
Xəbərlər
26.02.2026, 00:03
Müəllifi: Natella Nur : Xocalı Soyqırımı - FOTO
Od tutdu Xocalı, alışdı- yandı,
Hey kömək istədi, haraylar saldı.
Qaranlıq gecədə şaxtalı qışda,
Ayaqyalın qar üstündə qaçanda.
Atəş açdı rus, erməni əsgəri,
Unutdular insanlığı, dəyəri.
Kəsildi qaçanın ayağı, qolu,
Al qana büründü Xocalı yolu.
Bətnində körpəsi olan ananın,
Qorxudan ağlayan neçə uşağın,
Çox ağlayıb, imdad edən qocanın,
Ovdular gözlərin, kəsdilər başın.
Bu halı görəndə, yer- göy sızladı,
Ay dözmədi, o, hönkürüb ağladı.
Ulduzlar söndü, dünya qaraldı.
Xocalı fəryadı ərşə ucaldı.
Düşmənlər birləşib, girmişdi bəhsə,
Soyqırım edərək gəlmiş həvəsə.
Nə qədər ağırdır millətin daşı,
Gör nələr çəkibdir illərcə başı
Hey kömək istədi, haraylar saldı.
Qaranlıq gecədə şaxtalı qışda,
Ayaqyalın qar üstündə qaçanda.
Atəş açdı rus, erməni əsgəri,
Unutdular insanlığı, dəyəri.
Kəsildi qaçanın ayağı, qolu,
Al qana büründü Xocalı yolu.
Bətnində körpəsi olan ananın,
Qorxudan ağlayan neçə uşağın,
Çox ağlayıb, imdad edən qocanın,
Ovdular gözlərin, kəsdilər başın.
Bu halı görəndə, yer- göy sızladı,
Ay dözmədi, o, hönkürüb ağladı.
Ulduzlar söndü, dünya qaraldı.
Xocalı fəryadı ərşə ucaldı.
Düşmənlər birləşib, girmişdi bəhsə,
Soyqırım edərək gəlmiş həvəsə.
Nə qədər ağırdır millətin daşı,
Gör nələr çəkibdir illərcə başı
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay












