Xəbərlər
12.04.2026, 06:55
VAQİF VÜQAR : Ruhunuzu öyrətməyin qəribliyə...
Mən olmasam da,
siz varsınız
şeirlərim.
Sizi səpib gedirəm
xış çəkdiyim zəmilərə,
Yerə, göyə,
Ot bitirməz səhralara.
Donuq adamlardan
uzaq durun,
Bir mömünin duaları tək
nur paylayın,
Dərd anlayıb,
söz qanana.
Bir baharın seli kimi
coşub,daşın
kürsü edin
Tanrı quran abidəni.
Dan yerindən seyr eləyin,
Günəş doğan
səhərləri.
Min ehtiyac içində
yaşasam da,
Sizə baxıb qürur duydum.
Paxıl,xəbis bəndələrin
qəzəbinə tuş gəlsək də
büdrəmədik,
Biz yeridik zaman üstə.
Təpəgözlü div adamlar,
qarşınıza çıxacaqdır
addımbaşı.
Bu yol elə köhnə yoldur
şərdən qalan.
Sevin yaxşıları,
məndən salam aparıb siz.
Bu da sonuncu tövsiyyəm,
Ruhunuzu öyrətməyin
qəribliyə...
siz varsınız
şeirlərim.
Sizi səpib gedirəm
xış çəkdiyim zəmilərə,
Yerə, göyə,
Ot bitirməz səhralara.
Donuq adamlardan
uzaq durun,
Bir mömünin duaları tək
nur paylayın,
Dərd anlayıb,
söz qanana.
Bir baharın seli kimi
coşub,daşın
kürsü edin
Tanrı quran abidəni.
Dan yerindən seyr eləyin,
Günəş doğan
səhərləri.
Min ehtiyac içində
yaşasam da,
Sizə baxıb qürur duydum.
Paxıl,xəbis bəndələrin
qəzəbinə tuş gəlsək də
büdrəmədik,
Biz yeridik zaman üstə.
Təpəgözlü div adamlar,
qarşınıza çıxacaqdır
addımbaşı.
Bu yol elə köhnə yoldur
şərdən qalan.
Sevin yaxşıları,
məndən salam aparıb siz.
Bu da sonuncu tövsiyyəm,
Ruhunuzu öyrətməyin
qəribliyə...
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay














