Xəbərlər
30.11.2025, 23:51
Dağıstanda naməlum şəxs bıçaqla polis əməkdaşlarına hücum edib
Dağıstanın Respublikasının Dərbənd rayonundakı nəzarət-buraxılış məntəqəsində naməlum şəxs bıçaqla polis əməkdaşlarına hücum edib.
Turaztv.az APA-ya istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə polis əməkdaşları silahdan istifadə edərək hücum edən şəxsi zərərsizləşdirib.
"Təxminən saat 21:00-da Dağıstan Respublikasının Dərbənd rayonundakı Cemikentski nəzarət-buraxılış məntəqəsində xidmət aparan polis əməkdaşlarına bıçaqla silahlanmış naməlum şəxs hücum edib. Polis haqqında federal qanuna uyğun olaraq, avtomatik odlu silahlardan istifadə edilib. Hücum edən şəxs ölümcül yaralanıb", - məlumatda bildirilir.
Polis əməkdaşları arasında xəsarət alan olmayıb. Hadisənin səbəbləri araşdırılır və bir sıra əməliyyat tədbirləri görülür.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay