İran hakimiyyətində hərc-mərclik – müəyyən edilməyən ali rəhbərlik - ŞƏRH


İranın Azərbaycanın Naxçıvan bölgəsinə dron hücumu Tehran hakimiyyətində hərc-mərclik olduğunu da ifşa etdi.

İslam Respublikasını idarə edənlər, rəsmilər bütün çıxış və danışıqlarda rejimi vahid komanda kimi təqdim etməyə çalışsalar da, rejim daxilində yekdilliyin olmamasını Prezident Məsud Pezeşkianın çıxışlarından da sezmək mümkündür. O, yenicə prezident seçiləndən sonra "işləməyə imkan vermirlər" ismarışını vermişdi.

Martın 5-də Azərbaycana dron hücumları ilə bağlı İran xarici işlər nazirinin müavini Kazem Qəribabadiyə sual verilib. O, hadisədən xəbərsiz olduğunu bildirib.

Məlum terror hücumundan sonra Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla onun iranlı həmkarı Abbas Əraqçi arasındakı telefon danışığı zamanı Tehran təmsilçisinin cavabı da İslam Respublikasında qarmaqarışıqlığa örnək sayıla bilər.

İran XİN başçısı Azərbaycan Respublikası ilə münasibətlərdə yaxşı qonşuluq siyasətinə sadiq qaldıqlarını vurğulayaraq İranın Azərbaycanla bütün sahələrdə əlaqələrin genişləndirilməsində maraqlı olduğunu bildirib. Bunun ardınca özü-özünü təkzib edib. Əvvəlcə İran tərəfindən belə bir hadisənin törədilmədiyini əminliklə deyib. Sonra məsələyə dair "zəruri araşdırma və təhqiqat tədbirləri aparıldığını" söyləyib.

ABŞ və İsrailin hərbi əməliyyatı ilə hakimiyyətdə artan dağınıqlıq orduya, Sepaha, bəsiciyə də sirayət edib. Hökumətlə başqa qüvvələr arasında mövcud qarşıdurma dərinləşməkdədir. Prezident, ali məhkəmənin sədri və nəzarət şurasının üzvündən ibarət Rəhbərlik Şurası konstitusiyaya əsasən yeni Ali Rəhbərlik və ali rəhbərin müəyyənləşməsi ilə bağlı ortaq mövqeyə gələ bilmirlər.

Keçmiş ali rəhbər ayətullah Seyid Əli Xamənei öldürüləndən bir gün sonra müvəqqəti ali rəhbər təyin olunmuş Əlirza Ərafidən xəbər yoxdur. Ölkənin idarə edilməsi prosesində, demək olar ki, görünmür. Belə zənn edilirdi ki, ali rəhbər o olacaq. Ancaq Xaməneinin oğlu Müctəba Xaməneinin təyinatı ilə bağlı ziddiyyətli xəbərlər dolaşmaqdadır. Gah onun təyin olunduğunu, gah da onun göstəricilərinin ali rəhbər vəzifəsinə uyğun gəlmədiyini bildirirlər.

Müqayisə üçün bildirək ki, 1989-cu il iyunun 4-də Ruhullah Xomeyni öldüyü gün ayətullah olmadığı halda Xamənei bu vəzifəyə müvəqqəti olaraq təyin edilmiş, bu kresloda 37 ildən artıq oturmuş, dövləti idarə etmişdi.

Hakimiyyətdaxili didişmələr müvəqqəti ali rəhbərin belə öz səlahiyyətlərini icra etməsinə mane olur.

Məlumatlara əsasən, İran silahlı qüvvələrində xidmət edən hərbçilər ordu sıralarını tərk edirlər. İran ordusunda xidmət edən azərbaycanlı hərbçilərin də ordu sıralarını tərk etmələri barədə xəbərlər yayılıb.

Martın 5-də ABŞ və İsrail birliyi Təbriz şəhəri yaxınlığında İran İnqilab Keşikçiləri Qvardiyasının "Aşura diviziyası"nı hava hücumu nəticəsində sıradan çıxarıb.

31-ci "Aşura diviziyası" Sepahın Quru Qoşunlarının piyada diviziyasıdır. Onun komandanlıq qərargahı Təbriz şəhərində yerləşir. Bu hərbi birləşmə İran-İraq müharibəsi zamanı yaradılıb. O, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Zəncan və Ərdəbil əyalətlərinə nəzarət edir. Onun başçısı ikinci briqada generalı Əlirza Mədənidir.

"Aşura diviziyası"nın qərargahı vurulduqdan sonra mərkəzi hakimiyyətə inamsızlıq daha da artıb. Yerli sakinlər hakimiyyət nümayəndələri, habelə asayiş keşikçilərinin kütləvi şəkildə xidməti vəzifələrinin icrasından imtina etdiklərini bildiriblər.

İranın İraqla sərhədində isə müxtəlif silahlı qruplar fəallaşıb. Hakimiyyət həmin ərazilərə nəzarəti itirir.

Ali rəhbərlikdən başlayan başıpozuqluq yerlərə qədər davam edir. Bu prosesin bir müddət sonra İranda genişmiqyaslı xaosa çevriləcəyini ehtimal etməyə əsas var.

Bunlar İrandakı vəziyyətə dair bir mənzərədir.

Sepahın yaratdığı bu vəziyyət İslam Respublikasının aqibətinə problem yaradır. Bu silahlı qüvvə daha çox terrorçuluq fəaliyyəti ilə diqqət çəkir. Naxçıvana hücum da teraktdır. Onu Sepahın təşkil etdiyi istisna edilmir. Çünki onlar daim Azərbaycan dövlətinə və dövlətçiliyinə qarşı fəaliyyət göstərir, bu istiqamətdə proksilər, hibridlər hazırlayırlar.

Hakimiyyətdaxili qarışıqlıq nəticəsində Sepahın əməllərindən Xarici İşlər Nazirliyi və başqaları xəbərsiz olurlar. Bu silahlı qruplaşmanı inqilabın ilk günlərində Ruhullah Xomeyinin tərəfdarları, "xətte-imami"lər yaradıb. Yəni inqilabın törəməsidir. Bir zamanlar inqilabın uğuru sayılanlar isə sıradan çıxır. Görünür, növbədə Sepahdır.(Report)

Son xəbərlər

Prezidentlə ailəsi İslam Səfərli küçəsinin açılışında - Fotolar

Rusiyada helikopterin sərt enişi zamanı 10 nəfər yaralanıb

Kütləvi məzarlıqlar və mina terroru: Ermənistan beynəlxalq öhdəliklərini yerinə yetirmir - ŞƏRH

Emin Əmrullayev Qaxda vətəndaşları qəbul edəcək

Bankların adından kiberdələduzluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

Prezidentin köməkçisi: Qafqaz regionunda yeni status-kvo formalaşır

Sabirabadda Kür çayı məcrasından çıxıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

Əraqçi: ABŞ-nin Yaxın Şərqdəki faktiki hərbi xərcləri rəsmi rəqəmləri əhəmiyyətli dərəcədə üstələyir

Dövlət vəsaitindən təyinatı üzrə istifadə etməmə cinayət sayılacaq

Ədalət Fərəcov 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilib

Ölkədə bu ənənə ləğv EDİLİR?

Estetiklə Pınar Altuğa bənzədi - FOTO

Məşhur aktyor borc batağında

Devrim onunla sevgilidir? - Foto

Mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Konvensiya dəyişikliklər ratifikasiya olunub

İcbari Sığorta Bürosu: Birinci rübdə 139 min manat kompensasiya ödənilib

Milli Məclis Avropa Parlamenti ilə bağlı qərar qəbul edəcək

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Əhməd İsmayılov: Dövlət-media-cəmiyyət vəhdəti istənilən qlobal çağırışın öhdəsindən gəlməyə imkan verir

Azərbaycan nefti cüzi ucuzlaşıb

"Sabah" son 18 mövsümdə Azərbaycanda ilk çempionluğunu yaşayan yeganə komandadır

Qazaxıstanın Nəqliyyat Nazirliyi AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqı davam etdirir

Avropa Liqası: "Nottingem" və "Braqa" qələbə qazanıb

Konfrans Liqası: "Rayo Valyekano" qalib gəlib, "Şaxtyor" məğlub olub

FIFA prezidenti: İran 2026-cı il Dünya Kubokunda iştirak edəcək

“Bu, hərbi əməliyyatların genişləndirilməsidir”

Quql “Qarderob” funksiyasını təqdim edəcək

Bütün xəbərlər
«    May 2026    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031