Turaztv.az » Xəbərlər » Hikmət Hacıyev Andrea Corao Faria ilə görüşdü
Xəbərlər

Hikmət Hacıyev Andrea Corao Faria ilə görüşdü

18.04.2026, 12:41 97
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində Venesuelanın xarici işlər nazirinin müavini Andrea Corao Faria ilə görüşüb.

"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, o bu barədə "X" sosial media hesabında yazıb.

Qeyd olunub ki, görüş zamanı Azərbaycan–Venesuela münasibətləri və ikitərəfli əməkdaşlığın daha da gücləndirilməsi imkanları üzrə məhsuldar fikir mübadiləsi aparılıb.

Oxşar xəbərlər