SMS icazə ilə rayonlara getmək istəyənlər postlardan buraxılmayacaq - RƏSMİ

Yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün 2020-ci il 21 iyun saat 00:00-dan 5 iyul saat 06:00-dək Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş məhdudiyyətlərlə əlaqədar fəaliyyətinə icazə verilmiş qurum və təşkilatlarda işləyən bəzi şəxslərin xidməti vəsiqə, bəzilərinin “icaze.e-gov.az” portalına daxil edilmiş məlumatları, digər şəxslərin isə SMS məlumat əsasında ərzaq və digər gündəlik tələbat mallarının, dərman vasitələrinin alınması, dövlət xidmətlərinin, bank və ya poçt xidmətlərindən istifadə edilməsi zərurəti, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yaşayış yerini və olduğu yeri tərk etmək üçün gündə 1 dəfə olmaqla 2 saat müddətinə icazə verilmişdir.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev Publika.az-a bildirib ki, ötən gün ərzində aparılan müşahidələr göstərir ki, SMS məlumat vasitəsi ilə yaşayış yerini və olduğu yeri tərk etmək üçün 2 saat müddətinə icazə almış bəzi rayon qeydiyyatlı şəxslər icazəni təyinatı üzrə deyil, sərtləşdirilmiş karantin rejimi tətbiq edilməyən ərazilərə getmək üçün alırlar:

"Göstərilənləri nəzərə alaraq, DİN Baş DYP İdarəsi Bakı, Sumqayıt şəhərləri və Abşeran rayonunda yaşayan, lakin respublikanın ayrı-ayrı rayon və şəhərlərində daimi qeydiyyatda olan hərəkət iştirakçılarının diqqətinə çatdırır ki, infeksiyaya yoluxmanın yayılma sürətini nəzərə alaraq, SMS vasitəsi ilə icazə alıb daimi qeydiyyatda olduğu rayonlara getmək istəyən şəxslər həmin inzibati ərazilərin sərhədlərindəki avtomobil yollarında yerləşən karantin postlarından buraxılmayacaqlar.

Xahiş olunur ki, həmin şəxslər karantin postlarının paytaxtdan 50-60 kilometrlik məsafədə yerləşməsini nəzərə alaraq, qeyd olunan istiqamətlərə getməklə əlavə əziyyət çəkməsinlər, eləcə də ölkədə tətbiq edilmiş epidemiya əleyhinə və karantin rejimlərinin pozulmasına görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilməmək üçün digər yollardan istifadə etməklə karantin ərazilərini keçməyə cəhd göstərməsinlər".

Son xəbərlər

BU DA BİR TALE PAYIDIR... - FOTOLAR

Yəmənin Hudeyda şəhəri hava hücumlarına məruz qalıb

"Barselona"nın "Qamper kuboku"ndakı rəqibi bəlli oldu

İranla danışıqlar apardıqlarını bildirdi

“Bəsdirin, öz həyatınızla məşğul olun”

17 il əvvəl ölən müxalifət ldierinə sui-qəsd ediblərmiş - Foto

Yeni layihəsi bəlli oldu

Gəmiylə Yunanıstana qaçacaqmış - Haluk Leventin saxlanılma səbəbi

Ali təhsil pilləsində məzunlara elektron diplomların verilməsinə BAŞLANILDI

Bakıda keçiriləcək güləş üzrə dünya çempionatının medalları

✍ Sevil Azadqızı : SEVGİ RUHUN QİDASI,QƏLBİN NƏFƏSİDİR

Qəzənfər Məsimoğlu : Gedib sülənməsin yad qapılarda - FOTO

“Sihirli Annem”in “Toprak”ı evlənir

Deputat maaşından imtina etdiyini açıqladı

Dövlət Televziyasından narazılıq etdi - "Göstərin də nazir nə iş görüb"

Sakitləşdirici dərman MakSimi xəstəxanalıq etdi

Şəhid anası böyrəyini qızına bağışladı - Fotolar

İllik gəlirlərinin 6 faizi silinə bilər

Smartfonunuz başqa telefonu da enerji ilə təmin edə bilər

Dənizdə niyə ən çox gənclər boğulur? – Onların ən böyük səhvləri bunlardır

Ərdoğan Şavkat Mirziyoyevi COP31-ə dəvət edib

“Space TV”nin bank hesablarına həbs qoyuldu

Doktoranturaya qəbul imtahanının nəticələri açıqlandı

Milli Məclisin deputatı İranda səfərdədir

Cari ilin altı ayında cinayət işləri üzrə icraata xitam verilməsinə dair 355 qərar ləğv olunub

İyul ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

Rusiya Ukraynada silah sərgisinin keçirildiyi poliqona zərbə endirib, ölənlər var

Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031