UNESCO-ya üzv dövlətlər neyrotexnologiyaların etik aspektlərinə dair ilk qlobal normativ sənədin qəbul edilməsi istiqamətində son addımı atıb. Noyabrın 12-də qüvvəyə minəcək tövsiyə neyrotexnologiyaların insan hüquqlarına hörmət prinsipini qorumaqla ən çox ehtiyacı olanlara fayda verməsini təmin etmək üçün vacib təminatları müəyyənləşdirir.

UNESCO-nun bəyanatına görə, bu normativ sənədin qəbul edilməsi hərtərəfli bir prosesin başa çatmasını göstərir və təşkilatın 2018-ci ildə başlayan süni intellektin etik aspektləri üzrə işi ilə sıx bağlıdır.

“Neyrotexnologiyalar insan tərəqqisinin yeni bir sərhədini müəyyən etmək potensialına malikdir, lakin onlar risklərlə doludur. UNESCO bu yeni normativ sənədi qəbul etməklə aydın bir çərçivə yaradır və insan zehninin müqəddəsliyi prinsipini təsbit edir. Bu mətn dərin bir inancı əks etdirir: texnoloji tərəqqi yalnız etik prinsiplərə, insan ləyaqətinə hörmətə və gələcək nəsillərə qarşı məsuliyyətə əsaslandığı təqdirdə dəyər qazanır”, - deyə noyabrın 15-də vəzifəsindən ayrılacaq UNESCO-nun Baş direktoru Odri Azuley bildirib.

Neyrotexnologiyalar medianın diqqətini süni intellektdən daha az cəlb etsə də, onunla eyni sürətlə inkişaf edir. UNESCO-nun hesabatına görə, neyrotexnologiyalara investisiya 2014-2021-ci illər arasında 700 faiz (!) artıb.

Bu texnologiyalar sinir sistemi ilə birbaşa qarşılıqlı əlaqədə olub onu ölçmək, modulyasiya etmək və ya stimullaşdırmaq üçün istifadə edilə bilən bir sıra alətlərdir. Neyrotexnologiyalar tibb sahəsində əhəmiyyətli imkanlar təqdim edir, dərin beyin stimulyasiyası, depressiya, Parkinson xəstəliyi kimi pozuntuların və xəstəliklərin simptomlarını yüngülləşdirməyə köməklik göstərir, “beyin-maşın” interfeysləri isə əlilliyi olan insanlara protezləri idarə etməyə, hətta düşüncələrdən istifadə edərək ünsiyyət qurmağa imkan verir.

Tibb sahəsində neyrotexnologiyaların istifadəsi ciddi şəkildə tənzimlənsə də, digər sahələrdə onlar əsasən nizamsız olaraq qalır. Bir çox istehlakçı bu cür texnologiyalardan xəbərsiz istifadə edir - məsələn, ürək döyüntüsünü, stress səviyyələrini və ya yuxunu izləmək üçün neyron məlumatlarından istifadə edən “ağıllı alın lentləri” və ya qulaqlıqlar kimi tanış cihazlar vasitəsilə. Bu dərəcədə yüksək həssas məlumatlar insanın düşüncələrini, emosiyalarını və reaksiyalarını aşkar edə və potensial olaraq onun razılığı olmadan paylaşıla bilər.

UNESCO-nun yeni normativ sənədi hökumətləri neyrotexnologiyaların əlçatan və inklüziv qalmasını və insan zehninin bütövlüyü üçün zəmanətləri təmin etməyə çağırır.

Tövsiyə, həmçinin zehni bütövlüyünün pozulması təhlükəsindən başqa, digər riskləri, xüsusən də beyinləri hələ inkişaf etməkdə olan uşaqlar və gənclər üçün təhlükəni vurğulayır və neyrotexnologiyalardan qeyri-tibbi məqsədlər üçün istifadə etməkdən çəkinməyi tövsiyə edir. Bu texnologiyalardan iş yerində məhsuldarlığı izləmək və ya işçilərin şəxsi profillərini yaratmaq üçün istifadə etməmək barədə də xəbərdarlıq edilir, bunun üçün açıq razılığa və tam şəffaflığa ehtiyac olduğu vurğulanır.

Sənəd davranışa təsir edə və ya asılılığa səbəb ola bilən cihazların daha sərt tənzimlənməsinə, istifadəçilərə aydın və əlçatan məlumatların verilməsinin təmin edilməsinə təcili ehtiyac olduğunu da vurğulayır.

Son xəbərlər

33 yaşlı kişi Qarabağ kanalında batıb

KİV: "Kheibar Shekan" İranın raket arsenalında əsas silahlardan birinə çevrilib

Ordumuzun hərbçisi vəfat etdi

Kolbasa və sosis xərçəng yaradır?

"Yayın kabusu"na qarşı ən təhlükəsiz və səmərəli üsul

"Aerokosmik Modelçilik Festivalı 2026"nın kateqoriyaları açıqlanıb

Pirallahı və Qala qəsəbələrində qaz kəsiləcək

Elatın ruhu yaşadıqca millətin yaddaşı da yaşayır – Şərafəddin İLKİN yazdı

İsveçrədə minlərlə insan vergi verməmək üçün ateist olur

Dünyanın ən uzunömürlü qadınları hansı ölkədə yaşayacaq?

Rusiyaya gedənlərin NƏZƏRİNƏ - Tələblər sərtləşdirilir

ChatGPT-ni psixoloq əvəzinə istifadə etmək TƏHLÜKƏLİDİR

Qəhvə brendinin siması oldu - 20 milyon aldı

Fransa yanğınlarla mübarizə üçün ordudan istifadə etməyə başladı

Məmməd Qədir : Halallığın ver - FOTO

İrana zərbələr bu səbəbdən dayandırılıb

Şərafət Şəfa : Eşqin üzü dönüb, di əlini üz.. - FOTO

Bakıda keçiriləcək dünya çempionatında Azərbaycan güləşçilərinin ilk rəqibləri məlum olub

Eka Sepaşvili: Prezident İlham Əliyevin Almaniyaya səfəri Gürcüstan üçün də yeni imkanlar yaradır

“Həkim dedi ki, sənə sistem vuracağıq, içində nə olduğunu bilmirdim”

Rafael Ağayevdən vəfat edən atası ilə bağlı duyğusal paylaşım - Foto

Emin ayrılmış valideynləri ilə bir arada - FOTOLAR

Araz Ağalarov gənc xanımı ilə "DreamFest”də

“Çılgın Bediş” 25 il sonra qayıdır

Elm, fantastika, şəxsi həyat...

İsti havanın yaratdığı TƏHLÜKƏLƏR - Ürək ritmi pozulur, tromb yaranır

Müxalifətin hakimiyyətə gəlməməsi üçün ölkədə prezident seçkilərini ləğv etdi

Bakıda bu ərazilərdə işığın verilişində fasilə yaranacaq

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031