Ana Vətən Partiyasının (AVP) son qurultayında baş verən qalmaqal onun parçalanma ehtimalını gündəmə gətirib. Bildirilir ki, yaranan fikir ayrılıqları, xüsusən də ailədaxili mübahisələrin siyasi müstəviyə keçməsi bu riski artırır.

Parçalanma hansı hallarda baş verir? AVP-ni nələr gözləyir?

Referans xəbər verir ki, Globalinfo.az-a danışan Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin sədri, hüquqşünas Xəyal Bəşirov deyib ki, 1992-ci ildə qəbul edilən “Siyasi partiyalar haqqında” qanun 30 il ərzində ölkədə siyasi sistemin əsasını təşkil edib:

“Lakin 1990-cı illərin əvvəllərində formalaşan ictimai-siyasi şərait hazırkı reallıqlardan fərqli idi. Qanuna bir neçə dəfə dəyişiklik edilsə də, tamamilə yeni hüquqi çərçivənin yaradılmasına ehtiyac yarandı, nəhayət, 2022-ci ildə “Siyasi partiyalar haqqında” yeni qanun qəbul edildi. Bu sənəd həm Venesiya Komissiyasının tövsiyələrinə, həm də Azərbaycan reallığına və milli dəyərlərə uyğun şəkildə hazırlanıb. Yeni qanunda partiyaların yaradılması, parçalanması və fəaliyyətinin dayandırılması ilə bağlı bütün hüquqi mexanizmlər dəqiq şəkildə əksini tapıb. Fəzail Ağamalının 35 il rəhbərlik etdiyi AVP-də müşahidə edilən fikir ayrılıqları bu qanunun aktuallığını bir daha göstərir”.

Hüquqşünas bildirib ki, partiyanın sədr postuna Fəzail Ağamalının qızı Günay Ağamalı və oğlu Elçin Ağamalının iddia etməsi parçalanma meyillərindən xəbər verir:

“Siyasi partiya ölkənin idarə edilməsində, seçkilərdə və qanunvericilik prosesində iştirak etmək məqsədi ilə birləşən təşkilatlanmış qrupdur. Belə bir qurumda rəhbərliklə bağlı ciddi fikir ayrılıqlarının yaranması daxili nizam-intizamın pozulmasına və parçalanma riskinə səbəb olur. Qanuna əsasən, ayrılan hər iki yeni partiyanın qeydiyyatdan keçməsi üçün azı 5000 üzvü olmalıdır. Bu, həm Günay Ağamalının, həm də Elçin Ağamalının rəhbərlik edəcəyi qanadlara şamil olunur. Əgər bu şərt yerinə yetirilməzsə, həmin qurumların qeydiyyatı rədd ediləcək və fəaliyyətlərinə xitam veriləcək”.

X.Bəşirov qeyd edib ki, Azərbaycan siyasi təcrübəsində partiyaların bölünməsi halları daha əvvəl də olub:

“Məsələn, Azərbaycan Xalq Cəbhəsi və Müsavat Partiyasında sədrliyə iddialar, ciddi fikir ayrılıqları nəticəsində bir neçə dəfə parçalanmalar baş verdi. Əsas məsələ odur ki, siyasi partiyalar qanunvericiliyin tələblərinə əməl etməli və cəmiyyət qarşısında məsuliyyət hissini qoruyub saxlamalıdırlar. Əgər tələblər yerinə yetirilərsə, partiyanın iki, hətta daha çox hissəyə bölünməsi mümkündür. Lakin bunun hüquqi əsası, yəni 5000 üzv tələbi dəyişməz qalır”.

Qeyd edək ki, Ana Vətən Partiyası (AVP) 24 noyabr 1990-cı il tarixində qurulub.

Son xəbərlər

Zərdabda avtomobil işıq dirəyinə çırpılıb, xəsarət alanlar var

Şəmkirdə 11 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yeləşdirilib

Ukraynanın Rusiyanın Belqorod vilayətinə zərbələri nəticəsində 5 nəfər yaralanıb

"Qarabağ" UEFA Avropa Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxır

Bu ərazilərdə işıq olmayacaq

Vens: İsraildə ABŞ-İran müharibəsinin uzanmasını istəyən qüvvələr var

Dünya çempionatı: Argentina millisi əzmkar qələbə ilə finala yüksəlib

Alzheymer xəstəliyinə bunlar səbəb olur

Tərəf müqabili oldular

MƏN BORÇALI TÜRKÜYƏM

Sevinc YUNUSLU : Sən mənim görüşümə beləcə gəl, ləngimə - FOTO

İllər ondan nəsə aparmır.... - “Odisseya”nın “Kraliça”sı

Küveyt İranın raket və PUA-larını zərərsizləşdirdiyini açıqlayıb

NİCAT NOVRUZOĞLU : Bağrımın başında nişan üzüyü - FOTO

Hikmət Məlikzadə : Allah verirsə, nemətdir, vermirsə, hikmətdir” - FOTO

Azərbaycana uçuş həyata keçirən aviaşirkətlərlə bağlı yenilik

Amerika 7 İran hərbçisini öldürdü

"Yeraltı”nda yeni aktrisa - FOTO

Yazıcıoğlu və Baysel tərəf müqabili oldu

"Kuruluş Orhan"ın aktyoru yeni serialda - FOTO

Dünyanın ən varlı adamı Le Penə dəstək oldu

Samuxda kütləvi zəhərlənmə faktı qeydə alınıb

"Islamabad Post": IV Şuşa Qlobal Media Forumu ölkələr və mədəniyyətlər arasında körpü olub

Hikmət Hacıyev: Şuşa mədəniyyət və ilham şəhəridir

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin vəzifələri artırılıb

Bəzi rayonlara leysan yağacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycan qlobal logistika xəritəsini yenidən formalaşdırır - Çin-Mərkəzi Asiya və Orta Dəhliz sınağı - ŞƏRH

"Jamestown": Bakı fon der Lyayenin səfərindən sonra Aİ-dən praktiki addımlar gözləyir

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031