər
11.03.2026, 01:13
Pezeşkian Putinə zəng etdi
İran Prezidenti Məsud Pezeşkyan rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı zamanı göstərdiyi dəstəyə görə Rusiyaya təşəkkür edib.
"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Pezeşkyan ABŞ və İsrailin İranın mülki infrastrukturunu hədəf alması barədə Putinə məlumat verib və beynəlxalq birliyi bu addımları pisləməyə çağırıb.
Rusiya lideri öz növbəsində İrana qarşı hərbi kampanıyanş rədd etdiyini bildirib və bölgədə münaqişənin tezliklə dayandırılması üçün hər cür dəstəyi verməyə hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, bu, son bir həftə ərzində iki lider arasında baş tutan ikinci telefon danışığıdır. Tərəflər Yaxın Şərqdəki vəziyyəti və fevralın 28-dən bəri davam edən, Ali Lider Əli Xameneinin ölümü ilə nəticələnən hərbi əməliyyatların yekunlaşmasının yollarını müzakirə ediblər

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay