Oktyabrın 31-də Dünya Şəhərlər Günü qeyd olunur. Hazırda dünya əhalisinin yarısından çoxu şəhərlərdə yaşayır. Bununla əlaqədar Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş müraciətində qeyd edib ki, sürətli urbanizasiya ətraflı düşünülməlidir, yalnız bu halda əhalinin məşğulluğunun və rifahının yaxşılaşdırılmasına nail olmaq mümkündür.

Bu gün planetin bütün sakinlərinin 55 faizi şəhərlərdə yaşayır. 2050-ci ilədək planetin əhalisinin 75 faizi şəhərliyə çevriləcək. Şəhər sakinlərinin sayının sürətli artımı, həmçinin sənayeləşdirilmə sahəsində yeni imkanların açılmasını vəd edir. Lakin bununla yanaşı, bu şəhərlərin əhalisinin həddən artıq olması, qeyri-bərabərliyin artması və ətraf mühitin çirklənməsi ilə nəticələnəcək. Azərbaycanda əhalinin 52,8 faizi şəhərdə, 47,2 faizi isə kənd yerlərində yaşayır.

BMT başçısı öz müraciətində vurğulayıb ki, şəhərliyə çevrilən yeni sakinlərin yaşayış yerinə ehtiyacı olacaq, bu yaşayış yeri isə hələ tikilməlidir: həmçinin tamamilə yeni şəhərlər salınmalıdır. BMT rəhbəri deyib: “Bu, iqlim böhranını adlamağa və dayanıqlı gələcək üçün təməl qurmağa kömək edəcək qərarların işlənib hazırlanması və icrasına yeni nəhəng imkanlar açacaq”.

Dünyanın enerji tələbatının üçdə ikisindən və planetimizi isidən parnik qazları emissiyasının 70 faizdən çoxu şəhərlərin payına düşür. Buna görə də şəhər infrastrukturuna toxunan məsələlərdə, o cümlədən şəhər planlaşdırılması, enerji effektivliliyi, elektrik enerjisi istehsalı və nəqliyyat məsələlərində yaxın onillikdə qəbul edilən qərarlar bəşəriyyətin gələcəyinə müəyyən təsirini göstərəcək.

Antonio Quterreş qeyd edib ki, iqlim dəyişmələrinə qarşı əsas mübarizə məhz şəhərlərdə aparılır. Şəhərlərin planlaşdırılması və inkişafı üzrə çoxlu velosiped yolları və piyada zonaları, yaşıllıqların nəzərdə tutulduğu yeni strategiyaya keçid parnik qazları emissiyasını kəskin şəkildə azaltmağa imkan yaradacaq. Gələcəyin “yaşıl” şəhərlərdə işıqlandırma, isitmə və soyutma qazıntı şəklində çıxarılan yanacaq hesabına deyil, bərpaolunan enerji mənbələri hesabına təmin ediləcək.

“Bizdə artıq aşağıkarbonlu dayanıqlı gələcək yoluna çıxmaqdan ötrü icrası vacib olan bir çox məsələlərin həlli vardır: elektriklə işləyən ictimai nəqliyyatdan tutmuş bərpaolunan enerji mənbələri və tullantılardan sərf edilmənin daha təkmilləşdirilmiş üsullarınadək. Bu qərarlar bütün dünyanın şəhərlərində həyata keçirilir. Onları görmək sevindiricidir, lakin bunların yeni normaya çevrilməsi gərəkdir”, - deyə BMT rəhbərinin müraciətində bildirilir.

BMT-nin Baş katibi qeyd edib ki, şəhərlər intellektual fəaliyyət, ticarət, mədəniyyət, elm, sosial inkişaf və digər sahələrin mərkəzləridir. Dünyada ümumi daxili məhsulun 80 faizindən çoxu şəhərlərin payına düşür. Antonio Quterreş şəhərlərdə yenilikləri hər vasitə ilə təşviq etməyə, bütün sakinlərin maraqlarına cavab verən şəhər inkişafına nail olmağa çağırıb.

Xatırladaq ki, 2016-cı ilin oktyabrında Kiotoda şəhərlərin inkişafı Proqramı - urbanizasiya sahəsində bir növ gündəlikdə duran məsələ olan ekoloji cəhətdən dayanıqlı və firavan şəhərlərin tikintisi və inkişafı strategiyası qəbul edilib.
31 oktyabr – Dünya Şəhərlər Günüdür

BMT-nin bu yaxınlardakı məruzələrinin birində deyilir ki, hazırda ən çox şəhər Şimali Amerikada yerləşir. Orada şəhər sakinləri əhalinin 82 faizini təşkil edir. Ən az şəhər sakinləri hələ ki, Afrika və Asiyadadır. Lakin artıq 2030-cu ilədək Afrika əhalisinin 47 faizi və Asiya əhalisinin 56 faizi şəhərlərdə yaşayacaq. Avropada isə bu müddətə şəhər sakinlərinin sayı 77 faiz təşkil edəcək.

Bu gün dünyada əhalinin ən sıx yerləşdiyi şəhər aqlomerasiyası 37,2 milyon nəfərlə Tokio hesab edilir. Sonrakı yerləri Dehli (22,7 milyon), Mexiko və Nyu-York (hər ikisi 20,4 milyon), Şanxay (20,2 milyon) və San-Paulu (19,9 milyon) tutur.

Son xəbərlər

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib

Şəkəri hansı məhsullarla əvəz etmək olar? - Diyetoloqdan açıqlama

Vergi güzəştlərinin tətbiq sahəsi müəyyənləşir - Yeni qaydalar belə olacaq

Xəzərdə zəlzələ oldu

İrandan Azərbaycana 111 kq narkotik keçirilməsinin qarşısı alınıb

Mümkün üçtərəfli görüşün tarixini açıqladı

Hande Erçel Cennifer Lopezlə bir arada - Fotolar

YAP-ın növbəti qurultayı bu tarixdə keçiriləcək

Çin ilk dəfə olaraq Almaniyaya ən çox avtomobil tədarük edən ölkə oldu

Formula 1-ə görə metroda iş saatı uzadılacaq

Hicran Fuad Əhmədli : BAĞIŞLA AĞAC - FOTO

Paşinyan və Pezeşkian regionda sülhün və sabitliyin təmin edilməsinin vacibliyini vurğulayıblar

Əli Nağıyev: Beynəlxalq təhlükəsizlikdə ənənəvi mexanizmlər yeni təhdidlərə çevik cavab verə bilmir

Qırğızıstanda prezident seçkilərinin vaxtı açıqlanıb

Yasamal və Xəzər rayonlarının bəzi ərazilərində işıq olmayacaq

Flora Kərimova — bir səs var ki, yer üzündə təkdir

“TRIPP davamlı regional sülhə töhfə verəcək” - Fotolar

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

Ağ Ev dizel ixracına 90 günlük qadağa hazırlanması barədə məlumatı təkzib edib - YENİLƏNİB

10 illik məhkum edilmiş Martin də əfv olundu

Peskov: Rusiya Putinin G20 sammitinə dəvət olunmasını alqışlayır

Əbədi olaraq İsrailin nəzarətində qalacaq - Kats

Alimlərdən qorxulu proqnoz: 451 min insan ölə bilər

“O, bizim simvolumuzdur”

Vaqif Vüqar : Şəhid məzarının yaxınlığında - FOTO

QOŞA QANAD — DÖVLƏTÇİLIK YOLUNDA BİRGƏ FƏALİYYƏT

Niderlanddan “Avroviziya” ilə bağlı şok qərar - Yarışmanı boykot etdilər

Leyla Əliyeva milli geyimdə - Fotolar

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930